Gənclər evləri və mərkəzləri

Sabunçu Gənclər evi
13 may, 2014 16:00

Bu gün Sabunçu rayonunda Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmiş yeni “Gənclər evi” nin açılış mərasimi keçirildi.

Açılış mərasimində gənclər və idman naziri Azad Rəhimov, Sabunçu rayonunun icra başçısı Adil Vəliyev və digər rəsmilər iştirak edirdi.

Azad Rəhimov: “Sayca 28-ci olan Sabunçu “Gənclər evi”ndə gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi üçün hər bir şərait yaradılıb. Trinajor, fitnes zalları, komputer otaqları, bir araya toplanıb yeni layihələr üzərində çalışmaları üçün münasib otaqlar, bir sözlə ən rahat şərait. Sadəcə gənclərimizin daha aktiv və yaradıcı olmaları yetərlidir. Təbii ki, bu dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.”

 

Qeyd edək ki, obyektin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Sabunçu  rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində  0.1250 ha torpaq sahəsi ayrılmışdır.

 

Obyektin layihə-smeta sənədləri Azərbaycan şirkəti olan  “AT və S’’ Şirkəti tərəfindən hazırlanmışdır.

 

Tikinti işləri Azərbaycan şirkəti olan “Elegant Co” MMC tərəfindən yerinə yetirilmişdir.

 

Tikinti işlərinə 2012-ci ilin sonunda başlanılmışdır.

 

Gənclər evinin tikinti altı sahəsi 612 m2, ümumi sahəsi 1715,87 m2, yaşıllaşdırma işləri 70 m2, səki və asfalt örtüyü 568m2 təşkil edir.

 

Gəclər evi binası –  1 zirzəmi və 2 mərtəbədən ibarətdir

 

Zirzəmi mərtəbəsinin otaqların təyinatı:

Trenajor zalı, fitnes-aerobika zalı, bilyard və masaüstü tennis salonu, 2 ədəd sauna kabinəsi,

Soyunub-geyinmə otaqları, sanitar qovşaq, duş otaqları, və elektrik otağı.

 

I mərtəbədə  otaqların təyinatı:

Tədbirlərin keçirilməsi üçün 64 nəfərlik səhnə avadanlıqlı zal,  müdir otağı, mühasibatlıq və digər idarə otaqları, iclas otağı, 24 nəfərlik kafe, mətbəx, qarderob, server otağı.

 

II mərtəbədə otaqların təyinatı:

142 nəfər tutumu olan konfrans zalı, elektron kitabxana, internet klub, video studiya, vətənpərvərlik klubu, peşə təhsili otağı, coversation klub, operator otağı, sanitar qovşaqlar və digər köməkçi otaqlar.

 

Bina lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir.

Bunlarla yanaşı baş plana əsasən ərazidə yeraltı 100 m2-lik su anbarı, binanın zirzəmi hissəsində qazanxana, nasosxana inşa edilmişdir.

Gənclər evində müasir kondisionerləşmə, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri ilə təchiz edilmiş və obyekt daimi su, qaz, işıq, rabitə, internet xətləri ilə təmin edilmişdir. 

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1279

Partnyorlar