Gənclər və İdman Nazirliyi :: Gənclər tədbirləri

"İdeya var!" gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi başlayır
30/11/2016

Gənclər və İdman Nazirliyi tərəfindən noyabr-dekabr aylarında “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda təsbit edilmiş 5.2.3 bəndininin (gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək) icrasıni təmin etmək məqsədi ilə "İdeya var!" gənclərin l ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin seçim mərhələsi keçiriləcəkdir.

Müsabiqənin məqsədi gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq,  tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır.

Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər. Müsabiqə 4 nominasiya üzrə aparılır:

         -Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi, milli mənəvi dəyərlərin  qorunması;

         -Qeyri-formal təhsil, və gənclərin innovativ yaradıcılığı;

         -Ekologiya və sağlam həyat tərzi ;

         -Sosial həyat.

Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu  və pul mükafatından ibarətdir.

Müsabiqənin ümumi mükafat fondu 4000 (dörd min) manat təşkil edir. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 (beş yüz) manat, 2-ci yerin qalibi 300 (üç yüz) manat və 3- cü yerin qalibi 200 (iki yüz) manat məbləğində pul mükafatı ilə təltif ediləcəkdir.

Müsabiqənin finalı və qaliblərin  mükafatlandırma mərasimi 03 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçiriləcəkdir.

Əlavə məlumat:

 

050 4344004

(012) 465-64-43

 

“İdeya var!” gənclərin l Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin ƏSASNAMƏSİ

 

 

  1. Ümumi müddəalar

 

  1. “İdeya var!” gənclərin I Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsi (bundan sonra – Müsabiqə) “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nda təsbit edilmiş vəzifələrin icrası məqsədi ilə həyata keçirilir.
  2. Hazırkı Əsasnamə Müsabiqənin keçirilməsinin məqsəd və vəzifələrini, qaydalarını, iştirakçılara və müsabiqəyə təqdim edilən Layihələrə qoyulmuş tələbləri, qiymətləndirmə meyarlarını və aparılmasını, qaliblərin müəyyən edilməsi və mükafatlandırmasının qaydalarını müəyyən edir.
  3. Müsabiqə Azərbaycan gəncliyinin potensialını gənclərin və bütövlükdə Azərbaycan Respublikasının mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
  4. Müsabiqə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən yaradılmış Təşkilat Komitəsi tərəfindən keçirilir.
  5. Müsabiqə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin büdcə vəsaiti hesabına həyata keçirilir.

 

  1. Müsabiqənin məqsəd və vəzifələri
    1. Müsabiqənin məqsədi - gənclərin elmi və yaradıcılıq  fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etidirilməsi üçün əlverişli şərait yaratmaq,  tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdır.
    2. Müsabiqənin vəzifələri:
      1. Gənclərin geniş kütləsi arasında elmi-texniki yaradıcılıq və sosial təşəbbüskarlıq  ideyalarını təbliq etmək;
      2. Gənclərin ictimai faydalı ideyalarının təqdim edilməsi üçün şərait yaratmaq;
      3. Fərdi və bütövlükdə  cəmiyyətin inkişafı üçün bilik və bacarığın, innovativ düşüncə və təşəbbüskarlığın faydasını əyani nümayiş etmək;
      4.  “İdeya yaradıcısı” və “ideya istifadəçisi”  arasında birbaşa əlaqələr mexanizmi yaratmaq;
      5. Gənclər arasında “ideyadan layihəyədək” – ideyanı elm, biznes, dövlət qurumuna təqdim etmə səviyyəsinədək formalaşdırmaq mədəniyyətini aşılamaq və inkişaf etdirmək;  
      6. Innovativ ictimai faydalı ideyaları Gənclər və İdman Nazirliyi tərəfindən tətbiq etmək;
      7. Faydalı layihələr və müəlliflər haqqında məlumat bazasını yaratmaqdır.

 

  1. Müsabiqənin iştirakçıları
    1. Müsabiqədə 14-29 yaşlı Azərbaycan Respublikasının vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilərlər.
    2. Müsabiqədə bir müəllif yalnız bir nominasiyada iştirak edə bilər.
    3. Müsabiqədə iştirak etmək istəyənlər Təşkilat Komitəsi tərəfindən aşağıda göstərilən məlumatları almaq hüququ var.

 

 

  1. Müsabiqənin keçirilmə qaydaları
    1. Müsabiqə 2016-cı ilin noyabr-dekabr aylarında keçirilir.
    2. Müsabiqə haqqında elan Təşkilat Komitəsi tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsində (www.mys.gov.az) dərc edilir.
    3. Elan eləcə də digər çap və elektron kütləvi informasiya vasitələrində dərc edilə bilər, lakin elanin rəsmi mənbəsi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsidir (www.mys.gov.az).
    4. Elanda Müsabiqəyə layihələrin təqdim edilməsi şərtləri və vaxtı göstərilir.
    5. Müsabiqə çərçivəsində Təşkilat Komitəsi gənclərin məlumatlandırılması məqsədilə açıq təqdimatlar keçirir.
    6. Təşkilat Komitəsi Münsiflər Heyətinin tərkibini təsdiq edir.
    7. İştirakçıların təqdim etdiyi layihələr Münsiflər Heyəti tərəfindən qiymətləndirilmədən sonra Təşkilat Komitəsinin müəyyən etdiyi məkanda layihələrin sərgisi və qaliblərin mükafatlandırma mərasimi keçirilir.
    8. Müsabiqə çərçivəsində keçirilən sərgiyə gənclər, ekspertlər, dövlət, özəl şirkət, ictimai və beynəlxalq təşkilatlar, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunurlar.
    9. Qalib layihələr və müəlliflər haqqında məlumat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin rəsmi internet səhifəsidə dərc ediləcəkdir.

 

  1. Nominasiyalar

 

  1. Müsabiqə 4 nominasiya üzrə aparılır:
    1. Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi, milli mənəvi dəyərlərin  qorunması:

 

  1. Qeyri-formal təhsil, və gənclərin innovativ yaradıcılığı:

 

  1. Ekologiya və sağlam həyat tərzi :

 

  1. Sosial həyat

 

  1. Müsabiqəyə layihələrinin təqdim edilməsi qaydaları və

layihələrin tərtibatı şərtləri

  1. Müsabiqəyə təqdim edilən layihələr aşağıda göstərilən tələblərə cavab verməlidir:
    1. Layihənin təsviri çap edilmiş və elektron daşıyıcılarda təqdim edilir;
    2. Layihənin təsviri  Word Document proqramında yığılır. Layihənin ümumi həcmi 6 səhifədən artıq olmamalıdır (Arial, 12 ölçüdə, sətirarası 1,0 intervalla);
    3. Layihənin təsviri Power Point Presentation proqramında 25 slayddan artıq olmayan təqdimatı hazırlanmalıdır;
    4. Zərurət yarandıqda layihənin nümayış edilə bilən maketi, videomaterial, konstruksiya təqdim edilə bilər.
  2. Layihənin təsviri mütləq qaydada aşağıda göstərilən hissələrdən ibarət olmalıdır:
    1. Titul vərəqi – layihənin adı, müəllif/müəlliflərin adı, soyadı, atasının adı, yaşı (təvəllüdü), təhsil aldığı müəssisə, hazırda oxuduğu/işlədiyi yer, vəzifə, yaşadığı ünvan – 1 vərəq;
    2. Layihənin tezisləri – qısa təsviri (3 səhifəyədək), aktuallığı; hansı problemin həllinə cavab verir; beynəlxalq və ya ölkədə olan mövcud təcrübə; reallaşdırılması üçün əsas şərtlər; harada tətbiq edilə bilər; kimlər faydalana bilər (3 səhifəyədək). Cədvəl, şəkil, sxem, qrafiklər əlavə səhifələrdə verilməlidir.
  3. Aşağsda göstərilən hallarda layihə müsabiqəyə buraxılmır:
    1. layihə əllə və ya çap makinasında yazıldıqda;
    2. tam və ya qismən digər şəxslərin ideyasını təkrar etdikdə (plagiat);
    3. ərizədə göstərilən şəxs iştirak tələblərinə cavab vermədikdə.
  4. Müsabiqqəyə təqdim edilən sənədlər geri qaytarılmır (maket və konstruksiyalar istisna olmaqla), onlarla bağlı izahat verilmir.
  5. Müsabiqə iştirakçısı Təşkilat Komitəsinə təqdim etdiyi layihənin dərc və nümayiş etdirilməsinə, tətbiq edilməsinə razılıq verir o şərtlə ki, onun müəllifliyi hər istifadədə qeyd edilsin.

 

  1. Münsiflər heyəti və qiymətləndirmə meyarları
    1. Layihələrin qiymətləndirilməsi Təşkilat Komitəsi tərəfindən yaradılmış Münsiflər Heyəti tərəfindən aparılır.
    2. Münsiflər Heyəti layihələri aşağıda göstərilən meyarlar əsasında qiymətləndirir:

 

  1. Müsabiqənin keçirilmə mərhələləri

 

Müsabiqə aşağıda göstərilən mərhələlər üzrə keçirilir:

Mərhələnin adı

Başlanqıc vaxtı

Bitmə vaxtı

Elanın verilməsi

30 noyabr 2016

 

Layihələrin Təşkilat Komitəsinə təqdim edilməsi

1 dekabr

10 yanvar 2017

Layihələrin qiymətləndirilməsi

11 yanvar

25 yanvar 2017

Sərginin təşkili və mükafatlandırma mərasimi

03 fevral 2017

Qaliblərin KİV-də elan edilməsi

03 fevral 2017

 

  1.  Mükafatlandırma
    1. Müsabiqənin finalı və qaliblərin  mükafatlandırma mərasimi 03 fevral 2017-ci il tarixdə Bakı şəhərində keçiriləcəkdir.
    2. Mükafat Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Diplomu  və pul mükafatından ibarətdir.

9.3. Müsabiqənin ümumi mükafat fondu 4000 (dörd min) manat təşkil edir. Hər nominasiya üzrə 1-ci yerin qalibi 500 (beş yüz) manat, 2-ci yerin qalibi 300 (üç yüz) manat və 3- cü yerin qalibi 200 (iki yüz) manat məbləğində pul mükafatı ilə təltif ediləcəkdir.

9.4. Ən uğurlu bir və ya bir neçə həyata keçirilən layihə Gənclər və İdman Nazirliyi tərəfindən dəstəklənə bilinər.

 

Təşkilat Komitəsinin ünvanı:

Bakı şəhəri, AZ 1072, Olimpiya küç.,4,

Gənclər və İdman Nazirliyi.

Tel: (+994 12) 465 64 43, 0502470740

elektron ünvan: ideyavar2016@box.az

http://mys.gov.az/events/youthe/20161130044652301.html