Facility type: Olimpiya Kompleksi
Opening date: 2011 May 05
Facility area: 5 Hectares
Address: Kurdamir highway 8
Post code:
City: Imishli
Phone: (051) 497-88-61
Fax:

Imishli Olympic Sport Complex

İmişli şəhərinin mərkəzində yerləşən olimpiya idman kompleksi 2011-ci il mayın 5-də istifadəyə verilib. Tikinti sahəsi 12 min kvadratmetr olan əsas bina iki mərtəbəlidir və 5 hissədən ibarətdir. Birinci mərtəbədə idmanın boks (17x25 m) və güləş (17x25 m) növləri üçün nəzərdə tutulmuş geniş zallar var. Zallar bütün lazımi idman avadanlıqları ilə təchiz olunub.

Üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Burada xüsusi nəmalma qurğusu, hovuzun ətrafında isə 160 oturacaq quraşdırılıb.

Binanın ikinci mərtəbəsində trenajor zalı, şahmat otağı və inzibati otaqlar var.

Universal idman zalının uzunluğu 47.4 m, eni 24.3 metrdir. Burada yarışları izləyən tamaşaçılar üçün 822 oturacaq quraşdırılıb. Zalda həm mini futbol, basketbol, voleybol, həm də gimnastika, boks, güləş üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək üçün hər cür şərait yaradılıb.

60 nəfərlik konfrans zalı ikinci mərtəbədə yerləşir.

Kompleksin həyətində futbol (68x46 m), basketbol (36x18 m) və voleybol (36x18 m) meydançaları da inşa edilib.

Kompleksin 14 otaqdan ibarət mehmanxanası 32 yerlikdir. Burada həm idmançılar, həm də qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. Mehmanxana xüsusi havalandırma sistemi ilə təchiz olunub.

Kompleksin yeməkxanasından eyni vaxtda 100 nəfər istifadə edə bilər.

Ümumi ərazisi 5 hektar olan kompleksin həyətində 11 min kvadratmetrlik sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib. İdman qurğusu qazanxana, transformator yarımstansiyası, su anbarı, artezian quyuları ilə təmin olunub, mühafizə və yanğınsöndürmə sistemi quraşdırılıb. Kompleksə ayrıca qaz, işıq, su-kanalizasiya xətləri çəkilib.