Gənclər və İdman Nazirliyi :: Olimpiya çempionları

Hüseynov Nazim Qalib oğlu
12/03/2013

Hüseynov Nazim Qalib oğlu 1969-cu il avqustun 2-də Bakı şəhərində anadan olub. Cüdo idman növü ilə 1980-ci ildən məşqçi Ağayar Axundzadənin rəhbərliyi altında başlayıb.
1992-ci ildə cüdo üzrə əməkdar idman ustası adına layiq görülüb. 1989-cu ildə gənclər arasında SSRİ birinciliyinin və Ümumiittifaq idman oynlarının qalibi olub. SSRİ çempionatının bürünc (1990, 1991), dünya çempionatının bürünc (1991, Barselona), Avropa çempionatının qızıl (1992, Paris) mükafatçısı olub.
Nazim Hüseynov 1992-ci ildə Barselonada XXV Yay Oyunlarının qalibi olub. Həmin il bütün çəki dərəcələri üzrə Avropanın ən güclü cüdoçusu adına layiq görülüb.
N.Hüseynov 1993-cü ildə Avropa çempionluğuna (Afina) yüksəlib, dünya çempionatının (Kanada, Hamilton) gümüş mükafatını qazanıb. 1994-cü ildə isə Avropa çempionatının (Polşa, Qdansk) gümüş medalına layiq görülüb.
1996-cı il Atlantada, XXVI Yay Olimpiya Oyunlarının iştirakçısı və Azərbaycan Olimpiya komandasının kapitanı olub.
Qazandığı yüksək idman nailiyyətlərinə görə 1995-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb.
Ölkə prezidentinin 10 oktyabr 2002-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb.
2009-cu ildə Azərbaycan Milli Olimpiya Komitəsinin sifarişi ilə Nazim Hüseynova həsr olunmuş “İlk qızıl” filmi çəkilib.

http://mys.gov.az/champs/20130312124818179.html