Gənclər və İdman Nazirliyi :: Gənclər mükafatı

Abasova Ümidə Rafiq qızı
06/03/2013

Bakı Musiqi Akademiyasını bitirib. Skripka ifaçısıdır. MDB ölkələrarası gənclər simfonik orkestrinin tərkibində dəfələrlə qastrol səfərlərində olub, Spivakov, Simyonov, Gorenşteyn kimi dünya şöhrətli sənətkarların rəhbərliyi altında uğurla çıxış edib. Respublikada keçirilmiş bir çox konsert proqramlarında iştirak edib, İtaliyada keçirilmiş "Don Vincenzo Vitti" adına X Beynəlxalq Musiqi Müsabiqəsində I yerə layiq görülüb. 

http://mys.gov.az/youthawards/20130306101804638.html