Ministry of Youth and Sports
2010-09-02 11:56
2010-09-02 09:05
2010-09-01 14:21
2010-08-31 09:21
2010-08-30 12:51
2010-08-30 11:36
2010-08-27 12:19
2010-08-26 10:36
2010-08-25 12:42
2010-08-25 12:09
2010-08-24 17:17
2010-08-23 11:59
2010-08-23 11:07
2010-08-23 11:01
2010-08-23 10:59
2010-08-20 17:02
2010-08-20 16:56
2010-08-20 16:09
2010-08-20 16:03
2010-08-19 16:05
ONLAYN MÜRACİƏT
Adınız və Soyadınız: *
e-Mail: *
Telefon: *
Ünvan: *
*
Şöbə: *
Mətn: *
* göstərilən xanaların doldurulması mütləqdir!


Adınız və Soyadınız: Gülnar Quliyeva 2010-08-31 15:44
Şöbə: - Regionlarla iş və kadrlar şöbəsi
Mətn: № 36: - Müraciət
Salam,men Mingəçevir şəhərində yaşayıram,ailəliyəm,Müellimlər İnstitunun Riyaziyyat ve fizika fakultesi üzre tehsil almışam və təhsilimi bu il bitirmişəm.Eyni zamanda kompyuter,və orta dərəcədə rus və ingilis dili bilirəm.Sizdən xahişim mənə işlə təmin olunmaqda köməklik göstərəsiz.Lazım gələrsə mən öz cv-formamı lazımi elektron adresə gondərə bilərəm.Səbrsizliklə cavabınızı gözləyirəm,sizə işlərinizdə müvəffəqiyyətlər.....
(2010-08-31 15:44)
Nəzərinizə çatdırırıq ki, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda inzibati vəzifələrdə vakansiya yarandığı təqdirdə “Dövlət Qulluğu Haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən boş vəzifələrin tutulması üçün müsabiqə elan edilir və bu elanda boş inzibati vəzifənin adı, bu vəzifəni tutmaq istəyən vətəndaşlar qarşısında qoyulan tələb və şərtlər göstərilir. Yalnız müsabiqədə qalib gələn namizədlərin dövlət qulluğuna işə qəbul edilməsi mümkündür. Ətraflı məlumatı Azərbaycan Respublikasının Prezidenti yaninda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet saytından (www.csc.gov.az) əldə edə bilərsiniz.

Adınız və Soyadınız: Firdovsi Veliyev 2010-06-16 17:42
Şöbə: - Regionlarla iş sektoru
Mətn: № 35: - Şikayət
Salam!Bərdə rayon Olimpiya İdman Kompleksine bigane yanaşmaq,artıq Bərdə gənclərin sebrini tükenmek seviyesine catıb!Futbol meydancası berbad gündedir,Duşevoylar işlemir,tenis kordu,voleybol meydancası yararsız haldadır!Cənab Prezident İlham Əliyevin acılışında iştirak etdiyi İdman kompleksi bu gün "S.O.S." cagırır!
(2010-06-16 17:42)
Bərdə rayon Gənclər və İdman İdarəsi bildirir ki, Bərdə Olimpiya İdman Mərkəzindəki idman meydançasının yararsız vəziyyətdə olması barədə rayonun Qaratəpə kənd sakini Firdovsi Vəliyev tərəfindən daxil olan şikayət ərizəsi araşdırılmışdır. Ərizədə göstərilən nöqsanlar öz təsdiqini tapmamışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Bərdənin Qaratəpə kəndində Firdovsi Vəliyev adlı şəxs yaşamır. Mobil telefon nömrəsi isə yad bir şəxsə məxsusdur.

Adınız və Soyadınız: Qarayeva Balqız 2010-05-14 17:16
Şöbə: - Elm və təhsil şöbəsi
Mətn: № 34: - Şikayət
Salam.Men 2003-cü ildə Azərbaycan Beynəlxalq Universitetinin Tarix və İctimaiyyət fakultəsinə daxil olmuşam.2008-ci ildə oranı bitirmişəm.İki ildi diplomumu ala bilmirəm.Xahish edirəm bu məsələdə mənə yardım edəsiniz.
(2010-05-14 17:16)
Qaldırdığınız məsələ Gənclər və İdman Nazirliyinin səlahiyyətləri xaricindədir. Odur ki, aidiyyəti üzrə müraciət etməyinizi xahiş edirik.

Adınız və Soyadınız: Kamal 2010-04-23 9:08
Şöbə: - İdman şöbəsi
Mətn: № 33: - Müraciət
Salam. Sualım beledir Azərbaycanda analoqu olmayan şərq döyüş növü üzrə klub təsis etmək istəyirik. Bilmək istərdik ki, bunun üçün biz İdman yoxsa Ədliyyə Nazirliyinə müraciət etməliyik? Qeydiyyatdan keçmə prosesi neçə müddətə həll olunur?
(2010-04-23 9:08)
Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində Şərq döyüş növləri Federasiyası Şurası hörmətli millət Vəkili Ülvü Quliyevin rəhbərliyi altında fəaliyyət göstərir.Bununla əlaqədar Şuraya müraciət edə bilərsiniz. Xahiş edirik nəzərə alasınız. Şuranın telefon əlaqəsi 566 13 14.Mob 055 722 00 17

Adınız və Soyadınız: Orxan Abdullaev 2010-04-19 15:58
Şöbə: - Elm və təhsil şöbəsi
Mətn: № 32: - Müraciət
salam men 6 aprelde kecirilen tehsil sergisine gele bilmedim.xahis edirem mene orda verilen melumatlardan qisacada olsa melumat almaq isteyerdim.
(2010-04-19 15:58)
Sizin elektron məktubunuza cavab olaraq bildiririk ki, 2010-cu il 6 aprel tarixində təhsil sərgisi “Kaspi” Təhsil Mərkəzi tərəfindən keçirilmişdir. (012) 510 70 42, (012) 418 25 28 telefon nömrələrinə zəng edib və ya info@kaspi.edu.az elektron poçtuna sualınızı yazıb lazımi məlumat ala bilərsiniz.

Adınız və Soyadınız: Mahmud Nəsirov 2010-04-27 15:51
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 31: - Müraciət
Salam, Bildiyim qederi ile bu il Bakida gencler arasinda ekologiya movzusunda beynelxalq konfrans kecirilecek. Meni konfransin keçirilmə tarixi və iştirak üçün nələrin tələb olunduğu maraqlandırır. Əvvəlcədən təşəkkürlər... Hörmətlə, Mahmud Nəsirov
(2010-04-27 15:51)
Sizin məktubunuza Gənclər və İdman Nazirliyində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, gənclər arasında ekologiya mövzusunda beynəlxalq konfransın cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılır. İştirak etmək üçün 1 ay əvvəlcədən Nazirliyə müraciət edə bilərsiniz.

Adınız və Soyadınız: Nicat Qasımlı 2010-03-12 17:37
Şöbə: - Gənclər təşkilatları ilə iş sektoru
Mətn: № 30: - Ərizə
Mən 1991-ci il 28 iyunda anadan olmuşam. Hal hazırda Qafqaz universitetində Hüquq fakultəsində İqtisadiyyatın hüquqi tənzimlənməsi bölümündə oxuyuram.Məqsədim isə İrəli gənclər təşkilatına üzv olmaqdır.
(2010-03-12 17:37)
Hörmətli Nicat Qasımlı Sizin müraciətinizə cavab olaraq ”İrəli” İctimai Birliyinin ünvanını, əlaqə telefonlarını, e.mail ünvanını və mərkəzi ofisin ünvanını sizə göndəririk. Ünvan Bakı şəhəri, İçərişəhər, 1-ci Qəsr döngəsi 70 Tel.Fax +99412 4925080 E.mail ireli@ireli.az

Adınız və Soyadınız: serhat aktas 2010-02-03 10:18
Şöbə: - 9. Ümumi şöbə
Mətn: № 29: - Müraciət
hormetli azad muellim ve nazirliyin butun emekdaslari sizi 2 fevral gencler gunu munaseetiyle semimi qelbden tebrik edir.bu cetin ama serefli isinizde ugurlar arzu edirem.hormetle ...serhat aktas
(2010-02-03 10:18)
Təbrikinizə görə təşəkkürümüzü bildiririk.

Adınız və Soyadınız: Ferhad Baloglanov 2010-02-03 10:14
Şöbə: - Kütləvi bədən tərbiyəsi və texniki idman növləri sektoru
Mətn: № 28: - Müraciət
Hormetli IDMAN shobesinin Reisine. Size ilin evvelinde etdiyim muraciete cavab almadim.Eger mektubu almisinizsa Sizden xahish edirem ki hemin movzuya baxilib- baxilmamasi barede mene cavab yazasiniz. Hormetle F.Baloqlanov
(2010-02-03 10:14)
Sizin Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ünvanladığınız elektron məktubunuza tərəfimizdə ətraflı baxılmış və araşdırılmışdır. Muraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar nəzərinizə çatdırırıq ki, radio idmanı respublikamızda populyar olmadığı üçün bu sahədə nazirlik Sizə müvafiq köməklik göstərə bilməyəcəkdir. Lakin bu məsələ ilə bağlı Respublika Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti şurasına (sədr N.Novruzov tel 494-88-10, 494-98-88 (68) müraciət edə bilərsiniz.

Adınız və Soyadınız: Togrul Demirov 2010-02-01 17:20
Şöbə: - 9. Ümumi şöbə
Mətn: № 27: - Müraciət
2011 gencler arasinda olimpiadaya boksdan en choxu neche lisenziya qazana bilerik,ve bir vesde olimpiadada neche nefer gozlenilir
(2010-02-01 17:20)
Sizin Gənclər və İdman Nazirliyinə göndərdiyiniz müraciətlə əlaqədar olaraq bildiririk ki, yarışların proqnozlaşdırılması məsələsinə Azərbaycan Boks Federasiyasında baxılır. Xahış edirik Federasiyanın e-mail ünvanına müraciət edəsiniz. agajanbox@mail.ru

Adınız və Soyadınız: Musa Mirzəzadə 2010-01-14 10:53
Şöbə: - İdman şöbəsi
Mətn: № 26: - Şikayət
mən 26iyun 2009-cu ildə Pankration üzrə dünya çempionu oldum.amma buna görə vəd olunan mükafatı almamışam.bunun səbəbini bilmək istərdim
(2010-01-14 10:53)
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2009-cu ildə Kollegiyası tərəfindən təsdiq edilmiş qərarına əsasən beynəlxalq yarışlarda iştirakçı dövlətlərin sayı 15 olmalı və hər çəki dərəcəsində 10 idmançı iştirak edibsə, qələbə qazanıbsa,həmin idmançı ilin yekununa görə mükafatlandırılır. Sizin iştirak etdiyiniz yarışdan verilən protokolda qeyd olunanlar öz əksini tapmamışdır. Xahiş edirik nəzərə alasınız.

Adınız və Soyadınız: Ehmedov samir 2009-12-04 12:16
Şöbə: - İdman məktəbləri sektoru
Mətn: № 25: - Müraciət
Salam. Men bilmek isteyirem neye göre Respublikamizda King boking federasiyasi yoxdur. Buna sebeb king boxing idman növünün zeif inkisafidir? Yoxsa men sehv edirem?
(2009-12-04 12:16)
Nəzərinizə çatdırırıq ki, Respublikamızda 89 kikboksinq idman növü üzrə klub və cəmiyyətdə 10000-nə yaxın gənc və yeniyetmə məşğul olur. Kikboksinq federasiyasının ünvanı Akademik Həsən Əliyev 98, Bakı, Azərbaycan Tel/Fax +99412 5645147 e-mail akmfkikboxsinq@yahoo.com

Adınız və Soyadınız: ilkin MEHEMMEDOV 2009-11-12 15:08
Şöbə: - İdman məktəbləri sektoru
Mətn: № 24: - Müraciət
MEN 18 YASINDA IDMAN LITSEYINE QEBUL OLA BILEREM?
(2009-11-12 15:08)
Respublika Olimpia İdman Liseyinə qəbul 5-ci sinifdən aparılır. İdmançı şagirdlər idman təşkilatlarının göndərişi ilə liseydə xüsusi qabiliyyət imtahanlarından uğurla keçdikdən sonra, təhsillərini litseydə davam etdiririlər.

Adınız və Soyadınız: Hemzet Caniyev 2009-09-17 15:12
Şöbə: - 9. Ümumi şöbə
Mətn: № 23: - Müraciət
Salam hervaxtiniz xeyir,baqiwdayin narahat eleyirem,men isterdim armrestlinq uzre kluba yazimaqa, men bilmirem ora nece yazila bilerem deye.
(2009-09-17 15:12)
Azərbaycan Armrestlinq Federasiyasının ünvanı Bakı ş. Məhəmmədov küçəsi, 9-cu döngə, ev 5, mənzil 6 Telefon 497 47 50 (ofis)

Adınız və Soyadınız: Ceyhun Camalzade 2009-09-17 12:56
Şöbə: - Gənclərlə iş şöbəsi
Mətn: № 22: - Tövsiyyə
salam sizi narahat etdiyim üçün sizden üzr isteyiremş sizin saytı çoox beyendim men isteyerdim ki bezi saytlar baxıb ibret götürsün biz genlere etraflı melumat verdiyiniz üçün size teşekkürümü bildiriremş genclerin şikayeti və müraciətinə baxdiqiniza görede teşekkürlüyümü bildirirəm sagolun ..........

← Əvvəlki    1  2  3    Növbəti →
AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 1338

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva