Xəbərlər

 

 


“Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsinin qalibləri mükafatlandırılacaqAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabr ayında Dünya Türk Gənclər Birliyi İB və Azərbaycan Gənclərinin Demokratik İnkişafa Yardımı İctimai Birlikləri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci il dönümünə həsr edilən jurnalistlər arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” adlı məqalə müsabiqəsi layihəsini həyata keçirmişdir. Dünya tarixində danılmaz faktdır ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir. Azərbaycanın əldə etdiyi müstəqillik çox çətin başa gəlmiş olsa da, bu müstəqilliyi qoruyub saxlamağı, tarixin ən ağır sınaqlarına sinə gəlməyi xalq, məhz öz Ulu Öndəri, Ümummilli lideri Heydər Əliyevdən öyrənmişdir.
Evlənmək vaxtım deyil, təhsil vaxtımdır mövzusunda təlimAstara Rayon Mərkəzi Kitabxanasında Astara rayon Gənclər və İdman İdarəsi və Astara Pedaqoji Kollecinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun Maliyyə dəstəyi ilə Asif Xankişiyevin “Evlənmək vaxtım deyil, təhsil vaxtımdır” layihəsinə uyğun olaraq gənclər arasında maarifləndirici təlim keçirilmişdir. Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı, Astara Pedaqoji Kollecinin müəllimi Vüsal Babayev, Mərkəzi Kitabxanın müdiri Tural Eyvazov mövzu üzrə çıxış etmişlər. Daha sonra təlimçi, layihənin kordinatoru Rafail Əliyev, ekspert Hacı Əliyev Ailənin önəmi, Erkən nigah, Erkən nigah problemi, Təhsilli ana-təhsilli cəmiyyət haqqında ətraflı məlumat vermişlər. Sonda iştirakçıların sualları cavablandırılmış və onlara sertifikatlar təqdim olunmuşdur.
Sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcəkCari ilin dekabrın 23-də Gənclər və İdman Nazirliyi tərəfindən sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclər üçün Yeni il şənliyi keçiriləcəkdir Tədbirin keçirilməsində məqsəd - sosial müdafiəyə ehtiyacı olan yeniyetmə və gənclərə olan dövlət qayğısının daha da artırılması, onların asudə vaxtlarının səmərəli keçirilməsindən ibarətdir. Tədbirdə sağlamlıq imkanları məhdud olan, valideyin himayəsindən məhrum və məcburi köçkün, həmçinin aztəminatlı və şəhid ailələrindən olan 300 nəfər yeniyetmə və gəncin iştirakı nəzərdə tutulur. Şənlik 23 dekabr saat 13.00-da “Fərid palace” şadlıq evində keçiriləcəkdir (Ünvan: Binəqədı, Atatürk prospekti 147, Ayna Sultanova heykəlinin yanı)
Nərimanov rayon gənclərinin Azərbaycan xalq yazıçısı Çingiz Abdullayev ilə görüşü keçirilib21 dekabr2016-cı il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında "Açıq söhbət" layihəsi çərçivəsində Azərbaycan detektiv yazıçısı, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü, hüquq elmləri doktoru, "Neftçi" PFK-nın Müşahidə Şurasının sədri Çingiz Abdullayev ilə Nərimanov rayon gənclərinin görüşü keçirilib. Görüşdə ilk öncə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış edərək yazıçını və fəal gəncləri salamlamış,Çingiz Abdullayevin həyat və fəaliyyəti, eyni zamanda İdarənin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu güngənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir. N.Novruzov çıxış edərək qeyd etdi ki, Çingiz Abdullayev dünya səviyyəsində tanınan bir yazıçıdır. Müxtəlif dillərə nəşr olunan əsərlərinin motivləri əsasında filmlər çəkilib.
Qaydasız döyüş növləri üzrə dünya kuboku yarışı keçirilmişdir16-20 dekabr 2016-cı il tarixlərdə Bakı şəhərində MMA Qaydasız döyüş növləri üzrə dünya kuboku yarışı keçirilmişdir. İsmayıllı rayon Gənclər və İdman İdarəsinin karate üzrə məşqçi-müəllimi Bayram Qəhrəmanovun yetirmələri kubok yarışlarında yüksək nəticələr göstərmişlər. İdmançılarımız:- Səlimov Qadir , Ələkbərova Ləman, Məmmədli Asim II yerə, Məmmədli Tahir, Əkbərov Murad, Nuriyev Bakıxan III-yerə və Əsgərov Vüsal I yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdir. Qaliblərimizi təbrik edirik.
Azərbaycan Respublikasının idman mütəxəssislərinə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin: Allahverdiyev Tarverdi Əflan oğlu Eyvazov Çingiz Abuzər oğlu Əhədov Seymur Kamil oğlu Feyzullayev Vaqif Səxavət oğlu Krapivin Oleq Andreyeviç Qurbanov Firudin Eyyub oğlu Məmmədyarov Həmid Hilal oğlu Salehli Bəhruz Qədir oğlu.
Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram: 1. Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin: Əzimov Abas Əzim oğlu Məmmədyarov Qəhrəman Müslüm oğlu 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
“Breyn-rinq” intellektual oyunu üzrə kollec birinciliyi keçirilmişdir21 dekabr 2016-cı il tarixdə Bərdə Dövlət İdarəetmə və Texnoloğiya kollecində rayon Gənclər və İdman idarəsinin və kollecin tələbə-gənclər təşkilatının birgə təşkilatçılığı ilə tələbələrdən ibarət komandalar arasında “31 dekabr-Dünya azərbaycanlılarının həmrəylik günü”nə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə kollec birinciliyi keçirilmişdir.Yarışda 8 komanda iştirak etmişdir. Tədbiri giriş sözü ilə kollecin müəllimi,aqrar elmlər üzrə fəlsəfə doktoru Xosrov Musayev açaraq tələbələri təşkilatçılar adından qarşıdan gələn bayramlar münasibəti ilə təbrik etdi və onlara dərslərində müvəffəqiyyətlər arzuladı.
“İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirildi21 dekabr 2016-cı il tarxdə FAIRMONT BAKU mehmanxanasında “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin 3 dildə (azərbaycan, rus, ingilis) istehsal etdiyi “İrəvan-gizlədilmiş həqiqətlər“ sənədli filminin təqdimat mərasimi keçirildi.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib20 dekabr 2016-cı il tarixdə “Təfəkkür” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində daha bir təlim keçirilib. Təlimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Asəf Cabbarlı, “AMV Consulting” MMC-nin layihələr üzrə meneceri Orxan Nəbiyev, “Mənim təhsilim, mənim gələcəyim” adlı kampaniyanın rəhbəri Rəşad Bayramov və 120 nəfər gənc iştirak etmişlər.
Binəqədi rayon Gənclər evində “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində beşinci tədbir keçirilibBinəqədi rayon Gənclər evində Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Müasir Gənclər Klubu” MMC-nin təşkilatçılığı ilə “İŞIQ-FOR WOMAN” adlı sosial layihə çərçivəsində beşinci tədbir keçirilib.
Xəzər rayonund həvəskar və peşəkar rəssamlarının sərgisi keçirilmişdir19 dekabr 2016 - cı il tarixdə Xəzər rayon Gənclər Evində Xəzər rayon İcra Hakimiyyəti, Xəzər rayon Gənclər və İdman idarəsi, Xəzər rayon Gənclər Evi ilə birlikdə istedadlı gənclərin aşkar edilməsi, gənclərin öz yaradıcı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaratmaq, gənclər arasında rəssamlıq sənətinin təbliğ olunması məqsədilə rayonunun həvəskar və peşəkar rəssamlarının sərgisi keçirilmişdir. Sərgidə Xəzər rayon İcra Hakimiyyəti Başçısının I müavini Vaqif Həsənov, rayon İcra Hakimiyyəti Başçısın müavini Arif Balayev, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namik Əhmədov, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəis müavini Aydın Yusifov, Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev, Rəssamlar İttifaqının nümayəndəsi , rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər iştirak etmişlər. Tədbirdə çıxış edən Millət vəkili Rauf Əliyev, sənətşünas Ziyadxan Əliyev gənc rəssamlara uğurlar arzuladılar.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib19 dekabr 2016-cı il tarixdə “Odlar Yurdu” Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilibAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq 17-18 dekabr 2016-cı il tarixlərdə Bakı şəhərində Qol güləşi üzrə Respublika kuboku yarışı keçirilmişdir. İsmayıllı rayon Gənclər və İdman İdarəsi tərəfindən həmin yarışa ezam olunan Qol güləşi üzrə məşqçi-müəllim Vüsal Qəzənfərovun yetirmələri kubok yarışlarında yüksək nəticələr göstərmişlər. İdmançılarımız - Seyidzadə Ramil 55 kq çəki dərəcəsində sağ qol üzrə III yerə, sol qol üzrə II yerə, İsmayılov Elşən 110 kq çəki dərəcəsində sol qol üzrə III yerə , sağ qol üzrə III yerə layiq görülmüş, Şahlarlı Toğrul 65 kq çəki dərəcəsində sol qol üzrə II yerə, sağ qol üzrə isə I yerə layiq görülərək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişdir. Qaliblərimizi təbrik edirik.
"İslam tarixi və mədəniyyəti" mövzusunda intellektual turnir keçiriləcək20 dekabr 2016-cı il tarixdə saat 11-00-da “Park İnn” mehmanxanasının “Dan ulduzu” zalında Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai birliyi ilə birgə yeniyemə və gənclər arasında "İslam tarixi və mədəniyyəti" mövzusunda intellektual turnir keçiriləcəkdir. Turnirdə seçmə mərhələsindən keçmiş 16 komandanın iştirakı ilə “Xəmsə” milli intellektual oyunu və 36 sualdan ibarət Nə? Harada? Nə zaman? oyunu baş tutacaqdır. Yarışda səsləndiriləcək suallar islam dininin tarixi və mədəniyyəti mövzularına məntiqi faktlara əsaslanacaqdır
Binəqədi rayon Gənclər evində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində ikinci seminar keçirilibBinəqədi rayon Gənclər evində 17 dekabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində ikinci seminar keçirilib. Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Jalə Tofiqqızı, Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsul, muzeyin baş rəssamı Tariyel Bəşirov, Bakı Humanitar Kollecinin tələbələri və ASAN könüllüləri iştirak etdilər.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib16 dekabr 2016-cı il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetinin Nərimanov rayonunda yerləşən binasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Gənclər “Multikulturalizm İli”ni dəyərləndirdilərGənclər və İdman Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 dekabr 2016-cı il tarixdə “Park İnn” otelində “Multikulturalizm İli:nailiyyətlər və perspektivlər” mövzusunda konfrans keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Daha sonra konfrans iştirakçıları hər iki qurum arasında 2016-cı il üçün təsdiq edilmiş birgə tədbirlər planına əsasən cari il ərzində respublikanın şəhər və rayonlarında keçirilmiş tədbirləri əks etdirən videoçarxa tamaşa etdilər. Çıxış üçün ilk söz Gənclər və İdman Naziri cənab Azad Rəhimova verildi. Sonra isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov çıxış etdi.
Nərimanov rayonunda “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi keçirilib15 dekabr 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Biznes Məktəbi” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib.
Nərimanov rayonunda “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib15 dekabr 2016-cı il tarixdə Azərbaycan Kooperasiya Universitetinin iclas zalında “Multikulturalizm gənclərin gözü ilə” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan Kooperasiya Universitetin prorektoru İlham Hüseynov, Universitetin Tələbə-Gənclər Təşkilatının sədri Tamerlan Əkbərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin baş katibi Ləman Muradova və fəal tələbələr iştirak etmişlər.
 əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1277

Partnyorlar