Gənclər evləri və mərkəzləri

Suraxanı Gənclər evi
09 may, 2014 15:00

9 may 2014-cü il tarixdə Suraxanı rayonunda yeni “Gənclər evi” nin açılış mərasimi keçirildi.

Gənclər və İdman naziri Azad Rəhimov, rayon icra başçısı Ilqar Abbasov və digər rəsmilərin də açılışında iştirak etdikləri “Gənclər evi” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa edilmişdir.

 

Obyektin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə   küçəsində  0.28 ha torpaq sahəsi ayrılmışdır.

 

Obyektin layihə-smeta sənədləri  S.Ə.Dadaşov adına Elmi Tədqiqat və Layihə Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən hazırlanmışdır.

 

Tikinti işləri Azərbaycan şirkəti olan “Elegant Co” MMC tərəfindən yerinə yetirilmişdir.

 

Tikinti işlərinə 2012-ci ilin sonunda başlanılmışdır.

 

Gənclər evinin ümumi tikinti altı sahəsi 1100 m2, Ümumi tikinti işlərinin sahəsi 1901 m2 təşkil edir.

Yaşıllaşdırma işləri 300 m2, asfalt-beton yollar 700m2, plitka döşəmə daşların sahəsi 200m2.

 

Binanın fasad hissəsi 320m2 Türkiyyə istehsalı olan aluminium izoprofil sistemli pəncərə -vitrajlardan yıgılıb və 1350m2 İspaniya istehsalı olan keramoqranit ilə yığılıb.

 

Obyektin baş planına əsasən  inşa edilmişdir:

 

Gəclər evi binası – 2 mərtəbədən ibarətdir (Tikilialtı sahəsi 800 m2, ümumi sahəsi 1600 m2) .

 

I mərtəbədə  otaqların təyinatı:

52 yerlik kafe, mətbəx, video studiya, gənclər  intellektual  klubu, masaüstü oyunlar zalı,  trenajor zalı,  rəqs zalı, muhasibat, qarderob, sanitar qouşaqları.

 

II mərtəbədə otaqların təyinatı:

Müasir avadanlıqlarla təchiz olunmuş və müxtəlif tədbirlərin keçirilməsi üçün 80 nəfərlik zal, konfrans zalı, texniki ixtiraçılıq otağı, elektron kitabxana, vətənpərvərlik klubu,  gənclər üçün

“qaynar xətt” xidməti otaq, peşə təhsili otağı, Art studiya (rəssamlıq), conversation klubu, müdir və işçi otaqları, server otağı və sanitar qovşaqlar. Bina lazımi inventar və avadanlıqlarla təchiz edilmişdir.

 

Bunlarla yanaşı baş plana əsasən ərazidə yeraltı su anbarı, qazanxana, nasosxana inşa edilmişdir.

Gənclər evində müasir kondisionerləşmə, ventilyasiya, işıqlandırma, yanğın siqnalizasiya sistemləri ilə təchiz edilmiş və obyekt daimi su, qaz, işıq, rabitə, internet xətləri ilə təmin edilmişdir. 

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1242

Partnyorlar