Gənclər və İdman Nazirliyi :: Xəbərlər

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları təltif olundular
06/01/2017

2016-cı il ərzində Sumqayıt şəhərinin ictimai-siyasi və mədəni həyatında xidmətləri olan bir qrup şəxslər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən təltif edilmişlər. Sevindirici haldır ki, təltif olunanlar arasında idman sahəsinin nümayəndələri də vardır. Belə ki, Gənclər və İdman Baş İdarəsinin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev və Baş İdarənin nəzdində fəaliyyət göstərən “Alüminiumçu” İdman Evinin direktoru Səxavət Nərimanov İcra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar.

Təltif olunanları təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. 

http://mys.gov.az/news/20170106015327894.html