Xəbərlər

 

 


IV İslam Həmrəyliyi Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. bir ay müddətində: 1.1.1. IV İslam Həmrəyliyi Oyunlarının təşkilində və keçirilməsində iştirak edən şəxslərin, habelə Oyunların iştirakçılarının akkreditasiyası sisteminin təşkili üçün müvafiq tədbirlər görsün;
Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaqPrezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında sərəncam imzalayıb. Sənəd Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq ölkədə olimpiya hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədi ilə imzalanıb.
Çempionatın açılış mərasimi keçirilibŞüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilir. Artıq ölkənin bütün bölgələrindən 150-yə yaxın atletin qüvvəsini sınadığı turnirin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərov niqt söyləyib. O, yarışların keçirilməsində məqsədlər, ölkə idmanının inkişafı və bir neçə digər mövzuya toxunub: “Çempionatı izləməyə gələn hər kəsi salamlayıram. Bu, bu il təşkil etdiyimiz 3-cü ölkədaxili yarışdır və aşkar görünür ki, təşkilatçılıq baxımından ən yüksək səviyyəyə iddialıyıq. Ağır atletlərimizə maksimum məşq, istirahət və yarış şəraiti yaradaraq beynəlxalq yarışlarda uğur qazanmalarına çalışırıq. Bu çempionat bizi qarşıda gözləyən Avropa çempionatı, Tailandda yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yeniyetmələrin dünya birinciliyi, ən əsası da Bakıda keçiriləcək IV İslam Oyunlarına sınaq xarakteri daşıyır. Bununla yanaşı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi də öncül istəklərimizdəndir. Azərbaycanda ağır atletika həmişə böyük ənənələrə malik olub, inkişaf üçün dəstək nümayiş etdirilib. Biz də bu istiqmaəti davam etdiririk. Əminik ki, atletlərimiz beynəlxalq yarışlarda uğurlar qazanacaq, ölkəmizi layiqincə təmsil edəcəklər. Federasiya rəhbərliyinə, prezident Cahangir Əsgərova dəstək və etimadına görə təşəkkür edirəm”. Daha sonra Heydərov yarışları açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yarışlar kişilərin 56 kq çəki dərəcəsindəki mübarizəsi ilə davam etdirilib.
Xocalı soyqırımının 25-ci il dönümünə həsr olunmuş şahmat turniri23-26 fevral 2017-ci il tarixlərində Astara Şahmat Uşaq Gənclər İdman məktəbində Gənclər siyasəti haqqında qanunda irəli gələn müvafiq maddələrin həyata keçirilməsi, Xocalı soyqırımının 25-ci il dönümünün qeyd edilməsi, uşaq və yeniyetmələrin milli vətənpərvərlik ruhunda tərbiyyə edilməsi, onların zehni və fiziki hazırlıqlarının inkişaf etdirilməsi məqsədilə ümumtəhsil məktəb komandaları arasında Şahmat üzrə rayon turniri keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev Xocalı soyqırımı haqqında məlumat vermiş və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükütla yad edilmişdir. Sonra Astara Şahmat Uşaq Gənclər İdman məktəbinin direktoru Azər İbrahimov yarışın qaydaları haqqında məlumat vermiş və komandalara uğurlar arzulamışdır. Yarışda I, II və III yerlərə müvafiq olaraq Şağlazüzə kənd, Şəhər 3 saylı və Tüləgüvan kənd tam orta məktəbin komandaları layiq görülmüşlər. Qalib komandalar Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunmuşlar.
Azərbaycan çempionatı qadınların mübarizəsi ilə start götürdü2-3 mart tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq. Artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazax atleti Abbasova Elnarə sahib çıxıb. O, toplam 190 kq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib. Gümüş medalı isə qalibdən çox cüzi fərqlə geridə qalan Səbinə Əzimova qazanıb. O, toplam 167 kq (73+94) nəticə və 250.06 xalla kifayətlənib və fəxri kürsünün ikinci pilləsinə qalxıb. Bürünc medal sumqayıtlı atlet Firuzə İbrahimovaya qismət olub. O, toplam 170 kq (75+95) nəticə və 230.92 xal toplayıb. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.
“05 mart Bədən tərbiyəsi və idman günü”nün qeyd edilməsi məqsədilə TƏDBİRLƏR PLANI“05 mart Bədən tərbiyəsi və idman günü”nün qeyd edilməsi məqsədilə TƏDBİRLƏR PLANI
Binəqədi gənclərinin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib28 fevral 2017-ci il tarixdə Binəqədi bələdiyyəsinin üzvü Aysel Əlizadənin “Milli mədəniyyəti qoruyaq və yaşadaq” adlı layihəsi çərçivəsində gənclərin Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiyası təşkil edilib. Binəqədi rayon Gənclər və İdman İdarəsi, Binəqədi bələdiyyəsi, Azərbaycan Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə baş tutan ekskursiyada İdarənin baş məsləhətçisi Rüfət Əhmədov, Binəqədi bələdiyyəsinin ictimai-humanitar sektorunun müdiri Yusif Hüseynov, gənclər iştirak ediblər. Əvvəlcə Binəqədi bələdiyyəsinin üzvü Aysel Əlizadə layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, xalqımız öz tarixi keçmişinə, mənəvi dəyərlərinə böyük hörmətlə yanaşır. Azərbaycanın zəngin mədəniyyətinin bir parçası olan milli geyimlər uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmişdir. Mədəniyyətimizin öyrənilməsi üçün istifadə edilən milli geyimlər gənc nəsillərə təbliğ olunmalıdır. Sonra Muzeyin Tikmə bölməsinin müdiri Vəfa Rəhimova ziyarətçilərə milli geyim nümunələri haqqında ətraflı məlumat verib. Ekskursiya zamanı gənclər, həmçinin milli geyimlərdən hazırlanmış slaydlar izləyib, muzeyin ekspozisiyası ilə tanış olublar.
Atletlərimiz 2-ci Beynəlxalq Fəcr Kubokunda iştirak edəcəklər9-14 mart tarixlərində İranın Əhvaz şəhərində ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku keçiriləcək. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edəcəklər. Komandamızın heyəti artıq məlumdur. Siyahı ilə aşağıda tanış ola bilərsiniz: Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq), Sabit Bayramov (69 kq), Orxan Zeynalov və Kənan Əliquliyev (hər ikisi – 77 kq), Sənan Mirzəyev (85 kq), Xəlil Gəraylı (105 kq) və Asxab Kolayev (+105 kq).
“Gənclərin İKT inkişafı mərkəzi” adlı layihə həyata keçirilirMüasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalanır, iqtisadi sahədə böyük uğurlara imza atırlar. Bu gün İKT-nin inkişafı respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində “Bilik Olimpiadası” keçirildiBinəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 24 fevral 2017-ci il tarixdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Bilik Olimpiadası” keçirildi. Tədbirin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, layihə rəhbəri İlkin Məcidov, Bakı Mühəndislik Universitetinin Riyaziyyat müəllimliyi kafedrasının müəllimi Tural Abdullayev çıxış edərək məktəblilərə uğurlar arzulayıblar. Rayonda mütəmadi olaraq yeniyetmə və gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması məqsədilə müxtəlif bilik yarışları, oyunlar və müsabiqələrin keçirildiyini vurğulayan natiqlər bu vasitə ilə gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılmasına nail olunacağını qeyd ediblər.
Sabunçu “Gənclər evi”ndə Sabunçu rayon gəncləri üçün bir sıra tədbirlər keçiriləcəkGənclər və İdman Nazirliyi tərəfindən 1-14 mart 2017-ci il tarixlərdə Sabunçu “Gənclər evi”ndə Sabunçu rayon gəncləri üçün bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, 1 mart 2017-c il tarixdə saat 12.00-da “Azərbaycan kinosu günü” layihəsi çərçivəsində xalq artisti Əbdül Mahmudovun gənclərlə görüşü və filmərimizin təhlili, 10 mart tarixində saat 11.00-da “İşğal altında olan torpaqlarımızın gənc nəsil arasında yaxından tanıdılması məqsədilə bilik yarişı” adlı layihə, 14 mart 2017-ci il tarixdə saat 12.00-da “Milli mənəvi dəyərlər və vətənpərvərlik” mövzusunda foto sərgi-müsabiqə, “Həvəskar rəqqaslar arasında rəqs müsabiqəsi”, “Gənclərin əl işlərindən ibarət rəsm və heykəltəraşlıq sərgisi”, “Gənclərin iştirakı ilə Novruz şənliyi” və “Azərbaycan tarixi və diyarşünaslıq” adlı layihələr həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması, adət və ənənələrin qorunub saxlanması və təbliğ edilməsidir. Layihə çərçivəsində keçiriləcək müsabiqələrin qaliblərinə Gənclər və İdman Nazirliyi tərəfindən sertifikatlar və xatirə hədiyyələri təqdim ediləcəkdir.
Xətai rayonu 15 №li Uşaq Gənclər İdman Məktəbinin komandası birinci liqanın qalibi olmuşdurXətai rayonu 15 №li Uşaq Gənclər İdman Məktəbinin yeniyetmə qızlardan ibarət voleybol komandası Azərbaycan çempionatının I liqasının qalibi olmuşdur. Məşqçi-müəllimlər Naçay Nina və Yarməmmədova Səbinənin yetirmələri Voleybol Federasiyasının idman zalında keçirilən final oyununda Gəncə komandasına 3:2 hesabı ilə qalib gələrək 10 komanda arasında keçirilən çempionatın qalibi adını qazanmışdır.
Regionlarda karatenin inkişafı üzrə texniki seminarlar davam edirAzərbaycan Milli Karate Federasiyasının (AMKF) fəaliyyət proqramına əsasən regionlarda karatenin inkişafı üzrə texniki seminarlar davam edir. Son belə seminar Sumqayıt şəhər Olimpiya İdman Mərkəzində təşkil edilib. AMKF tərəfindən keçirilən seminarda paytaxt və müxtəlif regionlardan 150-dək uşaq, yeniyetmə və gənc idmançılar itirak edib. Texniki seminara AMKF prezidenti, əməkdar idman xadimi, əməkdar məşqçi və 8-ci dan qara kəmər sahibi Yaşar Bəşirov, eləcə də federasiyanın kata üzrə baş məqçisi, əməkdar məşqçi, 6-cı dan Vahid Ayvazov, AMKF-in Sumqayıt şəhəri üzrə nümayəndəliyinin sədri, əməkdar məşqçi, 5-ci dan Akif Kərimov və sədr müavini, əməkdar məqçi, 5-ci dan Rafael Məmmədov rəhbərlik edib.
Velosipedçimiz Dünya Kubokunda 9-cu olduABŞ-ın Los Angeles şəhərində velosiped idmanının trek növü üzrə Dünya Kubokunun sonuncu - 4-cü mərhələsi başa çatıb. Yarışda iştirak edən Azərbaycan yığmasının üzvü Sergey Omelçenko keyrin növündə 25 iştirakçı arasında 9-cu olub. Bu nəticə velosipedçimizə aktivinə 250 reytinq xalı yazmağa imkan verib. Qeyd edək ki, Sergey Omelçenko bunadək Dünya Kubokunun 1-ci mərhələsində 80, 2-ci və 3-cü mərhələlərin hər birində isə 175 xal qazanmışdı. Beləliklə, Dünya Kubokunun 4 mərhələsinin yekununa əsasən, velosipedçimiz 680 xalla bütün mərhələlərdə iştirak etmiş 42 velosipedçi arasında 13-cü olub ki, bu da ona apreldə Honqkonqda keçiriləcək dünya çempionatının keyrin növündə iştirak hüququ verib. Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) mövcüd reqlamentinə əsasən, dünya çempionatında iştirak etmək üçün velosipedçilər Dünya Kubokunun mərhələ yarışlarında müvafiq reytinq xalları qazanmalıdır.
Azərbaycan çempionatı keçiriləcək01-04 mart tarixlərində Şimal DRES qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçiriəcək. Yarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq. Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır. Bütün ağır atletika sevərlər və media nümayəndələri dəvətlidir.
Sumqayıtda “Xocalı Soyqırımı”nın 25-ci ildönümünə həsr edilmiş dəyirmi masa keçirildiSumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi şəhər Təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən Gənc Müəllimlər Şurası və Heydər Əliyev Mərkəzi ilə birgə 23 fevral 2017-ci il tarixində Mərkəzdə şəhərin müxtəlif sahələrini təmsil edən gənclər təşkilatları, ictiami-fəal gənclər, gənc müəllimlər, tələbə və şagirdlərin iştirakı ilə “Xocalı Soyqırımı”nın 25-ci il dönümünə həsr edilmiş tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin şagirdlərinin əl işlərindən ibarət “Xocalıya Ədalət” adlı sərgi ilə tanış olmuş, Xocalı faciəsini, ermənlərin törətdiyi insanlığa sığmayan cinayətləri əks etdirən əl işlərindən ibarət sərgidə fərqlənmiş üç əsərin müəllifinə Baş İdarənin xatirə hədiyyələri təqdim edilmişdir.
Astarada ağır atletika üzrə ölkə birinciliyi keçirildi23-27 fevral 2017-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tədbirlər planına uyğun olaraq Astara rayon Park Bulvar Kompleksində AAAF-ın nəzdində fəaliyyət göstərən ağır atletika zalında Yeniyetmələrin XI Republika oyunları proqramına daxil olan atletika üzrə 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında ölkə birinciliyi keçirilmişdir.
Yeni mövsümə start verildiAzərbaycan Velosiped Idmanı Federasiyası yeni yarış mövsümünə start verib. Qış hazırlıq prosesini başa vuran velosipedçilər mövsümün ilk yarışında iştirak ediblər. Bakı Olimpiya Stadionunun ətrafında baş tutan yarışda klub və cəmiyyətlərin ümumilikdə 100-ə yaxın idmançısı mübarizə aparıb. Startdan öncə yeni mövsümün açılışı ilə əlaqədar Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. 3 yaş qrupu üzrə təşkil olunan yarış Handikap sistemi üzrə keçirilib.
Biləsuvar rayonunda "Xocalıya Ədalət" adlı fləşmob nümayiş etdirildi26 fevral 2017-ci il tarixdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və rayon gənclərinin iştirakı ilə 26 fevral Xocalı faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Xocalıya Ədalət" adlı fləşmob nümayiş etdirildi.
Biləsuvar rayonunda 26 Fevral Xocalı soyqırımının 25-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi23 fevral 2017-ci il tarixində Biləsuvar Peşə liseyində Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 Fevral Xocalı soyqırımının 25-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Əvvəlcə Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Xocalı soyqırımı barədə gənclərin məlumatlandırılması, soyqırım qurbanlarının xatirəsinin yad edilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə keçirilən tədbirin açılış mərasimində çıxış edən Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində baş vermiş soyqırım haqqında geniş məlumat verdi, bildirdi ki, Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Sonda Xocalı faciəsini əks etdirən videofilm nümayiş etdirildi.
 əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar