Facility type: Olimpiya Kompleksi
Opening date: 2000 October 21
Facility area: 1.44 Hectares
Address: Narimanov district, Olympic street, 7
Post code: AZ1072
City: Baku
Phone: (012) 465-22-74
Fax:

Baku Olympic Sport Complex

Bakı Olimpiya İdman Kompleksi ölkədə istifadəyə verilən bu tipli ilk idman qurğusudur. 2000-ci il oktyabrın 21-də Azərbaycanın ulu öndəri Heydər Əliyevin xeyir-duası ilə qapılarını idmançıların üzünə açan kompleksin açılış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin indki prezidenti cənab Jak Roqq da iştirak edib.

Kompleks əsasən 2 zaldan ibarətdir. 560 nəfər tamaşaçı tutumuna malik böyük zal, əsasən komanda idman növləri üçün nəzərdə tutulub. 430 nəfərlik tribunası olan ikinci zalda isə təkbətək idman növləri üçün şərait yaradılıb. Hazırda kompleksdə bədii gimnastika və voleybol idman növləri inkişaf etdirilir.