Füzuli Olympic Sport Complex
Füzuli Olimpiya İdman Kompleksi 2010-cu il noyabrın 12-də istifadəyə verilib. Tikintisinə 2009-cu ilin fevralında başlanmış kompleks 5 hektar sahəni əhatə edir.
Tamaşaçılar üçün nəzərdə tutulmuş 494 oturma yerlik zalın ölçüsü 52x24 m. Komlpeksdə 6x13 m ölçüdə trenajor zalı da mövcuddur. Olimpiya İdman Kompleksinə, həmçinin soyunub-geyinmə otaqları, duşxana, sauna və masaj otaqları, tibb məntəqəsi, bufet, inzibati otaqlar və yataq otaqları daxildir.
Kompleksdə 10 otaqlı və 30 yataq yerli mehmanxana da mövcuddur. Mehmanxanada şərait və xidmətlər yüksək standartlara cavab verir.
Füzuli Olimpiya İdman Kompleksində 1860 tamaşaçı yerilik 78x110m ölçülü stadion istifadəyə verilmişdir. Stadion təbii ot örtüyü ilə təmin edilmişdir.
Füzuli Olimpiya İdman Kompleksinin ərazisində 18x29 m ölçülü açıq voleybol və 18x9 m ölçülü açıq basketbol meydançaları istifadəyə verilmişdir.