“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 7 iyul tarixli S
ərəncamı ilə
t
əsdiq edilmişdir


1. Giriş

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər) dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının (bundan sonra Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır.

2. Dövlət Proqramının əsas məqsədi

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

3. Dövlət Proqramının əsas vəzifələri

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:
- g
ənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması;
- g
ənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi;
- g
ənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması;
-
əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması;
- dövl
ət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması;
- g
ənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;
- g
ənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;
- g
ənc ailə institutunun möhkəmləndirilməsi;
- g
ənclərin məlumatlılığının artırılması;
- g
ənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi;
- g
ənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi;
- g
ənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi;
- g
ənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi;
- g
ənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi;
- g
ənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;
- g
ənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi;
- g
ənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi;
- g
ənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;
- g
ənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;
- g
ənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.

4. Dövlət Proqramıüzrəhəyata keçiriləcək tədbirlərin
əlaqələndirilməsi

Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin icrasını Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi əlaqələndirir. Həmin məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri cəlb edilməklə Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurası yaradılır.
Az
ərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat müəssisələrinin və yaradıcılıq ittifaqlarının cəlb olunmasını təmin edir.

5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyəmənbələri

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Dövlət Proqramının həyata keçirilməsinə büdcədənkənar dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr cəlb edilə bilər.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrəTədbirlər Planı

 

6.1. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı

Sıra
№-si
Tədbirin adı Məqsəd İcra müddəti İcraçılar
6.1.1. Normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması Gənclərlə bağlı hüquqi tənzimlənmənin təkmilləşdirilməsi 2011-2015 Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, aidiyyəti dövlət orqanları
6.1.2. Gənclər üçün Prezident Mükafatının təsis olunması ilə bağlı təkliflərin təqdim edilməsi Elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması 2011-2012 Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.1.3. Bakı şəhərində Azərbaycan Gənclər Mərkəzinin yaradılması Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclər və onların təşkilatları üçün müvafiq xidmətlərin göstərilməsi, müxtəlif tədbirlərin keçirilməsi 2011-2013 Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti
6.1.4. Gənclər Fondunun yaradılması Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi 2011-2012 Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi
6.1.5. Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda “Gənclər evi”nin yaradılması Gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə göstərilən xidmətlərin genişləndirilməsi, onların asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaradılması 2011-2015 Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri
6.1.6. Müvafiq ixtisaslar üzrə hazırlıq aparan ali təhsil müəssisələrində gənclər üçün biznes, infor­­ma­siya texnologiyaları inkubatorlarının yaradılması Gənclərin innovativ potensialı və təşəbbüskarlığının dəstəklənməsi, onların ölkə iqtisadiyyatında daha səmərəli iştirakının təmin edilməsi 2012-2013 Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi
6.1.7. Gənclərlə bağlı statistik məlumatların hazırlanmasının təkmilləşdirilməsi və sosioloji tədqiqatların aparılması Gənclərlə bağlı ünvanlı, məlumatlandırılmış və multisektoral siyasətin həyata keçirilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6.1.8. Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması Gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi 2011-2012 Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank
6.1.9. Dövlət uşaq evlərindən və internatlardan ayrılmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edil­məsi mexa­niz­minin təkmilləşdirilməsi Kimsəsiz gənclərə dövlət qayğısının artırılması 2012 Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
6.1.10. Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının yaradıcı gənclərin isti­fa­dəsinə güzəştli şərtlərlə veril­məsi ilə bağlı təkliflərin hazır­lan­ması Yaradıcı gənclərə dövlət dəstəyinin gücləndirilməsi 2011-2012 Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.1.11. Gənclər üçün mənzil kooperativlərinin yaradılmasının dəstəklənməsi Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması 2011-2015 Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyətləri
6.2.       Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi
6.2.1. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
6.2.2. “Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması 2012 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi Qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
6.2.4. Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldil­məsinə və asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbir­lərin keçirilməsi Ordu sıralarında xidmət edən gənclərin mənəvi-psixoloji durumunun daha da yüksəldilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi
6.2.5. Ümumi təhsil müəssisələrində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinin təkmilləşdirilməsi, hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, onların keçirilməsi üçün şərait yaradılması Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin artırılması, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığının yüksəldilməsi2011-2015 Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, yerli icra hakimiyyətləri
6.2.6. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, animasiya filmləri vasitəsi ilə yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə mənəvi və psixoloji təsirin göstərilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətləri
6.2.7. Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi Gənclərin Azərbaycanın
milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması
2011-2015 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və İnforma­siya Texnologiyaları Nazirliyi
6.2.8. “Vətəni tanı” ümumrespublika intellektual interaktiv oyunlarının keçirilməsi Gənclərin Azərbaycan haqqında geniş məlumat əldə etməyə həvəsləndirilməsi  Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnforma­siya Texnologiyaları Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası
6.2.9.  Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi Vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihənin tətbiq edilməsi Mütəmadi Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi
6.2.10. Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalma mərasimlərinin təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi Çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri
6.2.11. Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması Müasir texnologiyalar vasitəsi ilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması 2012-2015 Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbay­can Milli Elmlər Akademiyası
6.2.12. Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması Vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması 2011-2015 Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyət­ləri
6.3.       Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı
6.3.1. İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində potensialı haqqında dolğun məlumat­ın formalaşdırıl­ması, dövlət dəstəyinin ünvanlılığı və səmərəliliyinin təmin edilməsi 2011-2012 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası
6.3.2. Gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili  Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması  Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
6.3.3. Regionlarda gənclərin intellektual klublarının yaradılması Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması 2012-2015 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri
6.3.4. İstedadlı və yaradıcı gənclərin II respublika toplantısının keçirilməsi Yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi 2012 Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.3.5. Beynəlxalq və respublika səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin mükafatlandırılması Gənclərin təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalara marağının artırılması, istedadlı gənclərin stimullaşdırılması Hər il Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.3.6. “İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi Gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması 2012-2015 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu
6.3.7. Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması Əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməsi, fasiləsiz təhsil sisteminin inkişafı, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi 2012-2013 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, aidiyyəti dövlət qurumları
6.3.8. Azərbaycanın “online fikir bankı”nın yaradılmasıİnformasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi 2012-2013 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.3.9. Mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, yay məktəbi, ustad dərsləri, sənətə baxış və digər tədbirlərin təşkili Yaradıcı gənclərin təcrübə, bilik və bacarıqlarının artırılması 2011-2015 Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.3.10. Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı Gənclərə ünvanlanmış informasiyanın müasir mövzu və formalar üzrə hazırlanması 2011-2013 Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti
6.3.11. İnternet jurnalistikası üzrə təlimlərin təşkili İnformasiya cəmiyyətində vacib yer tutan sahədə gənclərin bilik və bacarıqlarının artırılması, ölkə ilə bağlı zəruri məlumatların çatdırılması 2011-2015 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.       Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi
6.4.1. Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi Gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsi 2012-2015 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.2. Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi Beynəlxalq təcrübənin tətbiq edilməsi yolu ilə gənclərin məşğulluğunun təmin edilməsi 2011-2015 Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.3. Gənclər arasın­da sahibkarlı­ğın inkişaf etdiril­­məsi, daimi yaşamaq üçün sərhəd­yanı və dağlıq ərazilərə köçən, fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəs­tək verilməsi ilə bağlı təkliflərin hazırlanması Gənclərin iqtisadi fəallığının artırılması, qeyri-neft sektorunda inkişafın dəstəklənməsi və sahibkarlığın inkişaf etdirilməsi 2012-2013 Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
6.4.4. Biznes fəaliyyətinə dair intellektual yarışların və kompyuter oyunlarının keçirilməsi, yeniyetmə və gənclər arasında sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki əsasları ilə bağlı olimpiadaların və müsabiqələrin təşkil edilməsi Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gənclərin stimullaşdırılması, onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi 2011-2015 Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.5. Gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgilərinin keçirilməsi Gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların və xidmətlərin geniş ictimaiyyətin diqqətinə çatdırılması 2012-2015 İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.4.6. İnternat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi İnternat və uşaq evlərində yaşayan gənclərə peşə sənətlərinin öyrədilməsi, biznesin başlanğıcına dair biliklərin verilməsi və əl işlərinin satış auksionların təşkili 2012-2015 Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
6.5.       Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması
6.5.1. Xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumat toplanılması və onların işlə təmin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində müvafiq bölmənin yaradılması Xaricdə təhsil almış azərbaycanlı gənclərin potensialından səmərəli istifadə edilməsi 2011-2012 İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi
6.5.2. Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı təkliflərin hazırlanması Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsi 2011 Nazirlər Kabineti
6.5.3. Azərbaycan Gənclərinin VII Forumunun keçirilməsi Forumlararası görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi 2014 Gənclər və İdman Nazirliyi
6.5.4. Xarici ölkələrdə təhsil alan və işləyən gənclər haqqında məlumat bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması Xarici ölkələrdə olan azərbaycanlı gənclərin real potensialının müəyyən edilməsi 2011 Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi
6.5.5. Hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi Yerlərdə gənclərlə işin daha da canlandırılması 2012-2015 Gənclər və İdman Nazirliyi,
yerli icra hakimiyyətləri
6.5.6. Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi Müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşması2011-2015 Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, digər aidiyyəti dövlət orqanları
6.5.7. İlk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili Gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsi 2013-2015 Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası
6.5.8. Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması 2012-2015 Gənclər və İdman Nazirliyi, digər aidiyyəti qurumlar
6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramlarının imkanlarından istifadə edilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi
6.6.       Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi
6.6.1. Rayon və şəhərlərdə zərərli vərdişlərin profilaktikası ilə bağlı seminar, konfrans, treninq, sərgi, festival, müsabiqə, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, sosial reklam çarxlarının hazırlanması və televiziya kanallarında işıqlandırılması, teatr tamaşalarının hazırlanması, onların rayon və şəhərlərdə nümayişinin təşkil olunması Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması 2011-2015 Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları
6.6.2. Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi Gənclərin sağlamlığının qorunması Mütəmadi Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi
6.6.3. Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi Gənclərin sağlamlığının qorunmasına xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsi Mütəmadi Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
6.6.4. Gənclər üçün ümumi “Qaynar xətt”in yaradılması və yüksək riskli qruplardan olan gənclərin psixoloji reabilitasiyasının təşkil edilməsi Gənclər üçün psixoloji xidmətin təkmilləşdirilməsi, yeniyetmələrin psixoloji durumunun yaxşılaşdırılmasının təmin edilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
6.6.5. Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması Gənclərin hüquqlarının müdafiəsi və ailə institutunun gücləndirilməsi 2011 -2015 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.6.6. Cəzaçəkməəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi Əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi Mütəmadi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi
6.7.       Tələbələrin elmi, mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi
6.7.1. “Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması Təhsil alan gənclərə sosial dəstəyin artırılması 2011-2012 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi
6.7.2. Tələbə yataqxanaları sisteminin təkmilləşdirilməsi Tələbələrin sosial-məət problemlərinin həll edilməsi 2012-2015 Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları
6.7.3. Ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi Tələbə özünüidarəetməsinin gücləndirilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi
6.7.4. Təhsildə və ictimai həyatda xüsusi fərqlənən tələbə gənclərə adlı təqaüdlərin verilməsi sisteminin təkmilləşdirilməsiTəhsil alan gənclərin fəaliyyətinin stimullaşdırılması, onların təhsilə və ictimai işlərə həvəsləndirilməsi 2011-2012 Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi
6.7.5. Yay tətili müddətində ali təhsil müəssisələri tərəfindən ixtisaslar üzrə tədqiqat qruplarının yaradılması Tələbələrin nəzəri biliklərinin praktikada tətbiq edilməsi, onların ixtisasları ilə bağlı olan sahələrlə yaxından tanış olması 2012-2015 Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası
6.8.       Gənclərin beynəlxalq sahədə əməkdaşlığı
6.8.1. Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi Beynəlxalq təşkilatların gənclər proqramlarında Azərbaycan gənclərinin təmsil olunması, həmin proqramların imkanlarından istifadə edilməsi 2011-2015 Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi
6.8.2. “Azərbaycanın Gənc Dostları” mübadilə proqramının həyata keçirilməsi Xarici ölkələrin gənclərinə Azərbaycan həqiqətlərinin çatdırılması 2011-2015 Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi
6.8.3. Dünya Azərbaycanlı Gənclərinin II Konqresinin keçirilməsiXarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin fəaliyyətinin əlaqələndirilməsi 2013 Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi
6.8.4. 2015-ci ildə Bakının “Avropa Gənclər Paytaxtı” elan olunması məqsədilə təbliğat işinin aparılması Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndirilməsi2012-2014 Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti
6.8.5. Xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələrin keçirilməsi Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ edilməsi 2012-2015 Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi
6.8.6. Xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumlarının keçirilməsi Diaspor və lobbiçilik işinin təşkilində gənclərin iştirakının artırılması 2012-2015 Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Neft Fondu
6.8.7. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması 2011-2015 Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

 


Download