2009-06-12 17:14
- Gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi;
- Gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı və məşğulluğunun təmin edilməsi;
- Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi;
- Gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi;
- Gənclər sahəsi üzrə qeyri-formal təhsil proqramlarının yaradılması;
- Gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş;
- Gənclər arasında sağlam həyat tərzinin təbliği.
Gənclər və İdman Nazirliyi dövlət gənclər siyasətinin yuxarıda qeyd olunan istiqamətləri üzrə gənclər təşkilatları arasında layihələrin qəbulunu elan edir.
Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 avqust 2005-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı» (2005-2009-cu illər)nın 6-cı fəslinin 6.10 bəndini, Gənclər və İdman Nazirliyinin kollegiyasının «Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında» qərarını və «Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini rəhbər tutaraq gerçəkləşdirilir.
Bu müsabiqədə maraqlı olan gənclər təşkilatlar layihənin yazılış formasını və layihənin büdcəsinin hazırlanmasına dair təlimatı Gənclər və İdman Nazirliyinin rəsmi internet səhfəsindən (www.mys.gov.az) və ya aşağıda göstərilən ünvana müraciət etməklə əldə edə bilər.
Layihənin son qəbul tarixinə gəldikdə isə, layihələr 2009-cu il iyun ayının 12-dən iyul ayının 12-dək Nazirliyin Ekspert – Məsləhət Şurasına yazılı şəkildə təqdim olunmalıdır.
Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2009-cu ilin iyun ayının 12-dən iyul ayının 12-dək Gənclər və İdman Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dair digər məlumatlar














