E-müraciət

Nazirliyin elektron müraciət xidməti

Ad səhvdir!
E-mail səhvdir!
Telefon səhvdir!
Ünvan səhvdir!
Zəhmət olmasa müraciətinizi bura yazın!

Qorxmaz 2018 sentyabr 11

Salam məni işə qəbul edə bilərsiniz? İxtisasım Tarix-Cografiya müəllimliyidir.3-cü ildir ki imtahanla müəllim işləyirəm.Dövlət qulluğunun test mərhələsində iştirak edərək 71 bal yığmağa müvəffəq olmuşam.Təsəkkur edirəm

Salam
Sizin işlə təmin olunmaq barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız məktuba, Regionlarla iş və kadrlar şöbəsində baxılmışdır.
Nəzərinizə çatdırırıq ki, Nazirliyin strukturuna  daxil olan qurumlarda inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlara uygun olan vakant vəzifələrin tutulması üçün “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikasıının Qanuna əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən növbəti müsabiqə elan edilmişdir.
Hal-hazırda bu kimi elanlar, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytında (www.dqmk.gov.az və www.csc.gov.az) və digər kütləvi informasiya vasitələrində vaxtaşırı verilir. Elanda vakant vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələblər, o cümlədən dövlət qullluğunda işləmək üçün lazım olan şərtlət göstərilir. Yalnız müsabiqədə qalib gələn namizədlərin dövlət qulluğuna işə qəbul edilməsi mümkündür.
Xahiş edirik nəzərə alasınız.

Elgiz Guliyev 2018 sentyabr 08

Xaricde tehsil alan gencler teqaud ucun hara muracıet etmelıdırler

Salam

Sorğunuza cavab olaraq bildirirk ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icra müddəti başa çatdıqdan sonra xarici ölkələrdə təhsil alan tələbələrin təhsil haqlarının ödənilməsi, onlara təqaüdlərin verilməsi kimi məsələlər hal-hazırda hər hansı dövlət qurumuna həvalə edilməmişdir.

Lamiyə 2018 avgust 10

Salam. Hər vaxtınız xeyir. Mən Xaricdə təhsillə bağlı müraciət edirəm. Bununla bağlı ölkəmizin və sizin dəstəyinizə ehtiyacım var. Mən azərbaycanlıyam. 1995-ci ildə Yevlax rayonunda anadan olmuşam. 2016-cı ildə AzTu-də "Biotibbi texnologiya mühəndisliyi" ixtisasının bakalavrını bitirmişəm. Və magistratura təhsilimi Türkiyənin İstanbul şəhərində davam etdirmək istəyirəm. Ölkəmiz, daima öz gənclərinə olan dəstəyi ilə öndə olubdur. İnaniram ki, muraciətimi müsbət dəyərləndirəcəksiniz. Minnətdaram.

Lamiyə xanım, müraciətinizdə qeyd etdiyiniz məsələ ilə bağlı AR Təhsil Nazirliyinə müraciət etməyiniz tövsiyyə edilir.