Fotoqalereya

Əsgər bayramı
28 iyun, 2013 15:23

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə iyunun 25-də “Gənclik” Şadlıq Sarayında “26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr olunmuş “Əsgər Bayrami” keçirilib.

Tədbirdə Müdafiə, Daxili İşlər və Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrində xidmət edən gənc hərbçilər, kursantlar iştirak ediblər.

Tədbirin əhəmiyyəti və məqsədi barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün isə ölkə başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfində uğurla davam etdirilən ordu quruculuğu işindən, Cənubi Qafqazın ən güclü ordusu olan Azərbaycanın Silahlı Qüvvələrinin inkişafından danışıb və hərbçilərimizi təbrik edib.

Daha sonra isə Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucov, Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi Abdulla Qurbani və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə çıxış edərək, şəxsi heyəti təbrik ediblər.

Xidmətdə fərqlənən hərbçilər Gənclər və İdman Nazxirliyinin “Fəxri Fərman”ları və qiymətli hədiyyələri ilə mükafatlandırılıblar.

Tədbir tanınmış müğənnilərin iştirakı ilə keçirilən konsert proqramı və ziyafətlə davam etdirilib. 

FOTO: DİLAVƏR N.

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1211

Partnyorlar