Press relizlər

“İdman qurğularının idarə edilməsi” mövzusunda Beynəlxalq konfrans
23 noyabr, 2012 15:21

27-29 noyabr 2012-ci il tarixlərində Bakıda “İdman qurğularının idarə edilməsi” mövzusunda Beynəlxalq konfrans keçiriləcək. MDB ölkələrinin İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuş 2012-ci il – “İdman və sağlam həyat tərzi ili”nin Tədbirlər Planına əsasən təşkil edilən tədbir bədən tərbiyəsi və idman sahəsində beynəlxlaq təcrübə mübadilələri baxımından xüsusi əhəmiyyətə malikdir.

Konfransın rəsmi açılış mərasimi 27 noyabr 2012-ci il tarixdə, saat 11.00-da Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında keçiriləcək. Rəsmi açılışdan sonra Rusiya, Ukrayna, Qazaxıstan və Qırğızıstandan gələn idman sahəsi üzrə mütəxəssislərin, Azərbaycanda fəaliyyət göstərən olimpiya idman kompleksləri və digər idman qurğuları rəhbərlərinin “Bədən tərbiyəsi və idman infrastrukturunun inkişafı”, ”Regionlarda bədən tərbiyəsi və idmanın inkişafında idman qurğularının rolu”, “İdman komplekslərinin tikintisində əsas tələblər” və başqa mövzular ətrafında məruzələri dinləniləcək.

Noyabrın 28-də konfrans yekunlaşdıqdan sonra, günün ikinci yarısında tədbir iştirakçıları Otüstü Hokkey Kompleksi və Şağan qəsəbəsində yerləşən Olimpiya İdman Kompleksinin fəaliyyəti ilə yaxından tanış olacaq, Bakı Ekspo Mərkəzdə 1-ci Azərbaycan Beynəlxalq İdman, idman ləvazimatı və geyim sərgisində iştirak edəcəklər.

Noyabrın 29-da qonaqlar idman qurğularının səmərəli fəaliyyəti və Tennis Akademiyası, “Sərhədçi” İdman Olimpiya Kompleksi və yenidən qurulmuş müasir T.Bəhramov adına Respublika stadionu ilə yaxından tanış olacaqlar.

Konfransın noyabrın 27-də, saat 11.00-da Azərbaycan Milli Olimpiya Komitəsində keçiriləcək açılış mərasiminə bütün media nümayəndələri dəvət olunurlar.

 

printerçap versiyası

Baxılıb: 1208

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1247

Partnyorlar