Xəbərlər

 

 


Binəqədi rayonunun kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edibBinəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib. Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, fəal gənclər, Binəqədi Rayon İcra Hakimiyyətinin aparatında və rayon Gənclər və İdman İdarəsində rotasiya yolu ilə təcrübə keçən ASAN Könüllülər, Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak ediblər. Ekskursiya çərçivəsində iştirakçılara Mərkəzin əməkdaşı tərəfindən ətraflı məlumat verildi, onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etdi, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış oldular.
Astarada gənc qızlar arasında voleybol turniri06-12 dekabr 2016-cı il tarixlərində Astara rayon Artupa kənd tam orta məktəbinin idman zalında Astara rayon Gənclər və İdman İdarəsi, Uşaq Gənclər İdman Məktəbi və “Gənc qızlar arasında voleybol turniri” layihəsinin rəhbəri Kamran Babayevin birgə təsdiq etdiyi əsasnaməyə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Kamran Babayevin “Gənc qızlar arasında voleybol turniri” layihəsi həyata keçirilmişdir.
UNICEF-in 70 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkUNICEF–in Azərbaycandakı nümayəndəliyinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə 14 dekabr 2016-cı il tarixdə UNICEF-in 70 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulub. “Hər bir uşaq üçün” şuarı altında təşkil ediləcək tədbirdə Gənclər və İdman Nazirliyi və UNİCEF-in daim diqqət mərkəzində olan istedadlı uşaq və gənclərin iştirakı ilə müxtəlif kompozisiyalar, musiqi nömrələri və rəqslərdən ibarət proqram təqdim olunacaq.
Sumqayıtda “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə star verilmişdir10 dekabr 2016-cı il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsinə start verilmişdir. Layihə çərçivəsində lik təlim“Jurnalistika” mövzusunda keçirilmişdir. Tədbiri giriş sözü ilə açan layihənin koordinatoru Rəşad Yunusov layihənin əsas məqsədinin ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatın ödənilməsində texniki - peşə təhsili müəssisələrinin fəaliyyətini bu vəzifələrin icrasına yönəltmək, peşə təhsilini müasir tələblər baxımından təkmilləşdirmək, sahələr üzrə ixtisaslı kadrlar hazırlamaq, peşə təhsilini ictimaiyyət arasında təbliğ etmək, gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasından ibarət olduğunu bildirdi.
İsmayıllı Olimpiya İdman Kompleksində mini futbol üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir 12 dekabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində Gənclər İdman İdarəsi və Olimpiya İdman Kompleksinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə mini futbol üzrə gənclər arasında rayon birinciliyi keçirilmişdir. Yarışda Gənclər və İdman İdarəsinin rəis müvini Rauf Rəcəbov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhvələri vurğuladı və bu yarışda da iştirakçılara qələbə sevinci arzuladı. İsmayıllı Olimpiya İdman Kompleksinin təlimatçısı Anar Həsənov ölkədə idmana göstərilən qayğıdan bəhs etdi, yaradılan gözəl şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi , sonda idmançılara uğurlar arzuladı. 10 komanda birincilik uğrunda gərgin mübarizə apardı. I yerə Babadağ, II yerə Hacıhətəmli və III yerə İsmayıllı klubu komandası layiq görüldü. Qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu.
“Respublika Gənclər Debat Forumu: Payız 2016” yekunlaşıbGənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Payız 2016”-nın final mərhələsi, mükafatlandırma və bağlanış mərasimi baş tutub. Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin icraçı direktoru Ələkbər Mustafayev iştirak ediblər. Forumun mövzusu “Sahibkarlığın inkişafında proteksionizm siyasətinin rolu” olmuşdur. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib və daha sonra rəsmi çıxışlarla davam edib. Rəsmi çıxışlardan sonra forumun finalına vəsiqə qazanmış Bakı şəhərini təmsil edən “Jokers” və Biləsuvarı təmsil edən “Aran uşaqları” komandaları qarşılaşıblar. Final mərhələsinin nəticəsində “Jokers” Forumun qalib komandası müəyyən olunub. Tədbirin davamında forumun ən yaxşı yeddi natiqi, qalib və finalçı komanda mükafatlandırılıb. Ümumilikdə forumda 1000-dən çox gənc iştirak edib.
Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Nərimanov rayon turniri keçirilib09 dekabr 2016-cı il tarixində “İstək” liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Nərimanov rayon turniri keçirilib. Turnirin əsas məqsədi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etmək, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi ve idmanın kütləviliyinin təmin edilməsi, şahmat idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir. Turnirin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Vüsal Ömərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Abdulov çıxış edərək qalib komandaları təbrik etmiş, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışmışlar. Turnirdə 17 komanda tərkibində 68 nəfər məktəbli iştirak etmişdir. Turnirdə I yeri 212 saylı məktəbin, II yeri Məktəb-Lisey Kompleksin, III yeri isə “Ankara” məktəbin komandaları tutmuşlar. Qalib komandalar İdarə tərəfindən diplom və medallar ilə təltif olunmuşlar.
Məktəblilər arasında "Xəmsə Milli İntellektual " oyununun Final turu keçirildi11 dekabr 2016- cı il tarixdə Lənkəran şəhər Gənclər və İdman İdarəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Məktəblilər arasında "Xəmsə Milli İntellektual " oyununun final turu keçirilmişdir. Hər məktəbdə keçirilmiş seçim turundan sonra ümumilikdə 8 məktəbin iştirak etdiyi finalda seçim turlarında 1-ci yerləri əldə etmiş komandalar məktəbləri təmsil edirdi.
Tələbələr arasında keçirilən dünya çempionatında idmançımız iştirak etmişdirKiprin Nikosiya şəhərində tələbələr arasında keçirilən dünya çempionatında idmançımız iştirak etmişdir: Həşimov Heydər (-62 kq) və Əskərov Kamran (-68kq). Dünya çempionatında iştirak edən idmançılarımız uğurlu nəticə əldə etmişlər. Belə ki, hər 2 idmançımız yalnız finalda məğlub olaraq dünya çempionatının gümüş medalların sahibi olmuşlar. Yarışda ölkəmizi hakim qismində Cabir İsmayılov təmsil etmişdir. Qeyd edək ki, yığmamız baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi ilə iştirak etmişdir.
CÜDO ÜZRƏ YENİYETMƏLƏR ARASINDA AZƏRBAYCAN BİRİNCİLİYİNƏ YEKUN VURULDU09-11 dekabr 2016-cı il tarixlərində Bakı şəhərində 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparmışdır. Üç gün davam edən gərgin idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt idmançıları Kamran Süleymanov (46kq), Vüsal İbrahimov (60kq), Niyal Əzimov (81kq), Adil Kərimli (90kq) oğlanlar arasında, Səbinə Əliyeva (44kq), Fidan Tanrıverdiyeva (70kq) isə qızlar arasında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Nəbi Bayramov (55kq), Nicat İsmayılov (60kq), Toğrul Salmanov (+90kq) oğlanlar arasında, Şahnaz Əsgərova (44kq), Ayşə Hüseynova (57kq), Xədicə Rəşidova (63kq) isə qızlar arasında üçüncü yerə layiq görülmüşlər. Ümumilikdə Ölkə birinciliyindən şəhər idmançıları 12 medal əldə etmişlər.
Olimpiadanın karate yarışları Tokionun Nippon Budokan aresnasında keçiriləcəkBeynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Tokio 2020 Yay Olimpiya Oyunlarının proqramına daxil edilən 5 idman növünün keçiriləcəyi yarış areanalarını müəyyənləşdirib. Qarşıdakı olimpiadanın karate yarışları Tokionun Nippon Budokan aresnasında keçiriləcək. Budokan Yaponiyada karatenin və digər döyüş idman növlərinin mərkəzi sayılır. Bu arena təsadüfən Olimpiadanın karate yarışları üçün seçilməyib. Karateçilərin sevimli məkanı sayılan Budokanda 1970-ci ildə karate üzrə ilk dünya çempionatı keçirilib.
Budapeşt şəhərində güləş üzrə dünya çempionatı start götürübMacarıstanın paytaxtı Budapeşt şəhərində güləş üzrə qeyri-olimpiya çəki dərəcələrinin dünya çempionatı start götürüb. Çempionatda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşçiləri hər növdə 2 idmançı olmaqla iştirak edir. İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşib. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.
“İstedadların hazırlığı laboratoriyası” IV Respublika final Olimpiadası keçirildiArtıq dördüncü ildir ki, həyata keçirilən “İstedadların hazırlığı laboratoriyası” – özü təcrübi xarakter daşıyır və bu sahədə yeni milli modeldir. Layihənin keçirilməsində məqsəd ölkənin riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gənclərini aşkar etmək, onların inkişafını stimullaşdıran ardıcıl tədbirlər həyata keçirməkdir. Layihə çox mərhələlidir, İKT-dən istifadə etməklə respublikanın bütün ərazisində yaşayan yeniyetmələrin eyni vaxtda on-line olimpiadaya qatılmaq imkanını yaradır. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır.
İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin perispektiv iş və tədbirlər planına uyğun olaraq 12dekabr -Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə mini futbol üzrə rayon turniri keçirildi09 dekabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində İsmayıllı rayon Gənclər və İdman İdarəsinin perispektiv iş və tədbirlər planına uyğun olaraq 12dekabr -Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə mini futbol üzrə rayon turniri keçirildi. Yarışda Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxış edərək Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi yolunda verdiyi saysız töhvələri vurğuladı və son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının geniş vüsət aldığnı söylədi və sonda idmançılara uğurlar arzuladı.
Binəqədi rayonunda təhsil alan bir qrup gəncin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil olunubBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım günü ərəfəsində Binəqədi rayonunda təhsil alan bir qrup gəncin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiyası təşkil edilib. Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi məqsədilə təşkil olunan ekskursiya zamanı gənclərimiz Azərbaycan Ali Hərbi Məktəbində müxtəlif fakültə və kafedralarda – Quru qoşunları, Hərbi hava qüvvələri, Hava hücumundan müdafiə, Hərbi dəniz qüvvələri fakültələri, Ümumi hazırlıq fənləri kafedraları – ürəyi vətən, millət, bayraq sevgisi ilə dolu, hərbiçi peşəsinin dəyərlərinə və müasir dövrün tələblərinə uyğun keyfiyyətdə kadr hazırlanması üçün yaradılan şəraitlə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin qorunması uğrunda göstərdikləri qəhrəmanlıqlar haqqında məlumatlandırılan gənclərimiz ekskursiyadan böyük təəssüratla qayıdıblar.
“İstedadların hazırlığı laboratoriyası” IV Respublika final Olimpiadası keçirildiArtıq dördüncü ildir ki, həyata keçirilən “İstedadların hazırlığı laboratoriyası” – özü təcrübi xarakter daşıyır və bu sahədə yeni milli modeldir. Layihənin keçirilməsində məqsəd ölkənin riyazi və məntiqi düşüncəyə malik 14-16 yaşlı istedadlı gənclərini aşkar etmək, onların inkişafını stimullaşdıran ardıcıl tədbirlər həyata keçirməkdir. Layihə çox mərhələlidir, İKT-dən istifadə etməklə respublikanın bütün ərazisində yaşayan yeniyetmələrin eyni vaxtda on-line olimpiadaya qatılmaq imkanını yaradır. Layihə yeniyetmələr arasında dəqiq və təbii elmləri, eləcə də texniki sahələri təbliğ edir, onlara marağı artırır.
Nərimanov rayonunda Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib08 dekabr 2016-cı il tarixdə 178 saylı tam orta məktəbin futbol meydançasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsinə həsr edilmiş mini futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.
Nərimanov rayonunda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib8 dekabr 2016-cı il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində anım tədbiri keçirilib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər.
Binəqədi rayon Gənclər evində “Yaşıl Təfəkkür” layihəsinin ilk təlimləri keçirilibBinəqədi rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN School” könüllülük məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “ASAN Könüllüləri” Təşkilatı, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Ekoloji Analitik İnformasiya Agentliyinin (ECORES) birgə təşkilatçılığı ilə “Yaşıl Təfəkkür” layihəsinin ilk təlimləri keçirilib.
Nazir Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib Bu gün gənclər və idman naziri Azad Rəhimov Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinlərini qəbul edib. 30-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər gənclər, idman, tikinti sahələri, sahibkarlarlığın inkişafı üçün kreditlərin verilməsi və iş ilə təminatla bağlı olub.
 əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1277

Partnyorlar