Gənclər və İdman Nazirliyi :: Xəbərlər

Biləsuvar rayonunda şahmat üzrə rayon birinciliyi keçirildi
11/01/2017

10-11 yanvar 2017-ci il tarixlərində Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirildi. İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra yarışa start verildi.
Yarışda hər məktəbdən 2 şagird olmaqla 15 məktəbin komandası mübarizə apardı. İsveçrə sistemi üzrə keçirilən yarışda Mübariz İbrahimov adına Təhsil Kompleksinin komandası 1-ci yerə, Amankənd tam orta məktəbin komandası 2-ci yerə, Bəydili kənd tam orta məktəbin komandası isə 3-cü yerə layiq görüldü.
Qalib komandalar Biləsuvar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildi.

http://mys.gov.az/news/20170111055522942.html