Xəbərlər

 

 


“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir Xəzər rayonunda keçirildi“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir AFFA-nın,Xəzər Rayon İcra Hakimiyyətinin, Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 13 Yanvar 2017-ci il taixdə Xəzər rayonunda Şağan Olimpiya İdman Kompleksində keçirilmişdir. Tədbirdə Millət vəkili, AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov, Xəzər rayon Gənclər Evinin direktoru Elşən Əliyev, məşqçi və təlimatçılar iştirak etdilər. Tədbirdə çıxış edən Millət vəkili, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin rəhbəri Rauf Əliyev respublikamızda bu layihənin 2002-ci ildən həyata keçirildiyini və layihənin uşaq futbolunun inkişafındakı rolunu qeyd etdi. Çıxış edən Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev bu tədbirin əhəmiyyətindən danışdı və rayonda uşaq futbolunun inkişafı barədə öz fikirlərini söylədi. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları hədiyyə edildi. Bu barədə məlumatı Millət vəkili, AFFA-nın I vitse-prezidenti, “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsinin rəhbəri Rauf Əliyev təqdim edib.
“20 Yanvar –Qan addaşımızdır!” mövzusunda inşa-yazı müsabiqəsi13 yanvar 2017-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “20 Yanvar -Ümumxalq Hüzn Günü” nə həsr olunmuş "20 Yanvar- Qan yaddaşımızdır!" mövzusunda məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirildi.
“Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları”13 yanvar 2017-ci il tarixdən başlayaraq “Boulevard Hotel Baku”da dövlət gənclər siyasəti sahəsində çalışan dövlət qulluqçuları üçün “Gənclərlə işin təşkilində innovativ idarəetmə metodları” mövzusunda seminarına start verilir. 17 yanvar tarixinədək davam edəcək seminar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Paris Sorbon Abu Dabi Universiteti ilə birgə təşkil edilir.
Gənclər təşkilatlarının nəzərinə!Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş qrant müsabiqəsinin qalibi olmuş təşkilatlarla müqavilələrin bağlanması və müvafiq sənədləşmə işlərinin aparılması üçün hər təşkilat üçün ayrıca vaxt müəyyən edilmişdir. Həmin vaxta uyğun olaraq, gənclər təşkilatlarının sədrləri və ya layihə rəhbərləri aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:
“20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” adlı inşa yazı müsabiqəsi keçirilmişdir Xətai Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 10 yanvar 2017-ci il tarixdə 95 №li tam orta məktəbdə Xətai rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş “20 Yanavar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir.
Biləsuvar rayonunda şahmat üzrə rayon birinciliyi keçirildi10-11 yanvar 2017-ci il tarixlərində Heydər Əliyev Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş məktəblilər arasında şahmat üzrə rayon birinciliyi keçirildi. İlk öncə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Daha sonra yarışa start verildi. Yarışda hər məktəbdən 2 şagird olmaqla 15 məktəbin komandası mübarizə apardı. İsveçrə sistemi üzrə keçirilən yarışda Mübariz İbrahimov adına Təhsil Kompleksinin komandası 1-ci yerə, Amankənd tam orta məktəbin komandası 2-ci yerə, Bəydili kənd tam orta məktəbin komandası isə 3-cü yerə layiq görüldü. Qalib komandalar Biləsuvar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edildi.
Yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız Xorvatiyada beynəlxalq turnirə yollanıbSamobor şəhərində 26-cı Xorvatiya Qran Prisində 27 idmançımız iştirak edəcək. 14-15 yanvar tarixlərində nüfuzlu yarış, fevralın ortaları Yeniyetmə və Gənclərin növbəti Avropa çempionatına hazırlıq xüsusiyyəti daşıyır. 13-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərdən ibarət komandanın böyük məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 16 idmançını sınaqdan keçirməyi qərara alıb. Yeniyetmələrdə Tale Yaqubov (-52 kq), Rəşid Həqiqətli (-57 kq), Tural Yaqubov (-63 kq), Fərid Şahbazlı (-70 kq), Mədinə Sadıqova (-47 kq) və Ayla Rzazadə (-54 kq), 16-17 yaşlı gənclərdə isə Həsən Əliyev (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Ruslan Əhmədov (-68 kq), Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (-48 kq), İnci Əzizova (53 kq) və Bəsti İsmayılova (+58 kq) tatamiyə çıxacaq.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi 2016-cı ilin yekununa həsr edilmiş tədbir keçirdiSumqayıt şəhər Heydər Əliyev Mərkəzində Gənclər və İdman Baş İdarəsi, Mədəniyyət və Turizm İdarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə bayram tədbiri təşkil edilmişdir. Tədbirdə çıxış edən şəhər Mədəniyyət və Turzim İdarəsinin rəisi Mehman Şükürov, Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov 2016-cı ilin Sumqayıt şəhəri üçün əhəmiyyətli il olduğunu, Ölkə Başçısı Cənab İlham Əliyevin şəhərimizə növbəti səfəri zamanı gənclərin ictimai fəaliyyəti, asudə vaxtlarının səmərəli təşkili, bacarıq və qabiliyyətlərinin nümayiş etdirə bilmələri üçün bir sıra sosial-mədəni obyektlərin açılışında iştirak etdiyini, aidiyyatı üzrə Nazirliklərin, şəhər rəhbərliyinin diqqət və qayğısı nəticəsində Sumqayıtda sahələr üzrə bir sıra mötəbər tədbirlərin keçirildiyini qeyd edərək, yeni il münasibətilə iştirakçıları təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları təltif olundular2016-cı il ərzində Sumqayıt şəhərinin ictimai-siyasi və mədəni həyatında xidmətləri olan bir qrup şəxslər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən təltif edilmişlər. Sevindirici haldır ki, təltif olunanlar arasında idman sahəsinin nümayəndələri də vardır. Belə ki, Gənclər və İdman Baş İdarəsinin bədən tərbiyəsi və idman sektorunun müdiri Vahid Abdullayev və Baş İdarənin nəzdində fəaliyyət göstərən “Alüminiumçu” İdman Evinin direktoru Səxavət Nərimanov İcra hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olunmuşlar. Təltif olunanları təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.
“San Bernardo del Viento” dan olan gənc voleybolçuların Azərbaycan səfərindən sonra nazir müavini Fransisko Eçeverri ilə görüşləri olubAzərbaycanda 14 günlük idman mübadiləsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan 12 gənc voleybolçu qız Kolumbiyaya geri dönüb. Bakında səfərdə olan qızlar Milli Voleybol Federasiyasının mənzil-qərargahında təlim keçməklə bərabər, Naxçıvan, Gəncə, Göygöl, Qax və Şəki şəhərlərini də ziyarət edib. Regionlara səfərləri zamanı voleyboçu qızlara idmanın ölkəmizdəki inkişafı və bu istiqamətdə görülən işlər haqda məlumat veriblər. Hər iki ölkənin idmançıları fikir mübadiləsi apararaq, voleybol idman növünün yeni texnikalarına yiyələniblər. Bunula yanaşı, idmançılar Azərbaycan mətbəxi, tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı qazanıblar. Voleybolçular Nizami Gəncəvinin Gəncədə yerləşən muzey və mavzoleyini və gələcəkdə UNESCO nun milli irs siyahısına daxil olacaq Şəki xan sarayı kimi simvolik mədəniyyət yerlərini ziyarət ediblər. Gəzinti San Bernardodan olan gənclərin Tufandağa gəzintisi ilə sona yetib.
Xəzər rayon Gənclər və İdman İdarəsi Xəzər rayon Gənclər Evi ilə birlikdə Xəzər rayon Gənclər Evində rayon ərazisində yerləşdirilən məcburi köçkün və aztəminatlı ailələrin uşaqları üçün Yeni il şənliyi təşkil ediblərXəzər rayon Gənclər və İdman İdarəsi Xəzər rayon Gənclər Evi ilə birlikdə 03-04 Yanvar 2017-ci il tarixlərdə Xəzər rayon Gənclər Evində rayon ərazisində yerləşdirilən məcburi köçkün və aztəminatlı ailələrin uşaqları üçün Yeni il şənliyi təşkil ediblər. Şənlikdə iştirak edən uşaqlara hədiyələr təqdim edilmişdir.
Astarada Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni ilin gəlişi qeyd edildi29 dekabr 2016-cı il tarixdə Astara Gənclər Mərkəzində rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi münasibətilə rayon gəncləri üçün bayram tədbiri keçirilmişdir.
“Dünya Azərbaycanlılarının Həmrəylik Günü” hərbi hissədə qeyd olundu Gənclər və İdman Nazirliyi tərəfindən “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə Qaradağ rayonu ərazisində yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində “Vətənimə xidmət edirəm” adlı mədəni-kütləvi tədbir keçirilmişdir. 28 dekabr 2016-cı il tarixdə təşkil edilən tədbirdə Nazirliyin sektor müdiri Əli Məmmədov çıxış edərək, hərbi hissənin şəxsi heyətini əlamətdar gün münasibəti ilə təbrik etdi, müstəqil dövlətçiliyimizin inkişafı yolunda 2016-cı ildə ölkəmizdə həyata keçirilmiş mühüm işləri bir daha diqqətə çatdırdı, ordu quruculuğu proseslərindən, “Multikulturalizm İli” çərçivəsində görülmüş işlərdən və ictimai-siyasi proseslərdə gənclərin rolundan ətraflı danışdı. Daha sonra xidmətdə fərqlənən bir qrup əsgər və zabit Nazirlik tərəfindən mükafatlandırıldı, hərbi hissəyə idman ləvazimatları hədiyyə edildi. Rəsmi hissədən sonra gənc mügənnilərin ifasında şəxsi heyət üçün hazırlanmış konsert proqramı ilə tədbir yekunlaşdı.
“31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib29 dekabr 2016-cı il tarixdə Məktəb-Lisey Kompleksin futbol meydançasında Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Universitetin tələbələri arasında “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr edilmiş mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib. Turnirin əsas məqsədi “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nü geniş şəkildə qeyd edilməsi, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin edilməsi, futbol idman növünün təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.
Nərimanov rayonunda “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibəti ilə tədbir keçirilibAzərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatı və Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və qarşıdan gələn “Yeni il” bayramı münasibətilə Azərbaycan Turizm və Menecment Universitetində tədbir keçirilib. Bayram tədbirində ATMU-nun rektor səlahiyyətlərini icra edən s.ü.f.d., dosent Eldar Aslanov çışıx edərək Universitetin müəllim heyətini və tələbələri Həmrəylik Günü münasibətilə təbrik edib, bu bayramın Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. E.Aslanov vurğulayıb ki, bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır və dünyanın 70-dən çox ölkəsində yaşayan azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Beləliklə, 31 dekabr tarixi bütün azərbaycanlılar üçün əziz olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir. “Bayram çələngi” konsert proqramı ilə başa çatan tədbirdə Universitetin tələbələri arasında keçirilmiş dama və şahmat yarışlarının qalibləri hədiyyələr və diplomlar ilə təltif olunublar.
İsmayıllı idmançıları rayon icra hakimiyyəti tərəfindən mükafatlandırıldı29 dekabr 2016-cı il tarixdə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və yeni il münasibətilə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı cənab Mirdaməd Sadıqovun tapşırığına uyğun olaraq RİH başçısının müavini — İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova, rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı Olimpiya İdman Kompleksinin müdiri Tofiq Hümbətovun iştirakı ilə bir qrup idmançıya 2016-cı il ərzində qazandıqları yüksək nailiyyətlərə görə pul mükafatları təqdim edildi. Rayon icra hakimiyyətində keçirilən mükafatlandırma mərasimində gənclər və idman idarəsinin rəisi Taleh Salehov, İsmayıllı Olimpiya İdman Kompleksinin müdiri Tofiq Hümbətov və gənc idmançı Tuncay Əliyev çıxışlarında idmançılara verilən yüksək qiymətə, diqqət və qayğıya, ölkədə, o cümlədən rayonumuzda idmanın inkişafına yaradılan gözəl şəraitə görə başda cənab Prezidentimiz İlham Əliyev olmaqla, ölkədə dövlət gənclər və idman siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Gənclər və İdman naziri cənab Azad Rəhimova, dövlət siyasətini İsmayıllıda uğurla həyata keçirən RİH başçısı cənab Mirdaməd Sadıqova öz təşəkkürünü bildirdilər.
İsmayıllıda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il təntənə ilə qeyd olundu28 dekabr 2016-cı il tarixdə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə İsmayıllı rayonunda təntənəli bayram tədbiri keçirilib. 200 nəfərdən çox iştirakçını özündə birləşdirən tədbir “Qala” şadlıq sarayında reallaşıb.
Gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqənin nəticələri haqqındaGənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə Gənclər və İdman Nazirliyi tərəfindən aşağıdakı istiqamətlər üzrə müsabiqə elan olunmuşdur: - Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin təşəbbüslərinin artırılması; - gənclər arasında informasiya texnologiyalarından faydalı istifadənin təbliği; - gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi; - gənclərin beynəlxalq əməkdaşlığının və mübadiləsinin genişləndirilməsi; - gənclərin intellektual inkişafının təmin edilməsi və yaradıcı gənclərlə iş; - özəl sektorun gənclərlə bağlı korporativ sosial məsuliyyəti siyasətinin formalaşdırılmasında iştirak; - gənclərin hüquqi maarifləndirilməsində iştirak;
Qəbələ İdman Klubu Gənclər və İdman Nazirliyi tərəfindən 2016-cı ilin İdman Klubu seçilmişdir2016-cı ilin idman yekunlarına dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş tədbirdə Qəbələ İdman Klubu mükafatlandırılmışdır. İdman yarışlarının yüksək səvviyyədə təşkili və keçirilməsi, Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan yığmasının əldə etmiş olduğu ilk və bir çox lisenziyanı, o cümlədən medalları qazanması, digər idman uğurları Qəbələ İdman Klubunun 2016-cı ilin İdman Klubu seçilməsinə səbəb olmuşdur.
Yola saldığımız ildə Azərbaycan idmançıları 800-dən çox medal qazanıblar Yola saldığımız ildə Azərbaycan idmançıları irimiqyaslı beynəlxalq turnirlərdə 837 medal qazanıblar. Bu medallardan 297-si qızıl, 250-si gümüş, 290-nı isə bürüncdür. Bu sözləri gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin idman yekunları ilə əlaqədar dekabrın 27-də keçirilən mətbuat konfransında deyib. Azad Rəhimov qeyd edib ki, 2016-cı ildə respublikamızda fəaliyyət göstərən federasiyalarla birlikdə Azərbaycanda 200-dən çox yarış təşkil olunub. Cari ildə Azərbaycan 52 beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edib.
 əvvəlki    2  3  4  5  6  7  8  9  10  11  12    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1246

Partnyorlar