Fotoqalereya

Xocahəsən qəsəbəsində yeni idman meydançası istifadəyə verilib
11 mart, 2013 15:24

Xocahəsən qəsəbəsində yeni idman meydançası istifadəyə verilib. 5 Mart Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş açılış mərasimində qəsəbə sakinləri, idmançılar və məşçilər iştirak ediblər.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və Binəqədi rayon icra hakimiyyəti başçısının müavini Vüsal İsmayılov çıxış edərək idmançıları və sakinləri təbrik ediblər. Qeyd ediblər ki, bu idman qurğusundan səmərəli istifadə edən gənclər və qəsəbə sakinləri öz fiziki sağlamlıqlarının qorumaq üçün gözəl fürsət əldə ediblər.

Açılış mərasimdən sonra qəsəbənin yeniyetmə komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Qeyd edək ki, idman meydaçası 0,55 hektar ərazidə inşa olunub. Meydança hərəsində 63 oturacaq olan iki tribunadan ibarətdir. Meydançanın ətrafında eni 3 metr, uzunluğu 65 metr olan iki qaçış zolağı vardır. İdman obyektində, həmçinin soyunub-geyinmə otağı, beş düş kabinəsi, kombi sistemi üçün otaq və su anbarı fəaliyyət göstərir. Meydançanın ətrafında yaşıllıq zolağı salınıb və 250-dək şam ağacı əkilib.

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1211

Partnyorlar