Facility type: Olimpiya Kompleksi
Opening date: 2011 November 17
Facility area: 4.3 Hectares
Address: 28 May küçəsi, 37
Post code: AZ3600
City: Qəbələ
Phone: (050) 678-30-24 (024) 205-10-85
Fax:
E-mail: gabalaoik@mys.az

Qəbələ Olimpiya İdman Kompleksi

Qəbələ Olimpiya İdman Kompleksi 2011-ci il noyabrın 17-də istifadəyə verilib.
Şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılmışdı. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir. 
İkimərtəbəli kompleksdə 744 nəfərlik idman zalı (48x24 m), 79 nəfər tamaşaçı tutumu olan üzgüçülük hovuzu (25x12.5 m), trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. 
Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb. 
İdman zalında mini-futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 744 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub. 
Süni örtüklü açıq stadion (104x68 m) 1409 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada mini futbol (40x20 m), tennis kortu (40x20 m), basketbol (36x19 m) və voleybol (36x19 m) meydançaları vardır. 
Kompleksin ərazisində hər cür şəraiti olan ikimərtəbəli üç kottec də inşa olunub. Hər kottecdə 8 yataq yeri var. Burada həm idmançılar, həm də qonaqlar istirahət edə biləcəklər.