2010-08-26 11:38
Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursuna qatılmaq imkanı
Avropa Şurası Gənclər və İdman Direktorluğu, Asiya-Avropa Fondu və Beynəlxalq Düşərgələrin təşkili üzrə Koreya Təşkilatı 9-15 noyabr 2010-cu il tarixlərdə Seul şəhərində Sosial Mühitdə İnsan Hüquqları üzrə Asiya-Avropa ölkələrinin gəncləri üçün təlim kursu təşkil edir.
2010-06-02 18:16
1-30 iyun tarixində keçiriləcək idman yarışları
03-07 iyun 2010-cu il tarixlərdə Türkiyənin Quş adası şəhərində sərbəst, yunan-roma və yeniyetmələrdən ibarət qadın güləşi üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə milli komandamız 23 idmancı ilə iştirak edəcək
2010-04-07 13:26
“Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi
Gənclər və İdman Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tələbələr arasında “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” mövzusunda publisistik məqalə müsabiqəsi keçirir.
Müsabiqənin keçirilməsində əsas məqsəd Heydər Əliyev irsini tələbələr arasında təşviq etmək, gənclərdə Vətənə məhəbbət və hörmət hissi aşılamaq, İstedadlı tələblərin zehni, əqli və yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaq və tələbələr arasında maarifləndirmə işini təşkil etməkdir.
2010-02-22 12:33
22 fevral-10 mart tarixlərində keçiriləcək idman tədbirləri
20 fevral-05 mart 2010-cu il tarixlərdə atletika idman növü üzrə respublika yığma komandası 3 nəfər tərkibdə beynəlxalq yarışlara hazırlıq məqsədilə Efiopiyanın Addis-Abeba şəhərində keçirilən təlim məşq toplanışında iştirak edəcəklər
2009-09-08 16:40
Gənclər və İdman Naziri Azad Rəhimov mətbuat nümayəndələri ilə görüşüb
Görüş zamanı gənclər və İdman sahəsində son 8 ay ərzində həyata keçirilmiş layihələr haqda məlumat verən nazir, eyni zamanda gerçəkləşməsi nəzərdə tutulan tədbirlər haqda da danışdı.
Gənclər sahəsində bir çox layihələrin məhz ilk dəfə olaraq həyata keçirildiyini bildirən nazir onlar haqda qısaca məlumat verdi.
2009-03-13 16:06
ELAN
Elan
Gənclər və İdman Nazirliyinin Aparaında və Struktur qurumlarında inzibati vəzifələrin altıncı və doqquzuncu təsnifatlarına uyğun vakant Dövlət Qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə və müsahibə elan edilmişdir.
Daha ətraflı məlumat www.csc.gov.az az saytında yerləşdirilmişdir.
2008-12-15 16:06
Azad Rəhimov sədr müavini seçildi
10-12 dekabr 2008-ci il tarixdə Yunanıstanın Afina şəhərində Avropa Şurası İdmana məsul nazirlərin 11-ci Konfransı keçirilmişdir. Konfransda Avropa Şurasının Baş Katibinin müavini xanım Mod De Bur Bukikkio da iştirak etmişdir. Konfransda iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov Konfransın sədr müavini seçilmişdir.
2008-10-10 15:44
2008-ci il üçün Şahmat haqqında hesabat
2007-ci ilin son günlərində başlayıb 2008-ci ilin əvvəlində başa çatan 2 böyük beynəlxalq turnirdə Azərbaycan şahmatçıları uğurla çıxış etmişlər. İngiltərənin Hastinqs şəhərində keçirilmiş ənənəvi turnirdə beynəlxalq qrossmeyster Nicat Məmmədov 9 oyundan 7.5 xalla 1-3-cü yerləri bölüşdürmüş, əmsallar cədvəlinə görə 2-ci olmuşdur. Digər beynəlxalq qrossmeysterimiz Fərhad Tahirov ondan 1 xal geri qalmışdır və 18 yerlə kifayətlənmişdir. Daha bir şahmatçımız Erkin Qurbanzadə isə 5 xalla yalnız 47-ci olmuşdur. Qalib adını belçikalı Vadim Malaxatko qazanmışdır.