Gənclər və İdman Nazirliyi :: İdman tarixi

Azərbayjan xalqının tarixi qədim olduğu kimi, bədən tərbiyəsi və idmanın inkişafı da uzaq keçmişdən başlanır. Jəmiyyətin inkişafına əsaslı təsir göstərən bir sıra kəşflər məhz daş dövründə olmuşdur. Bu kəşflər sırasında «oxla kamanın» ixtira edilməsi buna əyani sübütdür.
Hələ eramızdan iki min il əvvəl Azərb.-da bürünj alətlərin işləndiyi vaxtlarda ( bürünj dövrü) insanların müxtəlif fiziki hərəkətlərini əks etdirən yazılara, rəqslərə rast gəlirik. Qobustan qədim qayaüstü yazıları buna parlaq misaldır. Qayalar üstündə həkk olunmuş çoxlu rəsmlər, jizgilər ov səhnələrini, heyvan fiqurlarını, insanların rəqs və digər fiziki hərəkətlərini təsvir edir.
12 əsrdə yaşamış dahi Azərbayjan şairi N.Gənjəvi hələ 800 il bundan əvvəl yazmış olduğu məşhur poemalarında Azərbayjan xalqının qəhrəman oğullarının şüjaətini, xüsusən pəhləvanların məharətini təsvir etmişdir. Qədim Şərqin yazılı və şifahi xalq yaradıjılığı ilə bağlı olan mədəniyyət abidələrində fiziki hərəkətlər haqqında xeyli məlumtlar verilir. 9-6 əsr əvvəl yaradılmış «Avesta» kitabında insan bədəninin təmizlik və gözəlliyi xüsusi olaraq qeyd olunur
Bu baxımdan Dünya şöhrəti qazanmış görkəmli mütəfəkkirlərimizin əsərələrini, folklor materiallarını araşdırdıqja xalqımızın hələ qədim dövrldərdə fiziki tərbiyəyə böyük yer verildiyinin şahidi oluruq. Xalq nağıllarında, əfsanələrdə, xalqın igidləri, qəhrəmanları özlərinin fiziki hazırlığı ilə ilə həmişə seçilmişdir və bu istiqamətdə onların qarşısında geniş və mürəkkəb tələblər irəli sürülmüşdür. Eyni zamanda güj, qüvvənin el-obanın ağadlığına, xeyirxah işlərinə yönəldilməsi tövsiyyə edilir.
1900-ju ilin əvvəllərində Bakıda gimnastika, üzgüçülük, atletika, ağır atletika, futbol idman növləri inkişaf etməyə başlayır. 1910-cu ildə Bakı gimnaziyasının müəllimi V.Qricbovski tərəfindən üzgüçülük məktəbi yaradılmışdı. Bu qəbildən Bakı gimnaziyasının müəllimi Leonid Romançenkonun həyatı diqqətəlayiqdir. 1912 ildə Bakı gimnaziyasının müəllimi Leonid Ramançenko 24 saat 20 dəqiqə ərzində Xəzər dənizində 48 km məsafəyə üzmüşdür. Bu o dövr açıq dəniz marafonçusu üçün görülməmiş nətijə idi. Bununla L.Romançenko əvvəlki rekordçu La Manşı keçən ingilis Burqisin rekordunu kölgədə qoydu. Lakin 1917-ji ilə qədər bu nətijələr tək-tək idmançılara məxsus idi və bu həvəskar idmançılara öz ustalıqlarını artırmağa heç kəs kömək etmirdi. Bu hadisədən sonra Bakı üzgüçülük məktəbində məşğul olanların sayı 200-dən çox olmuşdur.
1920 ildə respublikamızda «Sokol» və «Unita», «Avtomotor», «Vodnik», «Reçnik» və b. jəmiyyətlər (bu jəmiyyətlər inqilabdan sonra bədən tərbiyəsi birliyinə çevrildi) fəaliyyət göstərirdi. 1921 ildən başlayaraq müxtəlif idman növləri üzrə şəhərlərarası yarışlıar keçirildi. Bədən tərbiyəsi və idman işlərinə Azərbayjan həmkarlar ittifaqları xüsusi qayğı göstərməyə başladı (1922). Bakıda ilk dəfə olaraq bədən tərbiyəsi müəllimləri hazırlayan məktəb açıldı (1923).
Azərbayjanda boks (1920), futbol (1921), ağırqaldırma (1925), yunan-Roma (1924), sərbəst güləş (1928) üzrə ilk respublika çempionatı keçirilmişdir. 1936-jı ilin mayında SSRİ Xalq Komissarları Soveti könüllü idman jəmiyyətləri yaradılması haqqında qərar qəbul etdi. ÜİHİMŞ qərarı əsasında 1936 ildə həmkarlar ittifaqlarının könüllü idman jəmiyyətləri yaradıldı. 1936 ildə Azərb.-an LKGİ MK-ın qərarı ilə ayrı-ayrı idman jəmiyyətələri yanında uşaq idman məktəbləri yaradıldı. Resb.-da 8 uşaq idman məktəbi (1941), 15 könüllü idman jəmiyyəti (1958) fəaliyyət göstərirdi.Hazırda respublikamızda 14 idman jəmiyyəti fəaliyyət göstərir.
Azərbayjan Olimpiya Hərəkatı (OH) tarixini şərti olaraq üç dövrə bölmək olar. Azərbayjan idmançılarının SSRİ yığma komandası tərkibində Olimpiya oyunlarında iştirak etdiyi dövr (1952- 1988), Müstəqil Dövlətlər Birliyi (MDB) yığma komandası tərkibində iştirak etdiyi dövr (1988-1992) və Azərbayjan müstəqil dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşulduğu dövr (1992). Azərbayjan idmançıları SSRİ Olimpiya komandasının tərkibində Olimpiya Oyunlarının 9-da 46 idmançı ilə çıxış edərək 10 qızıl, 11 gümüş və 7 bürünj medal qazanmışlar. Sərbəst üsulla güləşçi R. Məmmədyarovun 1952 il Helsinki Olimpiadasında qazandığı gümüş medal Azərbayjan idmançılarının Olimpiya Oyunlarında ilk uğuru kimi qiymətləndirilməlidir. Sonrakı olimpiadalarda Y.Konovalov, A. Kornelyuk (atletika), İ.Rıskal, V.Lantratova (voleybol) V.Mineyev (müasir beşnövçülük), A.İbrahimov (sərbəst güləş), R. Şabanova, L. Şubina, L. Savkina (həndbol), İ.Məmmədov, B.Koretski (qılınjoynatma), İ. Ponamaryov (futbol) və başqalarının uğurlu çıxışları Azərbayjan idmançılarının nüfuzunu daha da artırdı. 1992 il Barcelona Olimpiadasında Azərbayjan Müstəqil Dövlətlər Btrliyinin (MDB) yığma komandasında jəmi 5 nəfər idmançı ilə təmsil olunsa da, idmançılarımızdan ikisi N.Hüseynov (jüdo), V. Belinki (gimnast) yüksək nətijələr göstərərək Olimpiya çempionu adına layiq görülmüşdülər. 1992 ildə MOK.-un yaradılması və onun BOK.-un tərəfindən tanınması ilə ölkəmizin Olimpiya Hərəkatında (OH) yeni bir dövr başlayır. Artıq Azərbayjan müstəqil bir dövlət kimi Beynəlxalq Olimpiya Hərəkatına (BOH) qoşularaq, öz idman potensialını tam nümayiş etdirmək imkanı əldə etdi. Azərbayjan ilk dəfə olaraq 1996 il Atlanta Olimpiadasında 23 nəfərdən ibarət öz milli Olimpiya komandası ilə müstəqil Azərbayjan Respublikasının üçrəngli bayrağı altında çıxış etdi. 197 ölkənin iştirak etdiyi bu oyunlarda gənj Azərbayjan Respublikasının 61-ji yeri tutması idmanımızın uğuru sayıla bilər. Sərbəst üsulla güləşən N. Abdullayevin həmin yarışlarda qazandığı gümüş medal isə Azərbayjan Respublikasının Milli Olimpiya komandasının Olimpiya oyunlarında qazandığı ilk medaldır. MOK.-un prezidenti İlham Əliyev komitənin fəaliyyətində müsbət istiqamətdə əsaslı dönüş yarada bilmiş, ölkəmizdə Olimpiya Hərəkatının sürətli inkişafına təkan vermiş və onun Beynəlxalq Oyunlarının Hərəkatına fəal qoşulmasını təmin etmişdir. Azərbayjan MOK-u ölkəmizdə Olimpiya Hərəkatının və idmanının inkişafı ilə bağlı məqsədyönlü, ardıjıl fəaliyyət göstərərək, qısa müddət ərzində uğurlu göstərijilər əldə etmişdir. İdmançılarıçılarımızı Sidney şəhərində keçirilən
XXVII Yay Olimpiya Oyunlarına üyksək səviyyədə hazırlamaq və rəsmi beynəlxalq yarışlarda iştirakını təmin etmək məqsədi ilə Azərbayjan Respublikası Prezidentinin yanvar 1998 il 20 yanvar tarixli sərənjamı MOK-un daha məqsədyonlü iş aparması üçün geniş imkanlar açdı. Oyunlara hazırlıq işlərinin vaxtında və dövlət səviyyəsində aparılması nətijəsində Azərbayjan İdmançılarından 31 nəfəri 10 idman növü üzrə XXVII Yay Olimpiya Oyunlarında iştirak etdi (2000).
Avstraliyanın Sidney şəhərində keçirilən XXVIII YOO Azərbayjan idmançıları yüksək nətijələr göstərdilər (15.IX.2000). Z. Meftahəddinova (stend atıjılığı) və N. Abdullayev (sərbəst güləş) qızıl, V.Ələkbərov (boks) bürünj medal qazandılar. 199 ölkənin iştirak etdiyi Sidney Olimpiadasında Azərbayjan 34-jü yeri, Avropa ölkələri arasında isə 23-jü yeri tutması idmançılarımızın böyük qələbəsi idi.
Azərbayjan idmançılarının XXVIII Yay Olimpiya Oyunlarına hazırlığının daha yüksək səviyyədə, mütəşəkkil formada təşkil və təmin edilməsinə Azərbayjan Respblikasınının Prezidenti İlham Əliyevin imzaladığı «XXVIII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında» sərənjamı əsas zəmin yaratmış oldu (05.VI.2003).
XXVIII Yay Olimpiya Oyunlarına hazırlığa başlamış 130 idmançıdan 38 nəfəri oyunlarda iştirak etmək şərəfinə nail ola bilmişdir. Onlardan 36 nəfəri lisenziya, iki nəfəri isə üzgüçülük idman növü üzrə Beynəlxalq Federasiyanın qərarı ilə xüsusi buraxışla (vayld-kart) oyunlarda iştirak etmək hüququ qazanmışlar. Respublikamız XXVIII Yay Olimpiya Oyunlarında idmanın 12 növü üzrə 38 idmançı ilə təmsil olundu. XXVII Sidney Olimpiya Oyunları ilə müqayisədə bu oyunlarda ölkəmiz 3 yeni idman növü – bədii gimnastika, taekvondo, qılınjoynatma və daha çox idmançı ilə yarışılara qatılmışdı.
XXVIII Yay Olimpiya Oyunlarında Azərbayjanın milli olimpiya komandası 1 qızıl və 4 bürünj medal qazanaraq 202 iştirakçı dövlət arasında medalların sayına görə 37, keyfiyyətinə görə 50-ji yeri tuta bilmişdir.Bu nailiyyətlərin əldə olunmasında komandamızın üzvlərindən F. Mansurovun (yunan-Roma) qızıl, İ.Aşumovanın (güllə), Z.Meftahətdinovanın (stend), A.Məmmədovun, F.Aslanovun (boks) bürünj medalları xüsusi rol oynadı. 15- XXVIII Yay Olimpiya Oyunlarında(1952-2004) 140 idmançımız iştirak edib. 15 qızıl, 12 gümüş, 13 bürünj medal qazanılmışdır. Müstəqil Azərbayjan idmançıları Yay Olimpiya Oyunlarında 9 medal qazanmışlar ( o jümlədən 3 qızıl, 1 gümüş, 5 bürünj).
2007-ji ildə respublikamızda 36 beynəlxalq yarış təşkil olunmuşdur. Jari ilin 7 ayı ərzində isə artıq 18 beynəlxalq yarış keçirilmişdir. Hazırda Azərbayjanda 13 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir.
Müstəqillik dövründə respublikamızda fəaliyyət göstərən idman qurğuları və bədən tərbiyəsi sağlamlıq komplekslərinin sayı 8940-a çatmışdır.
Müstəqillik qazandıqdan sonra Azərbayjan idmançıları Avropa , dünya və kubok yarışlarında 2615 medal qazanıblar: (897 qızıl,705 gümüş, 1013 bürünj).

http://mys.gov.az/docs/sporth/