Xəbərlər

 

 


30.11.1629 noyabr 2016-cı il tarixində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tələbə-Gənclər Təşkilatı və Akademiyanın Tələbə Həmkərlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə "Şirvanşahlar Sarayı"na və "Miniatur Kitab Muzeyi"nə gənclər üçün ekskursiya təşkil olunmuşdur. Gənclər "Şirvanşahlar Sarayı"ndan və "Miniatur Kitab Muzeyi"ndən xoş təəssüratla ayrılıblar.
Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ikinci tədbir keçirilibBinəqədi rayon Gənclər evində 26 noyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində ikinci tədbir keçirilib. “Uğurlu karyeranın sirləri” mövzusunda keçirilən tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, ekspert “YARAT Müasir İncəsənət Məkanının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Hökümə Kərimova, İdarənin rəis müavini Sevinc Süleymanova, layihənin rəhbəri Anar Abdulov və layihə iştirakçısı olan xanımlar iştirak edib.
Nazir Azad Rəhimov Avropa Şurasının İdmana məsul nazirlərinin 14-cü konfransına qatılırMacarıstanın Budapeşt şəhərində Avropa Şurasının İdmana məsul Nazirlərinin 14–cü Konfransı öz işinə başlayıb.
“QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir28 noyabr 2016-cı tarixində “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində seminarlar keçirilib. Sabunçu rayonunun Gənclər evində rayon gənclərinin iştirakı ilə “Erasmus+ proqramında gənclərin iştirakı və gənclər evlərinin rolu” mövzusunda seminar baş tutub. Azərbaycan Turizm və Menecment Universitetində tələbələrin iştirakı ilə keçirilən seminar isə “Dayanıqlı İnkişaf Məqsədləri və Gənclərin BMT-də rolu” mövzusunda təşkil olunub.
Sumqayıtda “Gənclərin Diksiya Klubu” layihəsinə yekun vuruldu27 noyabr 2016-cı il tarixində Azərbaycan Respublıikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Gənclər Evində “Gənclərin Diksiya Klubu” layihəsinin sonuncu interaktiv seminarı keçirilmişdir.
“Kəlbəcər-virtual səyahət” 3D qrafik təsvirli film, “Qarabağın geyimləri” elektron albomunun , “Virtual Qarabağ elktron kitabxanasının təqdimat mərasimi keçiriləcək30 noyabr 2016-cı il tarixində saat 11:00 - da AMEA Mərkəzi Elmi kitabxanasının konfrans zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər-virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağın geyimləri” elektron albomunun,“Virtual Qarabağ elektron kitabxanası”nın təqdimat mərasimi keçiriləcək.
Sumqayıtda “Fərdin Şəxsi İnkişafı Akademiyası” davam edirSumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və "City College” tədris mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən Fərdin şəxsi inkişafı Akademiyası çərçivəsində növbəti “Layİhə yazılışı və idarə edilməsi” mövzusunda təlim keçirilib. Artıq akademiya çərçivəsində keçirilən və sayca 3-cü olan təlimin məqsədi layihə yazılışı və planlaşdırma mərhələləri, problemin təsviri, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, fəaliyyətlərin idarə olunması, risk və indikatorlardan istifadə, büdcə və icra planı tərtibatı məsələləri istiqamətində gəncləri maarifləndirməkdir. Səbuhi Məmmədzadə tərəfindən verilən təlimdə gənclər arasında layihə yazılışı üzrə qrup çalışmalarıda təşkil edilmişdir. Böyük maraqla dinlənilən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Təlim fasiləsində iştirakçılar üçün kofe-break süfrəsi təşkil olunmuşdur.
AKİB könüllüləri güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinə dəstək oldular24-26 noyabr 2016-cı il tarixlərində Bakı İdman sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi keçirilib. Yarışda dünyanın 50-dən artıq ölkədən 700-ə yaxın idmançı iştirak edib. Azərbaycan Könüllülər İctimai Birliyi hər il olduğu kimi bu il də çempionatın təşkilində öz könüllülər ilə dəstək oldu.
Stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib28 noyabr 2016-cı il tarixdə 258 saylı tam orta məktəbin idman zalında stolüstü tennis idman növü üzrə Nərimanov rayon turniri keçirilib. Yarışın keçirilməsində məqsəd məktəbliləri stolüstü tennis idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir. Yarışda rayonun 16 məktəb komandası tərkibində 80 nəfər məktəbli (onlardan 32 nəfəri qızlar) iştirak etmişdir.
Sumqayıt Gənclər Evində 01 dekabr – QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbir keçirildiSumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Sumqayıt Dövlət Universitetinin Tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə 01 dekabr – Qazanılmış İmmun Çatışmazlığı Sindromuna qarşı mübarizə gününə həsr edilmiş tədbir keçirilib. Məqsəd gəncləri sağlamlıqlarının qorunması istiqamətində, İİV/QİÇS barədə maarifləndirimək və pandemiyaya qarşı həmrəylik nümayiş etdirmək olmuşdur.
“Respublika Gənclər Debat Forumu: Payız 2016” layihəsi çərçivəsində silsilə tədbirlər ilə davam edirForumun payız mövsümünün mövzusu “Sahibkarlığın inkişafında proteksionizm siyasətinin rolu” kimi müəyyən edilmişdir. Forum çərçivəsində keçirilən debat təlimləri, ekspertlərlə görüşlər və debat turnirlərinin nəticəsində artıq Respublikanın Şəki, Mingəçevir şəhərlərində Regional Debat Forumları baş tutub, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində Regional Foruma, Bakı şəhərində ali təhsil müəssisələrində “Bakı Gənclər Debat Forumu”-nun Payız mövsümünə hazırlıqlar, Şəmkir, Qusar, İsmayıllı, Biləsuvar şəhərlərində isə Respublika Forumunda təmsil olunacaq komandalar ilə məşq prosessi davam edir.
24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub Yeniyetmə və Gənclər arasında 17-ci, böyüklərin isə 24-cü respublika çempionatının qalib və mükafatçıları məlum olub. Heyətdə əvvəlki yeni idmançılar da var. "Sərhədçi" İdman Olimpiya Mərkəzində yarışda paytaxt və müxtəlif regionlardan 41 klubu təmsil edən 430 idmançı iştirak edib. Kumite üzrə 14-15 yaşlı yeniyetmələrdə Fərid Ağayev (-52 kq, "Vado Ryu" klubu), Rəşid Həqiqətli (-57 kq, "Qara Qaplan" klubu), Tural Yaqubov (-63 kq, "Qara Qaplan" klubu), Fərid Şahbazlı (-70 kq, Xocavənd), Məmməd Məmmədov (+70 kq, Xocavənd), eləcə də Mədinə Sadıqova (-47 kq, "Qara Qaplan" klubu), Ayla Rzazadə (-54 kq, "Qara Qaplan" klubu), Səma İmanzadə (+54 kq, "Qarabağ" klubu), kata yarışlarında isə Ceyhun İsmayılov ("Arpaçay" klubu), Emiliya Mitlinova ("Qara Qaplan" klubu) çempion olublar.
İsmayıllı Olimpiya İdman Kompleksində müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilibNoyabrın 27-də İsmayıllıda Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. İsmayıllı Olimpiya İdman Kompleksində təşkil olunan və 2 gün davam edəcək qiymətləndirmədə İsmayıllı ilə yanaşı, Şamaxı və Qobustan rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 3500 nəfərədək müəllim iştirak edəcək. Eyni zamanda Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediliblər.
Binəqədi rayon Gənclər evində “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirilibBinəqədi rayon Gənclər evində 24-25 noyabr 2016-cı il tarixlərdə “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” mövzusunda təlim keçirildi. Təlimdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşları Leyla Kərimova, Emil Lətifov, “Sığortanın cəmiyyətdə rolu və zəruriliyi” adlı layihənin rəhbəri Cəmilə Şirinova, təlimçi, “Azsığorta” şirkətinin Mühüm müştərilərlə iş şöbəsinin bölmə rəhbəri Elxan Novruzov, rayon sahə inzibati dairəsi üzrə nümayəndəliklərin, bələdiyyələrin və MKTB-nin səhifə adminləri, Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri iştirak etdilər.
İsmayıllı idmançıları bir qızıl və iki gümüş medal qazandılarAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına uyğun olaraq 23-27 noyabr 2016-cı il tarixlərdə İdman Məktəblərin VIII Respublika Oyunlarının proqramına daxil olan ağır atletika idman növü üzrə 2003-2004-cü təvəllüdlü idmançılar arasında Gəncə şəhərində keçirilən yarışda İsmayıllı idmançıları bir qızıl və iki gümüş medal qazanıblar. Ağır atletika üzrə məşqçi müəllim Vüsal Ağayevin yetirmələri Rəhimov Kənan I yer,Qaçayzadə Zülfiqar və Məmmədli Əadələt II yerə layiq görülüblər.
Nərimanov rayonunda "Təfəkkür" Universitetinin tələbələri arasında dama turniri keçirilib25 noyabr 2016-cı il tarixdə "Təfəkkür" Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsi, "Təfəkkür" Universiteti və Universitetin Tələbə-Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə gənclərin asudə vaxtlarının səmərəli təşkili, idmana cəlb edilməsi, onlar arasında sağlam həyat tərzinin təbliği məqsədi ilə "Təfəkkür" Universitetinin tələbələri arasında dama turniri keçirilib. Turnirin əsas məqsədi yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi ve idmanın kütləviliyinin təmin edilməsi, dama idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.
Xəzər rayon Gənclər Evində “Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda gənclərə yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq haqqında qabaqlayıcı və maarifləndici tədbir keçirilmişdirXəzər rayon Gənclər və İdman idarəsi 25 noyabr 2016 - cı il tarixdə Xəzər rayon Gənclər Evində “Mənə vacib olan bilik və tövsiyələr” mövzusunda gənclərə yanğın təhlükəsizliyi, dəm qazından qorunmaq haqqında qabaqlayıcı və maarifləndici tədbir keçirmişdir.
Nərimanov rayon gənclərinin "Açıq söhbət" layihəsi çərçivəsində növbəti görüşü keçirilib24 noyabr 2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib. Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisini və fəal gəncləri salamlamış, Raqif Abbasovun həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.
Astaralı gənc Fransada Azərbaycanı təmsil etdi17-22 noyabr 2016-cı il tarixlərdə Fransanın Paris şəhərində “İngilis dilinin tədrisində yeni zirvələr fəth edək” adlı illik 35-ci TESOL Fransa konfransı keçirilmişdir. Tədbirdə 20-dən artıq ölkə nümayəndələri iştirak etmişdir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanın nümayəndələri konfransda iştirak etmək hüququ qazanmışdır. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycanı konfransda təmsil edən 2 nəfər nümayəndədən biri fəal gəncimiz, Astara rayon Suparibağ kənd tam orta məktəbinin ingilis dili müəllimi Kəmalə Nəsirova təmsil etmişdir. Gənclərimizə örnək olan Kəmalə xanımı bu böyük nailiyyətinə görə təbrik edir və ona uğurlar arzulayırıq.
Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov bir sıra MDB ölkələrinin Gənclər Şuraları ilə memorandum imzalayıb22-23 noyabr 2016-cı il tarixlərində Gənclər Təşkilatları Milli Şurası tərəfindən Rusiya, Belarusiya, Qırğızıstan və Qazaxıstanın milli gənclər platformaları ilə memorandumlar imzalanıb. Rusiya Uşaq və Gənclər Birliklərinin Milli Şurası, Belarus Respublika Gənclər İttifaqı, Qazaxıstan Gənclər Konqresi Assosiasiyası və Qırğız Respublikası gənclərlə iş üzrə gənclər təşkilatları və komitələri Şurası Assosiasiyası ilə imzalanan memorandumlar ölkələrinin gənclər və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi, həmçinin gənclər arasında dostluğun möhkəmləndirilməsi məqsədilə olub.
 əvvəlki    4  5  6  7  8  9  10  11  12  13  14    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1277

Partnyorlar