Fotoqalereya

Müşviqabad qəsəbəsində yeni İdman Sağlamlıq mərkəzinin açılışı oldu
20 sentyabr, 2010 15:10

Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafına dair tədbirlər proqramı”na əsasən Bakı şəhəri, Qaradağ rayonunda inşa edilən yeni İdman Sağlamlıq mərkəzinin açılışı oldu.

Açılışında iştirak edən Gənclər və İdman Naziri Azad Rəhimov zalın qəsəbə gənclərinin idmanla daha rahat şəkildə məşğul olub, sağlam həyat tərzi sürmələri üçün inşa edildiyini bildirərək, bu cür mərkəzlərin çox böyük önəm daşıdığını xüsusi vurğuladı. 

Tikinti işlərinə 2007-ci ildən başlanan İdman Sağlamlıq Mərkəzinin inşası  üçün  Müşviqabad Bələdiyyəsi  tərəfindən 0,5 hektar  torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin ilkin mərhələsi “Sosial İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən ikinci mərhələsi isə “İnşaat Təmir-Tikinti və İstehsal Müəssisəsi”  Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yerinə yetirilmişdir. 

2 mərtəbəli Sağlamlıq Mərkəzi binasının  ümumi ölçüsü 24,6m x 18,6m-dir.   

I mərtəbədə güləş zalı, 2 ədəd soyunub geyinmə otağı, 2 ədəd duş kabinəsi, vestibül,  2 ədəd sanitar qovşağı, II mərtəbədə məşqçi, müdiriyyət, İşçi  və həkim otaqları, 2 ədəd sanitar qovşağı və texniki otaq vardır. 

printerçap versiyası

Digər məqalələr

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1278

Partnyorlar