Xəbərlər

 

 


2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasına dair Tədbirlər Planı təsdiq edilibAzərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planı təsdiq edilib. AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən Tədbirlər Planının icrasının təşkilinin əlaqələndirilməsi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinə həvalə olunub. Tədbirlər Planında islamdaxili həmrəylik, İslam və digər konfessiyalar arasında həmrəylik istiqamətləri üzrə ölkə daxilində və xaricdə keçirilməsi nəzərdə tutulan tədbirlər öz əksini tapıb.
Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş Voleybol idman növü üzrə rayon turniri keçirildi 13-15 fevral 2017 ci il tarixlərdə C.Babayev adına şəhər 3saylı tam orta məktəbin idman zalında, Astara rayon Gənclər və İdman İdarəsinin 2017-ci il I yarimillik tədbirlər planına uyğun olaraq xocalı faciəsinin 25-ci ildönümünü qeyd etmək ,yeniyetmələr arasında voleybol idman növünü təbliğ və inkişaf etdirmək, məktəblilərdən ibarət rayonun yığma komandasini təşkil etmək məqsədilə məktəblilər arasında Voleybol idman növü üzrə rayon turniri keçirilmişdir. Turnir Voleybol Federasiyasının qaydalarına əsasən keçirilib. Yarışda I, II və III yerlərə müvafiq olaraq Astara rayon Suparibağ kənd, Şəhər 2 saylı və Şəhər 3 saylı tam orta məktəbin komadaları layiq görülmüşlər. Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
Gənc ağır atletlərə seminar keçirildi“Zirvə” Liseyində yeniyetmə atletlərin bilik və savadlarının artırılması istiqamətində çalışmalar davam etdirilir. Mütəmadi xarakter alan seminarlar da bu qəbildəndir. Fevralın 9-da AAAF Park Yaşayış Kompleksinin Konfrans Zalında ağır atletika yığma komandasının həkimləri – Fuad Qasımov və Rizvan Əkbərov Liseydə təhsil alan idmançı-şagirdlərə “İdmanda şəxsi gigiyenanın əhəmiyyəti” haqqında xüsusi dərs keçiblər.
Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotları nümayiş olunurAzərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi bu gün ictimaiyyətə Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi maskotlarını təqdim edir. Azərbaycanımızın milli sərvəti, dünyanın bir çox ölkələrində gözəllikləri ilə göz oxşayan Qarabağ atları bu gündən IV İslam Həmrəyliyi Oyunlarının maskotları olaraq cəmiyyətə nümayiş olunur. İncəlik və cəsurluğu özündə xarakterizə edən Qarabağ atları oyunların bundan sonrakı təbliğatında əhəmiyyətli rol oynamaqla yanaşı, eyni zamanda IV İslam Həmrəyliyi oyunlarının simaları olacaqlar.
Yeniyetmə və gənclərdən ibarət seçmə komandalar Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatında iştirak edəcəklər14-18 yaşlı yeniyetmə və gənclərin baş məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 14-15 yaşlıların yarışında Tale Yaqubovun (-52 kq), Rəşid Həqiqətli (-57 kq), Tural Yaqubov (-63 kq), Fərid Şahbazlı (-70 kq), Mədinə Sadıqova (-47 kq), Ayla Rzazadə (-54 kq) və Səma İmanzadənin (+54 kq) çıxış etməsinə qərar verib. Məşqçilər heyəti həmçinin 16-18 yaşlı gənclərdə Həsən Əliyevə (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Ruslan Əhmədov (-68 kq), Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (- 48 kq), İnci Əzizova (-53 kq) və Bəsti ismayılovaya (+53 kq) fərqlənmək imkanı verib.
«İstedadlar sorağında - 2017» festivalıXəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon Gənclər və İdman İdarəsi, Xəzər rayon Gənclər Evi ilə birlikdə 2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyasından irəli gələn vəzifələrin icrasının təmin olunması, istedadlı uşaq, yeniyetmə və gənclərin aşkar edilməsi, asudə vaxtın səmərəli təşkili, onların bacarıqlarının stimullaşdırılması məqsədilə internat məktəblərinin yaradıcı uşaq və yeniyetmələri arasında «İstedadlar sorağında - 2017» adlı festival keçirilmişdir.
26 Fevral - Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr Kikboksinq üzrə açıq rayon turniri keçirmişdirXocalı Soyqırımı qurbanlarının xatirəsini yad edib ,idmançıları vətənpərvərlik ruhunda tərbiyələndirmək , Kikboksinq idman növünü təbliğ və inkişaf etdirmək məqsədilə Azərbaycan Kikboksinq Federasiyası Xəzər rayon Gənclər və idman idarəsi yeniyetmə idmançılar arasında “26 Fevral - Xocalı soyqırımı” qurbanlarının xatirəsinə həsr Kikboksinq üzrə açıq rayon turniri keçirmişdir. Tədbirdə Millət vəkili Adil Əliyev, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Dünya çempionu Eduard Məmmədov idmançılar qarşısında çıxış etmişlər. Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən turnirin qaliblərinə дипломлар və xatirə təqdim olunmuşdur.
Nərimanov rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib13 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Rayon rəhbərliyinin, Milli Məclisin deputatı Adil Əliyevin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Nərimanov Rayon İdarəsinin əməkdaşları, müharibə veteranları və gənclərin qatıldığı tədbirdə öncə torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş qəhrəman, Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 5-ci ildönümü, eyni zamanda Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Xidmətin Nərimanov Rayon İdarəsinin rəisi Qəşəm Mahmudovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi münasibəti ilə səmimi təbriklərini bildirərək, şəxsi heyətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“İdeya var” gənclərin l Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin qalibləriVətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi, milli mənəvi dəyərlərin qorunması 1.Sevinc Hüseynli- Simbioz həyat- ll yer 2.Aydın Nəsirzadə- “Mən əsgərəm” lll yer
Psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda təlim keçirildi Binəqədi rayon Gənclər evində 11 fevral 2017-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonda yerləşən orta ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün “Məktəb psixoloqlarının şagird həyatında rolu” mövzusunda psixoloji təlim keçirilmişdir. Təlimdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, ekspert-Bakı Mühəndislik Universitetinin “Psixoloji məsləhət şöbəsi”nin müdiri, “İmzam” Təhsil Mərkəzinin müəllim-psixoloqu Hüseyn Xəlilov və orta ümumtəhsil məktəblərinin psixoloqları iştirak etmişlər.
Nazir Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edibBu gün Gənclər və idman naziri Azad Rəhimov Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinlərini qəbul edib.
Ağır atleti idmanı üzrə Azərbaycan birinciliyi keçiriləcəkFevralın 16-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək (2000-2001-ci il təvəllüdlü. və 2002-2004-cü il təvəllüdlü.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçiriləcək. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edəcəkdir. Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.
Mübariz İbrahimovun xatirəsi Astarada anıldı10 fevral 2017-ci il tarixdə Astara Gənclər Evində Astara rayonunun fəal gəncləri Azərbaycan Tibb Universitetinin tələbəsi Elman Heydərov, Sumqayıt Dövlət Üniversitetinin tələbəsi Novruz Əliyev, Lənkəran Dövlət Universitetinin tələbəsi Zəka Mehrəliyevin təşəbbüsü, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və tərtib etdiyi Əsasnaməyə uyğun olaraq Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününün qeyd edilməsi, onun mübarizliyinin, vətənpərvərliyinin və qəhrəmanlığının təbliğ edilməsi, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın milli-mənəvi dəyərləri və tarixi haqqında biliklərini nümayiş etdirmələrinə şərait yaratmaq məqsədilə 14-18 yaşlı məktəblilər arasında intellektual yarış keçirilmişdir.
Binəqədi rayonunun gənclərinin Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüşü keçirildiBinəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi, YAP Binəqədi rayon Təşkilatı, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi bələdiyyəsinin təşkilatçılığı ilə 09 fevral 2017-ci il tarixdə Azərbaycan Yazıçılar Birliyində Birliyin Yaradıcılıq məsələləri üzrə katibi, şair, yazıçı, kinodramaturq İlqar Fəhmi ilə görüş keçirilmişdir. “Ədiblərdən bir inci” layihəsi çərçivəsində baş tutan görüşdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova, Binəqədi bələdiyyəsinin üzvü Aysel Əlizadə, bələdiyyənin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, şair Dayandur Sevgin, gənclər iştirak etmişlər.
Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş Basketbol üzrə turnir keçirilirNərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 08-13 fevral 2017-ci il tarixlərində 193 saylı tam orta məktəbin idman zalında şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar arasında basketbol idman növü üzrə Nərimanov rayon turniri keçirilir. Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, məktəbliləri basketbol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir. Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 20 məktəb komandası tərkibində 240 nəfər məktəbli iştirak edir. Qeyd edək ki, turnirin final mərhələsi 13 fevral 2017-ci il tarixdə Bakı Modern Məktəbində keçiriləcək. Yarışda I, II və III yerləri tutan komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunacaqlar.
Stolüstü tennisçilərimiz “Çexiya Open” çempionatının şəxsi oyunlarının qalibi oldu2017-ci il 08-12 fevral tarixlərində Çexiyanın Xodonin şəhərində keçirilən Beynəlxalq Stolüstü Tennis Federasiyasının reytinq yarışlarına daxil olan “Çexiya Open” çempionatında şəxsi oyunlar artıq başa çatmışdır . 36 ölkədən 301 idmançının qatıldığı çempionata oğlan tennisçilərimiz birinci və ikinci yerə sahib olaraq qızıl və gümüş medal qazanmışlar. Tennisçilərimiz dörddə bir finalda Danimarka və yarımfinalda Almaniya idmançısına qalib gələrək finala çıxaraq I və II yerlərin sahibi olmuşlar.
“Coca-Cola Məktəbli Kuboku”-nun Astara rayon birinciliyinin final mərhələsi baş tutub08 fevral 2017-ci il tarixində Astara Olimpiya İdman Kompleksində Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə orta məktəblərin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku” layihəsinin 2016-2017-ci il mövsümu ilə əlaqədar rayon birinciliyinin final mərhələsi keçirilmişdir. Final mərhəsələsində Astara şəhər 2 və 3 saylı tam orta məktəbin komandaları qarşılaşmışlar. Bu qarşılaşmada Astara şəhər 2 tam orta məktəbin komandası 5-1 hesabı ilə qalib gələrək AFFA-nın təyin edeceyi vaxtda Masallı şəhərində keçiriləcək Respublikanın zona mərhələsində Astaranı rayonunu təmsil etmək hüququ qazanmışdır.
Gənclər və idman naziri Azad Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcəkGənclər və idman naziri Azad Rəhimov fevralın 13-də Cəlilabad rayonunda vətəndaşları qəbul edəcək. Qəbulda Lənkəran, Astara, Cəlalabad, Lerik, Masallı, Yardımlı şəhər və rayon sakinləri iştirak edəcəklər. Qəbul saat 11:00-da Heydər Əliyev Mərkəzində (Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, RİH ilə üzbəüz) başlanacaq. Qəbula gəlmək istəyən vətəndaşlar aşağıdakı rayon(şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.
FRESCO BAKI 2017 İSLAM HƏMRƏYLİYİ OYUNLARININ RƏSMİ DƏSTƏKÇİSİ OLACAQBu gündən etibarən Azeri Retail MMC-yə məxsus Fresco supermarketlər şəbəkəsi Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı elan edilir. İmzalanan müqaviləyə əsasən, Fresco Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əsas Lisenziya sahibi və Rəsmi Pərakəndə Satış Operatoru olacaq. Açılış mərasiminə yaxın müddətdə əhalimiz IV İslam Həmrəyliyi oyunlarına məxsus müxtəlif çeşidli məhsulları Fresco supermarketlər şəbəkəsinin şəhərimizin bir sıra nöqtələrində yerləşən mağazalarından əldə edə biləcəklər. Yeri gəlmişkən, Atletlər Kəndində də idmançılar və rəsmilər üçün Fresco-nun universal mağazası fəaliyyət göstərəcək.
Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Mədəniyyət və Turizm Nazirliyində keçirilibGənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin inzibati binasında baş tutub. Gənclər Təşkilatları Milli Şurası tərəfindən keçirilən məlumat turunda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Turizm şöbəsinin müdiri Rauf Paşayev, Planlaşdırma və İnkişaf sektorunun müdiri Mahir Qəhrəmanov, Turizm sənayəsi ilə iş sektorunun müdiri Bəxtiyar Qılıncov və Qeyri Hökümət Təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov və üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri iştirak edib.
 əvvəlki    3  4  5  6  7  8  9  10  11  12  13    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar