Facility type: Olimpiya Kompleksi
Opening date: 2013 August 16
Facility area: 0.92 Hectares
Address: H.Aliyev, Prospekti, 27
Post code: AZ3400
City: Qax
Phone: (050) 204-64-18 (024) 255-52-87
Fax:
E-mail: gaxoik@mys.az

Qax Olimpiya İdman Kompleksi

Qax Olimpiya İdman Kompleksi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilmiş, 16 avqust 2013-cü ildə istifadəyə verilmişdir.

Universal idman zalı (zalın ölçüsü 53x30 metr) 496 nəfərlik tamaşaçı üçün nəzərdə tutulub. Burada idmançılar üçün 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları, məşqçi otaqları var. Kompleksdə üzgüçülük zalı mövcuddur. Üzgüçülük hovuzunun ölçüsü 25x12,5 metr, tamaşaçılar üçün oturacaq yerlərinin sayı 288. Burada idmançılar üçün 2 ədəd soyunub-geyinmə otağı, sanitar qovşaq, duş qəbulu otaqları və məşqçi otağı var.

Qax Olimpiya İdman Kompleksinin 18 yataq yerli 9 otaqlı mehmanxanası vardır. Həmçinin, Kompleksin ərazisində 5 ədəd 2 mərtəbəli kotteclər inşa edilmişdir. Hər bir kottec binası 4 nömrədən ibarətdir. Hər bir nömrədə 2 çarpayılı 1yataq otağı, 1 qonaq otağı və sanitar qovşaq (duş ilə birgə) vardır. Ümumilikdə 5 kottec 40 nəfərə üçün nəzərdə tutulmuşdur.

Kompleksin ərazisində süni ot örtüklü 938 nəfərlik stadion (105x70 metr ölçülü) inşa edilmişdir.

Bundan əlavə ərazidə süni örtüklü basketbol meydançası (18x36 m), voleybol meydançası (15x24 m), tennis meydançası (18x30 m) inşa edilmiş işıqlandırma sistemi ilə təchiz olunmuşdur.