Press relizlər

Latın Amerikası ölkələrinin gəncləri Bakıda
23 noyabr, 2012 15:25

20 noyabr - 2 dekabr 2012-ci il tarixlərdə 4 Latın Amerikası ölkəsi  ilə gənclərlə iş sahəsində təcrübə mübadiləsi proqramı reallaşdırılır. Bu müddətdə Kolumbiya, Kosta-Rika, Meksika və Panamadan 43 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Səfər “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.

Nümayəndə heyətinin Azərbaycana gəlişi ilə əlaqədar hazırlanmış səfər proqramı çərçivəsində iştirakçıların Fərxi Xiyabana və Şəhidlər Xiyabanına ziyarəti, bir sıra dövlət qurumlarında, o cümlədən, bir qrup gənc millət vəkilləri ilə görüşlər, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Heydər Əliyev Fondu və Azərbaycan Diplomatik Akademiyası  ilə tanışlıq, gənclər təşkilatlarının iştirakı ilə dəyirmi masa və Azərbaycanın tarixini və mədəniyyətini geniş şəkildə əks etdirən bir neçə təqdimatda iştirakı nəzərdə tutulmuşdur. Azərbaycanda keçirdikləri vaxt ərzində qonaqlar həm də müxtəlif muzeylərlə, o cümlədən, Qobustan Dövlət Qoruğu, Qala Etnoqrafik Muzeyi, Müasir İncəsənət Muzeyi, "Villa Petroleum" Nobel qardaşlarının ev muzeyi və digərləri ilə tanış olacaqlar.

Səfər zamanı nümayəndə heyətinin Azərbaycanla ikitərəfli əlaqələrin qurulması və əməkdaşlıq perspektivlərinin müzakirəsi gözlənilir. Qeyd edək ki, bu, Latın Amerika ölkələri ilə gənclərlə iş sahəsində keçirilən ilk mübadilə proqramıdır. 

 

printerçap versiyası

Baxılıb: 1205

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1283

Partnyorlar