2008-08-28 17:36
Dünya Gənclərinin Məşğulluq Sammitində bir sıra dövlətin birinci lediləri iştirak edəcək
«Youth Employment Systems» (YES Inc.) beynəlxalq təşkilatı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sentyabrın 23-28-də Bakı şəhərində keçiriləcək IV Dünya Gənclərinin Məşğulluq Sammitində Misir, Türkiyə, Gürcüstan, İordaniya və digər ölkələrin birinci lediləri iştirak edəcəklər. «APA-ECONOMICS»in məlumatına görə, bunu hazırda Azərbaycanda səfərdə olan «YES Inc.» təşkilatının prezidenti Punam Ahuvalia bu gün keçirdiyi brifinqdə bildirib.














