Fotoqalereya

“Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi” adlı Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq Layihə
24 sentyabr, 2010 15:39

Gənclər və İdman Nazirliyi, “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı ictimai birliyi, Avropa Şurasının Avropa Gənclər Fondu ilə 17-23 sentyabr 2010-cu il tarixlərdə Bakı və Quba şəhərlərində “Dinc Yanaşı Yaşama üçün Gənclərin Həmrəyliyi” adlı Mədəniyyətlərarası və Dinlərarası Beynəlxalq Layihə həyata keçirmişdir.

Layihənin məqsədi Avropa ölkələrində yaşayan gənclərin diqqətini Azərbaycanda mövcud olan tolerantlığa və mədəni müxtəliflik sahəsində mövcud olan əmin amanlığa cəlb etmək, yerli və beynəlxalq müstəvidə gənlərin mədəniyyətlər və dinlərarası dialoqunu təşkil etmək və millətlər arasında qarşılıqlı anlaşmanın inkişaf etdirilməsinə töhfə vermək idi.

Layihə İtaliyanın “Centro Solidarietà Terzo Settore”, Gürcüstanın “Ertoba” İctimai birliyi və Rumıniyanın “Gənclər və Regional İnkişaf Assosiasiyası” təşkilatı ilə əməkdaşlıq çərçivəsində icra olunmuşdur.

Layihəyədə Azərbaycan, Gürcüstan, Türkiyə, Estoniya, İtaliya, Rumııniya, Moldova ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarının 35 nümayəndəsi seçilərək layihə çərçivəsində müxtəlif fəaliyyətlərə cəlb olunmuşlar.  

Layihənin həyata keçirilməsinə təcrübəli yerli, o cümlədən xarici təlimçilər və ekspertlər dəvət olunmuşdur. “Centro Solidarietà Terzo Settore” Gənclər Təşkilatının sədri Annibale Morsillo, Rumıniyadan Gənclər və Regional İnkişaf Assosiasiyasının təlimçisi Fedor Andra, Gürcüstandan “Ertoba” İctimai Birliyinin üzvü Vano Zazadze və başqaları layihə çərçivəsində təlimçi və ekspert kimi çıxış edərək aşağıdakı təlim sesiyyalarını aparmışlar: “Sülh quruculuğunda gənclərin rolu”, “Tolerantlıq konsepsiyası”, “Müxtəliflikdən Birliyə”, “Şəxsiyyət anlayışı”, “Birgəyaşayış”, “Mədəniyyətlərarası və Dinlərarası Dialoq”, “Azərbaycan – Müxtəliflik və Tolerantlıq modeli kimi” və s. Eyni zamanda, Gənclər və İdman Nazirliyin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev layihə iştirakçılarına “Azərbaycanda gənclər siyasəti və gənclər işi” mövzusunda interaktiv təqdimat etmişdir. Təqdimat zamanı yerli və xarici iştirakçılara dövlət gənclər siyasəti və gənclər işi barədə ətraflı məlumat verilmiş və birgə müzakirələr və təcrübə mübadiləsi aparılmışdır.  İştirakçıların Azərbaycanda faəliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olmuşlar.

Layihə çərçivəsində müxtəlif ölkələrdən gələn nümayəndələr Azərbaycanın bir sıra mədəni və tarixi yerlərinə aparılmış və Azərbaycanda olan müxtəlif mədəniyyətlərin nümunələri qonaqlara əyani olaraq təqdim olunmuşdur. Eyni zamanda, Layihə iştirakçıları Azərbaycanın maddi və mənəvi abidələri, etnik və dini müxtəlifliyi ilə zəngin olan Quba şəhərinə səfər təşkil edilmişdir. İştirakçılar Quba Sosial-İqtisad Kollecinin müəllim və tələbələri ilə görüşmüş və birgə fikir mübadilələri aparmışlar. Eyni zamanda, xarici və yerli iştirakçılaınr Quba Soyqrım Məzarlığ ilə də tanışlıq səfəri təşkil olunmuşdur. Xarici qonaqlara 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırım faktı əyani olaraq göstərilmişdir. Avropalı gənclər bu faktı çox təssüflə qarşıladıqlarını və öz ölkələrində bu hadisə ilə bağlı məlumat verəcəkılərini söyləmişlər. Daha sonra layihənin proqramına uyğun olaraq iştirakçıların Qubada mövcud olan İslam, Xristian və İudaizm dinləri ilə yaxından tanış olmaq üçün Məscid, Kilisə və Sinaqoqa səfərləri təşkil olunmuş, onlara qeyd olunan yerli dinlərlə bağlı əyani məlumat verilmiş, həmçinin Qubada yaşayan və fəaliyyət göstərən Yəhudilərlə Qırmızı Qəsəbədə görüş keçirilmişdır.

Layihənin yekununda 7 ölkəni təmsil edən gənclər şəbəkəsinin yaradılması Gənclərin Mədəniyyətlərarası və Dinlərarası Dialoqunun gücləndirilməsinə və Dünyada Sülhün qorunmasında Gənclərin rolunun artırılmasına bundan sonra da öz töhfəsini verəcəkdir.  

“Centro Solidarietà Terzo Settore” Gənclər Təşkilatının sədri və layihənin təlimçisi Annibale Morsillo layihənin sonunda İctimai TV-yə müsahibəsində qeyd etmişdir ki, “Azərbaycanda olan dini və mədəni müxtəlifliyin tarixən bu qədər zəngin olması məni olduqca sevindirdi, biz İtaliyada fəaliyyət göstərən tannınmış gənclər təşkilatı olaraq öz gələcək layihələrimizdə Azərbaycanı Mədəniyyətlərarası və Dinlərarası Dialoq sahəsində bir model kimi istifadə etmək istəyirik. Xüsusi ilə onu qeyd etmək istəyirəm ki, dövlətin – Gənclər və İdman Nazirliyinin bu sahədəki fəaliyyəti və bu istiqamətdə gənclərlə əməkdaşlıqğı olduqca təqdirə layiqdir”

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1278

Partnyorlar