Press relizlər

YES Azərbaycan 2008
27 avqust, 2008 15:56

 24-27 sentyabr Azərbaycan Dünya Gənclərinin 4-cü Məşğulluq sammitinə (YES) ev sahibliyi edəcək. 

YES sammitinin keçirilməsində məqsəd, gənclərin işsizlik və səmərəli məşğulluq problemlərinin həlli istiqamətində dünyada daha fəal işlərin görülməsini təmin etməkdir.

YES-in ilk sammiti 2002-ci ildə, ABŞ-ın 42-ci prezidenti Bill Klinton və Misirin birinci xanımı Süzan Mübarəkin sədrliyi ilə Misir Ərəb Respublikasında, İsgəndəriyyə şəhərində keçirilmişdir. 2-ci sammit 2004-cü ildə Meksikanın paytaxtı Mexikoda, 3-cü sammit 2006-cı ildə, Keniyanın paytaxtı Nayrobidə keçirilmiş və həmin sammitdə bizim nümayəndə heyətinin təklifi ilə növbəti, 2008-ci il sammitinin Bakıda keçirilməsi qərara alınmışdır. Bununla da “Yes Azerbaijan 2008” kampaniyasına start verilmişdir.

Bakıda keçiriləcək sammitdə 100-dən artıq ölkədən 600-ə yaxın nümayəndənin iştirakı gözlənilir.Bundan əlavə sammitdə bir sıra ölkələrin hökumət başçıları, dövlət orqanlarının başçıları, biznes şirkətləri və beynəlxalq təşkilatların olacağı da planlaşdırılır. “YES Azərbaycan 2008” sammitinin təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Fondu və “Youth Employment Systems (YES İnc.)”dir.

Gənclərin məşğulluq kampaniyası çərçivəsində BMT-nin Minilliyin İnkişaf Məqsədləri təbliğ olunur, gənclərin işsizlik problemləri araşdırılır və inkişafda olan ölkələrin iqtisadiyyatına, təhsil və səhiyyə sahələrinə sərmayelərin qoyulması istiqamətində çağırışlar səsləndirilir və fəaliyyətlər aparılır.
 

printerçap versiyası

Baxılıb: 3213

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1283

Partnyorlar