Ministry of Youth and Sports
2010-09-08 13:28
2010-09-08 13:04
2010-09-08 13:03
2010-09-06 17:45
2010-09-06 12:43
2010-09-02 11:56
2010-09-02 09:05
2010-09-01 14:21
2010-08-31 09:21
2010-08-30 12:51
2010-08-30 11:36
2010-08-27 12:19
2010-08-26 10:36
2010-08-25 12:42
2010-08-25 12:09
2010-08-24 17:17
2010-08-23 11:59
2010-08-23 11:07
2010-08-23 11:01
2010-08-23 10:59
Bizdən mətbuatda
2008-08-28 17:36
Dünya Gənclərinin Məşğulluq Sammitində bir sıra dövlətin birinci lediləri iştirak edəcək

Bakı. İlhamə İsabalayeva - APA-ECONOMICS. «Youth Employment Systems» (YES Inc.) beynəlxalq təşkilatı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 23-28-də Bakı şəhərində keçiriləcək IV Dünya Gənclərinin Məşğulluq Sammitində Misir, Türkiyə, Gürcüstan, İordaniya və digər ölkələrin birinci lediləri iştirak edəcəklər. «APA-ECONOMICS»in məlumatına görə, bunu hazırda Azərbaycanda səfərdə olan «YES Inc.» təşkilatının prezidenti Punam Ahuvalia bu gün keçirdiyi brifinqdə bildirib.
P.Ahuvalia qeyd edib ki, I Dünya Gənclərinin Məşğulluq Sammiti 2002-ci ildə İsgəndəriyyədə (Misir), II sammit 2004-cü ildə Mexikoda (Meksika), III sammit 2006-cı ildə Nayrobidə (Keniya) keçirilib. Növbəti sammitin Bakıda keçirilməsindən məmnun qalan P.Ahuvalianın sözlərinə görə, ölkələrin birinci ledilərinin bu tədbirdə iştirakı çox vacibdir. Çünki onlar bununla gənclərə mənəvi dəstək göstərdiklərini nümayiş etdirməlidir: «Biz əminik ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və YES Azərbaycan şəbəkəsinin məşğulluqla bağlı çox böyük təcrübəsi var və bu sahədə digər region ölkələrinə kömək edəcək. Ümid edirik ki, Azərbaycan gənci regionda ən lider gənclərdən olacaq».
P.Ahuvalia həmçinin bildirib ki, bu sammit gənclərin məşğulluğunun təmin edilməsində, bu sahədə dünya dövlətlərinin təcrübəsinin öyrənilməsində mühüm rol oynayacaq.

http://az.apa.az

 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 1359

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva