Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları

"Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları"nın təsdiq edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitindən səmərəli istifadə olunması ilə bağlı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi və Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. "Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları" təsdiq edilsin (əlavə olunur).
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsinə tələb olunan xərclərin hər il dövlət büdcəsində Gənclər və İdman Nazirliyinə "Bədən tərbiyəsi və idmanın təşkili" bölməsi üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilməsini təmin etsin.
  3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "İdman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında" 1997-ci il 1 iyul tarixli 69 nömrəli qərarı, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin "idman tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi qaydaları və normalarının təsdiqi haqqında" 1997-ci il 1 iyul tarixli 69 nömrəli və "Gənclər tədbirlərinin keçirilməsi üçün büdcə vəsaitinin xərclənməsi normativinin təsdiqi haqqında" 1999-cu il 28 dekabr tarixli 206 nömrəli qərarlarının 1 nömrəli əlavələrinə dəyişikliklər edilməsi haqqında" 2001-ci il 31 may tarixli 107 nömrəli qərarı, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi barədə" 2003-cü il 8 aprel tarixli 47 nömrəli qərarının 6-cı bəndi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər edilməsi haqqında" 2005-ci il 2 iyun tarixli 96 nömrəli qərarının 2-ci bəndi və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına və sərəncamlarına dəyişikliklər edilməsi barədə" 2006-cı il 2 may tarixli 119 nömrəli qərarının 6-cı bəndi qüvvədən düşmüş hesab edilsin.
  4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    A. RASİZADƏ

 

Bakı şəhəri, 18 yanvar 2007-ci il

                           № 8

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 18 yanvar tarixli 8 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Vahid təqvim planına uyğun olaraq keçirilən ölkə və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi[2]

 

QAYDALARI VƏ NORMALARI

 

  1. ÜMUMİ MÜDDƏALAR

 

1.1.       Bu Qaydalar və Normalar idman tədbirlərinin iştirakçılarının maddi təminatı üçün xərclərin norma və qaydalarını müəyyənləşdirir.

1.2.       İdman tədbirlərinə bədən tərbiyəsi və idman növləri üzrə yarışlar, tədris-məşq toplanışları, Azərbaycan Respublikasında keçirilən beynəlxalq yarışlar, habelə başqa ölkə idman tədbirləri (bundan sonra-idman tədbirləri) aiddir. [3]

1.3.    İdman tədbirləri iştirakçılarının maddi təminat növlərinə aşağıdakılar aiddir: yemək haqqının ödənilməsi; farmakoloji bərpa vasitələri, vitaminlər, zülal-qlükoza preparatlarının və digər vəsaitlərin verilməsi;

yaşayış sahəsi üçün kirayə haqqının ödənilməsi;

hakimlik haqqının ödənilməsi;

qaliblərin təltif olunması xərcləri;

xarici idman nümayəndəliklərinə xidmət və onların qəbulu xərcləri;

maddi təminatın digər növləri.

1.4. İdman tədbirlərinin iştirakçıları aşağıdakı şəxslərdən ibarət olur:

idmançılar;

hakimlər;

məşqçilər;

mütəxəssislər (mexaniklər, təmirçilər, mehtərlər, xoreoqraflar, akkompaniatorlar, habelə yarışlar haqqında qaydalarda, əsasnamələrdə və başqa normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş digər mütəxəssislər).

1.5. İştirakçıların idman tədbirlərinə göndərilməsi həmin tədbirləri keçirən təşkilatın rəsmi dəvətnaməsi əsasında həyata keçirilir.

1.6. Bu Normalara uyğun olaraq keçirilən idman tədbirləri üçün xərclər xidməti ezamiyyə xərclərinin tərkibinə daxil edilmir.

 

2. İDMAN TƏDBİRLƏRİ KEÇİRİLƏRKƏN VƏSAİTLƏRİN XƏRCLƏNMƏSİ QAYDALARI

 

2.1. İdman tədbirləri keçirilərkən aşağıdakı sənədlər müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsdiq olunur:

yarış haqqında Əsasnamə (reqlament), xarici nümayəndələrin tədbir müddətində yaşayış proqramı, idman tədbirlərinin keçirilməsi qaydasını tənzimləyən digər sənədlər;

-       idman tədbiri iştirakçılarının say həddini, tədbirin keçirilməsi müddətini və maddi təminat normalarını əhatə edən smeta.

2.2.  Dövlət büdcəsindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə idman tədbirləri üçün ayrılan vəsait hesabına həyata keçirilən idman tədbirlərinə xərclər 1-6 nömrəli cədvəllərdə göstərilən normalara uyğun ödənilir.

2.3.  Bu Qaydalarla müəyyən olunan normalar Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, federasiyalar və tədbiri keçirən digər təşkilatlar tərəfindən büdcədənkənar vəsaitlər, sponsor vəsaitləri, sifariş haqqı və digər mənbələr hesabına müstəqil olaraq artırıla bilər.

2.4.  Yaşayış sahəsinin kirayəsi üzrə məsrəflər tədbirin keçirildiyi şəhərdə 1-ci kateqoriyalı birnəfərlik nömrənin dəyərindən çox olmamaqla, faktiki dəyərə görə həyata keçirilir.

2.5.         Mehmanxanada yerlərin bronlaşdırılması idman tədbirləri iştirakçılarının gəlməsinə bir gün qalmış yerlərin bir günlük qiymətinin 50 faizə qədər miqdarında həyata keçirilə bilər.

2.6.  İdman qurğularının və avadanlıqlarının icarəsi, nəqliyyat, poçt-teleqraf, dəftərxana xərcləri və digər xərclər qüvvədə olan tariflərə müvafiq olaraq həyata keçirilir.

2.7.  İştirakçılar sırasına daxil olmayan, tədbirə cəlb edilmiş mütəxəssislərin və xidmət heyətinin əməyinin ödənilməsi üzrə xərclər faktiki yerinə yetirilmiş iş həcmi nəzərə alınmaqla, oxşar işlərə görə müvafiq sahələrdə əməyin ödənilməsi üçün qəbul olunmuş normaya uyğun həyata keçirilir.

2.8.    Keçirilən idman tədbirlərində iştirak etmək üçün yola bir gündən artıq vaxt sərf olunduqda, yeməklə təmin olunmayan iştirakçıya yolda olduğu müddətə görə gündəlik xərc ödənilir. İdman tədbirlərinin iştirakçılarının, başqa şəhərdən dəvət olunmuş mütəxəssislərin və xidmət heyətinin ezamiyyə xərcləri qüvvədə olan qanunvericiliklə xidməti , ezamiyyətlər üçün müəyyən olunmuş normalar üzrə ödənilir.

2.9.       Xidməti ezamiyyətlər zamanı idman tədbiri iştirakçılarının əməkhaqlarının saxlanılması qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

2.10.   İdman tədbirlərinin keçirilməsi üçün xərclərin ödənilməsi yarışlar haqqında əsasnamələrdə, digər tənzimləyici normativ sənədlərdə, həmçinin tədbiri keçirən və iştirakçı təşkilatların ikitərəfli müqavilələrində göstərilir.

2.11.     Digər kütləvi bədən tərbiyəsi və idman tədbirlərinin keçirilməsi üçün vəsaitlərin xərclənməsi qaydaları və normaları Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti və rayon (şəhər) icra hakimiyyəti başçıları tərəfindən ərazidəki qiymətlər, qüvvədə olan tariflər və yerli şərait nəzərə alınmaqla, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə razılaşdırıldıqdan sonra təsdiq edilir.

 


1 nömrəli cədvəl

 

İdmançıların və idman tədbirlərinin digər iştirakçılarının yemək təminatının

XƏRC NORMALARI[4]

 

Sıra
-si
Tədbirlər Bir nəfərə gündəlik xərcnorması (manatla)
1. ölkə bədən tərbiyəsi və idman tədbirləri, ölkədaxili yarışlar 10
2. Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq yarışlar 10
3. Xarici ölkələrdə keçirilən yarışlara hazırlıq üçün təlim-məşq toplanışları 25

 

Qeyd. Yemək təminatının təşkilində nağdsız hesab imkanı olmadıqda, idman tədbirlərinin iştirakçılarına bu cədvəldə nəzərdə tutulmuş norma daxilində nağd pul ödənilməsinə icazə verilir.

 

2 nömrəli cədvəl

 

İdman tədbirlərində idman hakimlərinə verilən ödənişlərin

NORMALARI[5]

 

Sıra
-si
İdman növləri üzrə hakim vəzifələrinin adı
 
Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı (manatla)
BK ÖK İK OH
1. Baş hakim 3 2,4 2 -
2. Baş hakim-katib 3 2,4 2 -
3. Baş hakimin köməkçisi 2,4 2 1,6 -
4. Hakimlər 2 2 1,6 1,6
5. Komanda oyun növləri üzrə:
6. Oyunun baş hakimi 4 3 2,4 -
7. Oyunun baş hakiminin köməkçisi 3 2,4 2 -
8. Komissar 4 - - -
9. Hakimlər (briqadanın tərkibində) 2 2 1,6 1,6

 

Akronimlər:

BK- Beynəlxalq kateqoriyalı;

ÖK Ölkə kateqoriyalı;

İK- İdman kateqoriyalı;

OH- Oyun hakimi

Qeydlər:

1. Hakimlər üçün müəyyən olunmuş məbləğlər idmanın komanda oyun növləri üzrə (futbol, voleybol, həndbol və s.) bir oyuna görə, digər idman növləri üzrə isə bir günlük xidmətə görə ödənilir.

2. İdman yarışlarına xidmətə görə hakimlərə verilən ödənclər bu Qaydalarda nəzərdə tutulan digər maddi təminat növlərindən asılı olmayaraq həyata keçirilir.

3. Yarışların hazırlıq və yekun mərhələlərində hakimlərin maddi təminatı (yeməyə, mənzilə, hakimliyə görə ödənclər) hakimlik işinin bütün dövrü üçün aşağıdakı kimi həyata keçirilir:

baş hakim, baş hakim-katib üçün - 5 günədək;

baş hakimin köməkçisi, baş hakim-katibin köməkçisi üçün - 3 günədək.

  1. İdman federasiyaları öz vəsaitləri, habelə sifariş ödəmələri hesabına idman hakimlərinə ödənclərin müəyyən olunmuş miqdarını artırmaq səlahiyyətinə malikdirlər.
  2. Rəsmi beynəlxalq yarışlara xidmətə görə hakimlərə müəyyən olunmuş ödənclər həmin yarışların reqlamenti ilə nəzərdə tutulmuş qaydada və miqdarda verilir.
  3. Hakim kollegiyasının (briqadasının) say tərkibi idman növləri üzrə yarışların keçirilməsi haqqında qaydalara və əsasnamələrə uyğun olaraq müəyyənləşdirilir.
  4. Beynəlxalq yarışların, çempionatların və Azərbaycan Kuboku oyunlarının təşkili və keçirilməsinə dəvət olunmuş yüksək ixtisaslı hakimlər və mütəxəssislər sırasından müfəttişlər, yaxud texniki nümayəndələr üçün nəzarət haqqı oyunların baş hakimi üçün nəzərdə tutulmuş miqdarda müəyyən olunur.
  5. Beynəlxalq federasiya tərəfindən təyin olunmuş xarici texniki nümayəndələrə və hakimlərə beynəlxalq kateqoriyalı hakimlər üçün nəzərdə tutulmuş miqdarda ödənclər həyata keçirilir.

 

3 nömrəli cədvəl

 

Farmakoloji və bərpa vəsaitləri, vitamin və zülal-qlükoza preparatları, ümumi müalicə təyinatlı dərmanlar və sarğı vəsaitləri ilə təminatın

 

XƏRC NORMALARI[6]

 

Sıra
-si
İdman tədbirlərinin adı Bir nəfərə düşən gündəlik xərc norması (manatla )
1. Ölkə yarışları 2 manata qədər
2. Azərbaycan Respublikasının ərazisində keçirilən beynəlxalq yarışlar və bu yarışlara hazırlıqla əlaqədar təlim-məşq toplanışları 5 manata qədər

 

Qeyd. Normalar hesablama üçündür və ayrılmış vəsait həddində komanda, yaxud ayrı-ayrı idmançılar üçün yığma komandanın baş məşqçisinin və həkiminin təqdimatı ilə onların hazırlıq xüsusiyyətindən asılı olaraq dəyişdirilə bilər.

 

4 nömrəli cədvəl

 

İdman tədbirləri üçün xatirə prizlərinin

DƏYƏR NORMALARI[7]

 

Sıra
-si
İdman tədbirlərinin miqyası Prizlərin dəyəri (manatla)

 

 
Komanda Şəxsi
1. Azərbaycan Respublikası ərazisində keçirilən beynəlxalq yarışlar 50 manata qədər 40 manata qədər
2. Ölkə yarışları 40 manata qədər 30 manata qədər

 

Qeyd. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi öz büdcədənkənar vəsaiti, federasiya və idman cəmiyyətləri isə öz gəlirləri hesabına yarışların, oyunların, mərhələlərin və turnirlərin ən yaxşı idmançısı üçün xüsusi mükafatlar müəyyənləşdirmək səlahiyyətinə malikdirlər.

 

5 nömrəli cədvəl

 

İdman tədbirlərinin xarici iştirakçılarının qəbulu və onlara xidmət üçün

XƏRC NORMALARI

 

Sıra
-si
Xərclərin adı Xərc norması(manatla)
1 2 3
1. Olimpiya komitələrinin prezidentlərinin, beynəlxalq federasiyaların prezidentlərinin, iri şirkətlərin rəhbərlərinin, onların müavinlərinin, həmçinin görkəmli dövlət və ictimai xadimlərin rəhbərlik etdiklərinümayəndəliklərin qəbulu və onlara xidmət
1.1.
 
 
Mehmanxana
 
1 2 3

 
nümayəndə heyətinin rəhbəri üçün yarımlüks kateqoriyalı nömrə

 
nümayəndə heyətinin üzvləri üçün bir yerlik nömrə
1.2. Nümayəndə heyətinin bir nəfər üzvünə gündəlik yemək norması 20
1.3. Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya 7
1.4. Danışıqlar apararkən, teatrda və səfərdə olarkən bufet xidmətinə görə nümayəndə heyətinin bir nəfər üzvünə gündəlik xərc norması 0,8
1.5. Bir nəfər iştirakçıya gündəlik mədəni proqram 1,6
1.6. Suvenirlərin alınması

 
nümayəndə heyətinin rəhbərinə 10

 
nümayəndə heyətinin üzvlərinə 5
1.7. Avtomobil nəqliyyatı ilə xidmət

 
nümayəndə heyətinin rəhbəri üçün 1 minik avtomobili,gündə 15 saata qədər

 
nümayəndə heyətinin üç nəfər üzvü üçün 1 minik avtomobili,gündə 10 saata qədər
1.8. Ölkədə hərəkət

 
hava nəqliyyatı ilə reys təyyarəsi

 
dəmiryolla yatacaqlı vaqon
1.9. Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt-teleqraf xərcləri, yükdaşıyanların haqqının ödənilməsi və s.) 2
2. İdmançılardan, mütəxəssislərdən və rəsmi şəxslər-dən ibarət xarici nümayəndəliklərin qəbulu və onlara xidmət
2.1. Mehmanxana

 
nümayəndə heyətinin rəhbəri üçün bir yerlik nömrə

 
nümayəndə heyətinin üzvləri üçün bir yerlik, yaxud iki yerlik nömrə
2.2. Nümayəndəliyin bir nəfər üzvünün gündəlik yemək xərci 20
2.3. Rəsmi qəbulun keçirilməsi üçün bir nəfər iştirakçıya 6
2.4. Bir nəfər iştirakçıya mədəni proqram (bir tədbir üçün) 2
2.5. Avtomobil nəqliyyatı ilə xidmət

 
nümayəndə heyəti üçün nümayəndə heyəti üzvlərinin sayından asılı olaraq, 12 saata qədər müddətə 1 minik avtomobili, avtobus, idman inventarının daşınması üçün isə yük avtomobili (zəruri hallarda)
2.6. Ölkədə hərəkət
hava nəqliyyatı ilə Reys təyyarəsi
dəmiryolla yatacaqlı vaqon
2.7. Suvenirlərin alınması

 
nümayəndəliyin rəhbəri üçün 6 manata qədər
2.8. Bir nəfərə gündəlik sair xərclər (pasportların qeydiyyatı, poçt-teleqraf xərcləri, yükdaşıyanların haqqının ödənilməsi və s. ) 2

Qeydlər:

  1. Mehmanxanada nömrənin bronlaşdırılması ilə bağlı xərclər mehmanxananın gündəlik haqqının ödənilməsi üçün müəyyən edilmiş tarif üzrə ödənilir.
  2. Avtomobil nəqliyyatından istifadəyə görə haqq nümayəndə heyətinin qəbul olunduğu şəhərdə qüvvədə olan tarif üzrə ödənilir.
  3. Hava və dəmiryol nəqliyyatının haqqı müvafiq sahədə qüvvədə olan tarif üzrə ödənilir.
  4. Nümayəndə heyəti üçün bir qəbul keçirilə bilər. Dünya və Avropa çempionatında ayrı-ayrı hallarda iki rəsmi qəbul keçirilməsinə icazə verilir (tədbirin açılışı və bağlanışı).
  5. Xarici idman nümayəndə heyəti üzvlərinə cib xərcliyi üçün pul yalnız beynəlxalq idman əməkdaşlığı haqqında ikitərəfli protokollara əsasən verilir.
  6. Xarici idman nümayəndə heyəti üzvlərinin yeməklə təminat norması hesablanmalıdır və bu məqsəd üçün ayrılmış vəsait həddində konkret nümayəndə heyətinin qəbulu üçün həmin qobulun xüsusiyyətləri nəzərə alınmaqla dəyişdirilə bilər.
  7. Xarici nümayəndə heyəti üzvlərinə onların xahişi əsasında 5 nömrəli cədvəldə müəyyən olunmuş norma üzrə nağd pul verilə bilər.
  8. Qəbul edən tərəfin danışıqlarda iştirak edən nümayəndəsinə, tərcüməçiyə (müşayiət edən şəxsə) zəruri hallarda müvafiq xarici nümayəndə heyəti üçün müəyyən edilmiş yemək, yaşayış sahəsi, nəqliyyat, mədəni xidmət təminatı, hava, yaxud dəmiryol nəqliyyatı ilə hərəkət normaları şamil edilir.

9. Nümayəndə heyətini qəbul edən təşkilatın ştatında olmayan tərcüməçinin (müşayiət edən şəxsin) əməyinin ödənilməsi bir saata 1 manat hesabı ilə həyata keçirilir.

10. Üzvlərinin sayı 15 nəfərdən çox olmadıqda, xarici nümayəndə heyətinə 1 nəfər tərcüməçi (müşayiət edən şəxs) müəyyən edilir.

Üzvlərinin sayı 15 nəfərdən çox olduqda, xarici nümayəndə heyətinin tərkibi 15 nəfərə qədər olan (15-dən az olmamaqla) hər qrupuna 1 nəfər tərcüməçi (müşayiət edən şəxs) müəyyən edilir.

11. İdman yarışlarında hakimlik üçün dəvət olunmuş xarici hakimlərin qəbulu 5 nömrəli cədvəlin 2-ci bölməsinə müvafiq olaraq həyata keçirilir.

 

Azərbaycan Respublikası yığma komandalarının beynəlxalq yarışlarda iştirak etməsi üçün

XƏRC NORMALARI

 

 

Sıra
-si
Xərcin adı Xərc norması (xarici valyuta ilə)
1. Xarici ölkələrə ezamiyyə xərcləri: gündəlik və kommunal xərclər Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş miqdarda ödənilir
2. Rabitə xərcləri (telefon, teleqraf, telefaks) 50 ABŞ dollarına qədər

 

Qeydlər:

İkitərəfli beynəlxalq razılaşmalarda nəzərdə tutulmuş digər xərclər (yarışlara bilet alınması üçün avans, iştirak haqqı, start haqqı, katerlərin icarə xərci, katerlər üçün benzin, masaj, idman formasının yuduzdurulması, idman qurğusunun icarəsi; atların hazırlanması, tibbi müayinə, ələf haqqının ödənilməsi, tövlənin icarəsi; gömrük rüsumu, dəmirçi əməyinin ödənilməsi, bərə haqqının ödənilməsi və s.) təsdiqedici sənədlər təqdim olunduqda, faktiki tələbata görə ödənilir.

Avtomobil nəqliyyatı ilə tranzit daşımaları vaxtı yanacaq-sürtkü materiallarının miqdarı bütün keçid məntəqələri və nəqliyyat vasitəsinin növü göstərilməklə, xəritə sxemi təqdim olunduqda, hesablama yolu ilə müəyyən edilir.

Rabitə xərci norması komanda üçün nəzərdə tutulur.

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 8 may 2008-ci il tarixli 113 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 436)
    1. 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 


[1] 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə adında və 1-ci hissədə “respublika” sözü “ölkə” sözü ilə əvəzedilmişdir.

 

[2] 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın adında “respublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir.

 

[3] 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 1.2-ci bənddə “ümumrespublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir.

 

[4] 8 may 2008-ci il tarixli 110 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 436) ilə «Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları»nın 1 nömrəli cədvəlinin üçüncü sütunundakı «3; 3; 12» rəqəmləri müvafiq olaraq «10; 10; 25» rəqəmləri ilə əvəz edilmişdir.

 

26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 1 nömrəli cədvəlin 1-ci hissəsinin “Tədbirlər” sütununda “Respublika” sözü “ölkə” sözü ilə, “respublikadaxili” sözü “ölkədaxili” sözü ilə əvəz edilmişdir.

 

[5] 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 2 nömrəli cədvəlin “Hakim kateqoriyalarını nəzərə almaqla, ödənclərin miqdarı (manatla)” sütununda “RK” akronimi “ÖK” akronimi ilə əvəz edilmişdir və “Akronimlər” hissəsində “RK - Respublikakateqoriyalı” sözləri “ÖK - Ölkə kateqoriyalı” sözləri ilə əvəz edilmişdir.

 

[6] 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 3 nömrəli cədvəlin 1-ci hissəsinin “İdman tədbirlərinin adı” sütununda “Ümumrespublika” sözü “Ölkə” sözü ilə əvəz edilmişdir.

 

[7] 26 sentyabr 2014-cü il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 sentyabr 2014-cü il, № 212; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1136) ilə “Vahid təqvim planına uyğun olaraq keçirilən respublika və beynəlxalq kütləvi bədən tərbiyəsi və idman tədbirləri üçün vəsaitlərin xərclənməsi Qaydaları və Normaları”nın 4 nömrəli cədvəlin 2-ci hissəsinin “İdman tədbirlərinin miqyası” sütununda “Ümumrespublika” sözü “Ölkə” sözü ilə əvəz edilmişdir.

>Download