Xəbərlər

 

 


Binəqədi gənci Pakizə Paşayevanın “Daxili Dünyam” adlı layihəsi keçirilmişdirAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Bakı Ali Neft Məktəbi, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyilə Gənclər Fondunun VIII qrant müsabiqəsinin qalibi, BANM-in “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının 3-cü kurs tələbəsi Pakizə Paşayevanın “Daxili Dünyam” adlı layihəsi keçirilmişdir. Layihənin əsas məqsədi gənclərin özünəgüvənmə, liderlik bacarıqlarının, bədii və elmi ədəbiyyata, incəsənətə və kinoya olan maraqlarının artırılması, bu istiqamətdə film hazırlayaraq və kitab çap edərək daha çox gəncin maariflənməsinə şərait yaratmaqdır. Layihə müddətində “Çətinliklərin qarşımıza çıxma səbəbləri”, “Çətinliklərdən necə qurtulmalı”, “Dünya alimlərinin uğur sirrləri”, “Bir kitab yazsaydım”, “Bədən dili, jest və mimika”, “Həyatımızın rəsmi, incəsənəti”, “Bir filmin baş qəhrəmanı olsaydım” mövzularında təlimlər keçirilmişdir. Layihədə əsasən 17-30 yaş arası ali təhsil müəssisələrinin tələbələri və digər gənclər iştirak etmişdir. Layihədə film və kitab hazırlığının olması səbəbindən geniş informasiyanın çatdırılması effektiv və daha qısa zaman müddətində baş tutmuşdur. Layihə ərzində keçirilmiş maarifləndirici təlimlər vasitəsilə gənclər bədii və elmi ədəbiyyatımızla yaxından tanış olmuş və bu istiqamətdə fikir mübadiləsi aparmışlar. Gənclərlə birlikdə qrup şəklində hazırlanmış “Daxili Dünyam” adlı film və kitabın mətbuatda, sosial şəbəkələrdə paylaşılması daha çox gəncin maariflənməsinə şərait yaratmışdır. Digər tərəfdən gənclərin qısa müddət ərzində qrup şəklində fəaliyyət göstərməsi, müzakirələr aparması və komanda işi ilə film hazırlaması onların ünsiyyət qurmaq, vaxtı idarə etmək, müxtəlif ali məktəblərdən olan gənclərlə birgə komanda şəklində işləmək qabiliyyətini inkişaf etdirmişdir. Layihənin bağlanış mərasimində BANM-in rektoru Elmar Qasımov, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək bu cür layihələrin sayəsində gənclərin özünü ifadə və təsdiq etmək üçün gözəl imkanlar əldə etdiklərini bildiriblər. Sonda layihə iştirakçılarına sertifikatlar və “Daxili Dünyam” adlı kitablar təqdim olunmuşdur.
Sənan Mirzəyev medal ehtiyatımızı artırdı!İranın Əhvaz şəhərində keçirilən ağır atletika üzrə 2-ci Beynəlxalq Fəcr Kuboku davam edir. Böyük nüfuza malik bu yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri də iştirak edirlər. Bu gün Sənan Mirzəyev 85 kq çəki dərəcəsində qüvvəsini sınayıb. O, uğurlu çıxış edərək fəxri kürsüyə qalxa bilib. Sənan birdən qaldırma hərəkətində 141 kq-ı ram edib və bu hərəkətdə 3-cü olub. Təkanla qaldırma hərəkətində 167 kq-ı başı üzərinə qaldıran Mirzəyev, bu hərəkətdə 4-cü yeri tutub. Toplam 308 kq (141+167) nəticə göstərən atletimiz yekun sıralamada bürünc medala layiq görülüb. Beləliklə, Fəcr Kubokunun ilk iki yarış günündə ağır atletlərimiz 3 böyük (hər üçü bürünc) medal qazanıblar. Bununla yanaşı, onları ayrı-ayrı hərəkətlərdə daha 5 kiçik (birdən qaldırmada 1 qızıl, 1 gümüş və 1 bürünc, təkanla qaldırmada 2 bürünc) medala layiq görüldüyünü də qeyd etmək lazımdır.
Salyan rayon Gənclər və İdman İdarəsinin layihəsi olan Şagird Gənclər Təşkilatının I Ümumrayon Konfransı keçirildi10 mart 2017-cı il tarixdə şəhər Mərkəzi Kitabxanasında Salyan rayon Gənclər və İdman İdarəsinin layihəsi olan Şagird Gənclər Təşkilatının I Ümumrayon Konfransı keçirildi. Konfransda Salyan rayon İcra Hakimiyyəti başçısının yanında yetkinlik yaşına çatmayanların işləri və onların hüqüqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə aparıcı məsləhətçi və məsləhətçi psixoloq Sevinc Səmədova , Salyan rayon Təhsil şöbəsinin Uşaq Birliyi Təşkilatı Rəhbəri Xalidə Hacıyeva iştirak etdilər.
Biləsuvar gəncləri narkotiklərə yox dedi 10 mart 2017-ci il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon Gənclər və İdman İdarəsi Polis şöbəsi ilə birgə gənclər arasında narkomanlığın qarşısının alınması məqsədilə “Narkomaniya əsrin faciəsidir!” mövzusunda tədbir keçirdi. Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Polis şöbəsinin rəisi polis polkovniki Əlyəddin Səfərov, Təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov, İcra Hakimiyyətinin məsul işçisi Məhərrəm Qurbanov və başqaları rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında danışdı, gənclərə narkotik aludəçilərinin acınacaqlı həyatından, yoluxduqları xəstəliklərdən, həm cəmiyyət, həm də özləri üçün yaratdıqları təhlükədən söz açıldı. Tədbirin sonunda narkotik vasitələrin insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında slayd və video-çarx nümayiş olundu, gəncləri maraqlandıran suallar cavablandırıldı.
"Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar" layihəsi həyata keçirilirGənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Qəbələ Regional Gənclərin Resurs Mərkəzi” İctimai Birliyi tərəfindən "Region gəncləri arasında Azərbaycan tarixi mövzusunda olimpiadalar və intellektual oyunlar" layihəsinə start verilmişdir. Layihənin əsas məqsədi Gənclər arasında Azərbaycan tarixini öyrənmə və öyrətmənin, tarixi adidələrimizi öyrənməyin və qorumağın təbliği edilməsi, onlarda vətənpərvərlik və vətəndaşlıq hisslərinin artırılmasıdır. Layihə çərçivəsində Qə¬bələ, Oğuz və Şə¬kidə gənclər arasında Azərbaycan tarixi mövzusunda seminarlar, olimpiadalar və intellektual oyunların təşkil edilməsi planlaşdırılıb. Ümumilikdə 300-dən artıq gənci əhatə edəcək layihə mart-iyun aylarını əhatə edəcəkdir.
Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir. “Xəmsə” Milli İntellektual Oyununun aparıcısı Elmidar Süleymansoy komandaları qaydalarla tanış etdikdən sonra oyuna start verildi. 01 mart 2017-ci il tarixdə keçirilən yarışın birinci mərhələsində A qrupunda rayon ərazisində yerləşən 16 məktəbdən 4 məktəbin – 3 №-li tam orta məktəbin “Evrika”, 283 №-li tam orta məktəbin “Ulduz”, 205 №-li tam orta məktəbin “Vətən”, 126 №-li tam orta məktəbin “Gələcək” komandaları, 03 mart 2017-ci il tarixdə keçirilən yarışın ikinci mərhələsində B qrupunda növbəti 16 məktəbdən 4 məktəbin 297 №-li tam orta məktəbin “Qala”, 244 №-li tam orta məktəbin “Bayraq”, 217 №-li tam orta məktəbin “Planet”, 298 №-li tam orta məktəbin “Kainat” komandaları uğur qazanaraq yarımfinal mərhələsinə yüksəlmişlər. 06 mart 2017-ci il tarixdə “Xəmsə” Milli İntellektual Oyununun yarımfinal və final mərhələsi baş tutmuşdur. Oyunun nəticəsinə əsasən 283 №-li tam orta məktəbin “Ulduz” komandası I yerə, 244 №-li tam orta məktəbin “Bayraq” komandası II yerə, 297 №-li tam orta məktəbin “Qala” komandası III yerə layiq görülmüşdür. Mükafatlandırma mərasimində çıxış edən Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova qalibləri təbrik edərək onlara təhsildə uğurlar diləyib. Qalib komandalar İdarə tərəfindən diplom, medal və kubokla təltif olunmuşlar.
“8 Mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə keçirilən şeir müsabiqəsi! 07 mart 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində İsmayıllı rayon Gənclər və İdman idarəsi, rayon təhsil şöbəsi ilə birgə “8 Mart Beynalxalq Qadınlar Günü”nə həsr olunmuş məktəbli qızlar arasında şeir müsabiqəsi keçirdi. Tədbiri İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açaraq iştiraçkıları salamladı. “8 Mart Beynalxalq Qadınlar Günü” münasibəti ilə bütün Azərbaycan qadınlarının bayramını təbrik edərək onlara xoşbəxtlik, səadət, işlərində uğurlar arzuladı. Ardınca rayon təhsil şöbəsinin metodisti Nəriman Qəniyevdə iştiraçkıların bayramını təbrik edərək onlara uğurlar arzuladı. İsmayıllı şəhər 1 saylı, şəhər 2 saylı, şəhər 3 saylı məktəb-lisey, şəhər 4 saylı, şəhər 5 saylı, şəhər 6 saylı, şəhər 7 saylı tam orta məktəb, Cülyan, Talıstan, Diyallı kənd tam orta məktəblərindən ümumilikdə 21 şagirdin iştirak etdiyi müsabiqədə şagirdlər müxtəlif şairlərə məxsus şeirlər səsləndirdilər. Münsiflər heyyəti qismində rayon təhsil şöbəsinin metodisti N. Qəniyev, Uşaq Yaradıcılıq mərkəzinin direktoru X.Xalıqov, Gənclər və İdman idarəsinin əməkdaşları Ş.Qafarova və X. Məmmədov şagirdlərin səsləndirdikləri şeirləri qiymətləndirərək yekunda 10 (on) nəfər ən yaxşı şeir deyən şagird Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
Biləsuvar rayonunda Şahmat üzrə rayon birinciliyi keçirildi07 mart 2017-ci il tarixində Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirildi. Əvvəlcə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov yarış iştirakçılarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi və bütün iştirakçılara uğurlar arzuladı. Yarışda hər məktəbdən 2 şagird olmaqla 15 məktəbin komandası mübarizə apardı. Sonda Şəhər 4 saylı tam orta məktəbin komandası 1-ci yerə, Bəydili kənd tam orta məktəbin komandası 2-ci yerə, Şəhər 1 saylı tam orta məktəbin komandası isə 3-cü yerə layiq görüldü. Qalib komandalar Biləsuvar rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və hədiyyələrlə təltif edildi.
Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində “Şahin” hərbi- idman oyunlarının rolu önəmlidir Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 07 mart 2017-ci il tarixdə ümumtəhsil məktəblərinin ibtidai hərbi hazırlıq rəhbərləri ilə “Şahin” hərbi- idman oyununun məktəbdaxili və rayon birinciliyinin təşkili və keçirilməsində iştirakçı qurumların vəzifələri” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Biləsuvar rayon Gənclər və İdman İdarəsinin rəisi Aqşin Bağırov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq Soltanov, Təhsil Şöbəsinin müdir müavini Əlisafa Qəmbərov çıxış edərək “Şahin” hərbi idman oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində rolu və hərbi xidmətə hazırlanmasında müstəsna əhəmiyyəti barədə dəyirmi masa iştirakçılarına geniş məlumat verdilər. Sonra yarışın məktəbdaxili və rayon birincilinin təşkili və keçirilməsində iştirakçı qurumların qarşısında duran vəzifələr müəyyənləşdirildi.
Nərimanov rayonunda “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi keçirilib 06 mart 2017-ci il tarixdə Azərbaycan Turizm və Menecment Universitetində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Azərbaycan Turizm və Menecment Universiteti, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyi birgə təşkilatçılığı ilə “Gənc Turizm Bələdçisi” layihəsinin bağlanış mərasimi həyata keçirilib. Bağlanış mərasimində Azərbaycan Turizm və Menecment Universitetinin rektor səlahiyyətlərini icra edən Eldar Aslanov, “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyinin sədri Ağamir Ağamirov və bir sıra media nümayəndələri iştirak ediblər. Bağlanış mərasimində çıxış edən “Azərbaycan Turizm İnstitutu Məzunları” İctimai Birliyin sədri Ağamir Ağamirov layihə çərçivəsində görülən işlər haqqında tədbir iştirakçılarına məlumat verib.
Nərimanov Rayon Gənclər və İdman İdarəsində Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib07 mart 2017-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsində rayonda yerləşən Azərbaycan Kooperasiya Universitetinin Tələbə-Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib. Görüşdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov ilk öncə “Yel çərşənbəsi” münasibəti ilə tələbələri, eyni zamanda qarşıdan gələn “8 mart – Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbirdə iştirak edən xanım tələbələri təbrik etmiş, İdarəninin fəaliyyəti, tələbə-gənclər təşkilatlarının sıx əməkdaşlığı haqqında geniş məlumat verib. İdarə rəisi çıxışında bu cür görüşlərin artıq bir ənənə halı aldığını və bu gün gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsi olduğunu qeyd etmişdir.
“Avropada könüllü ol” seminarian qatılmaq istəyən gənclər üçün müsabiqə elan olunurGənclər Təşkilatları Milli Şurası 15 mart 2017-ci il tarixində Gənclər və İdman Nazirliyi və Avropa Komissiyasının Erasmus+ proqramının dəstəyi ilə Azərbaycan Könüllülük Xidməti çərçivəsində “Avropada könülü ol” seminarı keçiriləcəkdir. SALTO Youth” Resurs Mərkəzinin beynəlxalq təlimçisi Natalia Nikitina tərəfindən aparılacaq seminar gənclərin beynəlxalq könüllülük mübadiləsi proqramı olan Avropa Könüllülük Xidməti (European Voluntary Service – EVS) çərçivəsində könüllülük imkanları barədə məlumatlandırılması məqsədi ilə həyata keçirilir.
"Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsi elan edilirAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi 6-27 mart 2017-ci il tarixlərdə gənclər arasında "Mən Belarus haqqında nə bilirəm?" esse müsabiqəsi elan edir. Müsabiqə gənclərin dünyagörüşünün inkişaf etdirilməsi, gənclər arasında Belarus Respublikası haqqında məlumatlılığın artırılması və gənclərin beynəlxalq əməkdaşlığının genişləndirilməsi məqsədilə həyata keçirilir.
Ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdirSalyan Rayon Gənclər və İdman İdarəsi tərəfindən 07 mart 2017 -ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində yerləşən “N” saylı hərbi hissəsində Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasını təmin etmək məqsədi ilə ümumtəhsil məktəbləri arasında “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilmişdir.
"Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək11-12 mart tarixlərində 8-ci "Baku Open" ənənəvi beynəlxalq karate turniri keçirləcək Bakı İdman Sarayında müxtəlif yaş qrupları üzrə yarışa 10-dək ölkə karateçiləri qatılacaq. Turnirin ilk günü böyüklər arasında kata və kumite yarışları, həmçinin 40, 50 və 60 yaşdan yuxarı veteran idmançıların çıxışları olacaq. Elə həmin gün saat !7:00-da təntənəli açılış mərasimindən sonra final görüşləri və mükafatlandırma mərasimi keçiriləcək. Yeniyetmə və gənclər isə ertəsi gün tatamiyə çıxacaqlar. Görüşləri yerli hakimlərlə birgə yarış iştirakçıları olan ölkələrin beynəlxalq hakimləri də idarə edəcək. 8-ci "Baku Open" beynəlxalq karate turniri federasiyanın rəsmi saytı vasitəsilə canlı yayımlanacaq. Yarışın əsasnaməsi ilə afişaları yükləyib tanış ola bllərsiniz. təqdim olunmuşdur.
“5 mart- Bədən tərbiyəsi və İdman günü”nə hər olunmuş mini futbol üzrə məktəblər arasinda Ağcabədi rayon turniri03-05 mart 2017-ci il tarixlərdə Ağcabədi rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə “5 mart- Bədən tərbiyəsi və İdman günü”nə hər olunmuş mini futbol üzrə məktəblər arasinda rayon turniri keçirilmişdir. Turnirdə I, II, III yerləri tutmuş komandalara Ağcabədi rayon Gənclər və İdman idarəsi tərəfindən Diplomlar , Fəxri Fərmanlarlar və hədiyyələr təqdim olunmuşdur.
Masallı rayonunda “Ətraf mühitin qorunmasında gənclərin könüllülük fəaliyyətinin artırılması “ adlı layihəyə start verilmişdir “Tərəqqi”gəncliyin inkişafı ictimai birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə “Ətraf mühitin qorunmasında gənclərin könüllülük fəaliyyətinin artırılması “ adlı layihəyə start vermişdir. Layihə direktoru Səfərov Raci bildirmişdir ki, layihənin müddəti 01 mart – 01 iyul 2017-ci il tarixlərini əhatə edir. Layihə çərçivəsində Masallı rayonunda yaşayan 125 nəfər gənc üçün hərəsi 1 gün olmaqla ayrı-ayrı qrupdan ibarət ümumlikdə 1 günlük təlimlər keçirərək. Təlimlər ətraf mühitin qorunması istiqamətində olacaq. Təlimlər Masallı şəhəri, Ərkivan qəsəbəsi, Qəriblər kəndi, Dəmirçi kəndi və Musaküçə kəndinin gənclərinin iştirakı ilə Masallı oteldə keçiriləcəkdir. Layihədə yaşı 16-29 arasi olan gənclər təşkilatlarının nümayəndələri, könüllülər, İctimai sektorları (icmaları) təmsil edən gənclər, ali və orta ixtisas müəssisələrinin tələbələri, orta məktəblərin 10-11-ci sinif şagirdləri və digər sahələri əhatə edən gənclərə üstünlük veriləcəkdir. Layihə çərçivəsində Masallı rayonunda ekoloji əlamətdar günlər qeyd olunacaqdır və “Mənim ekoloji hekayəm” mövzusunda məktəblilər arasında müsabiqə keçiriləcəkdir.Layihədə iştirak etmək istəyənlər tereqqi2013@gmail.come-mailinə özü haqqında məlumatlar göndərməklə qeydiyyatdan keçə bilərlər.
Sumqayıtda “05 Mart-Bədən tərbiyəsi və İdman Günü”nə həsr edilmiş yarışlar təşkil edildiSumqayıt Paralimpiya İdman Kompleksində üzgüçülük üzrə 2004-2005; 2006-2007; 2008-2009-cu il təvəllüdlü oğlan və qızlar arasında açıq şəhər birinciliyi keçirilmişdir. Yarışda 100 nəfərdən artıq idmançı qalib adı uğrunda mübarizə aparmışdır. Birincilikdə Dana Şandibina, Ayan Kələntərova, Vlastelina Xasyanova qızlar arasında, Rəşad Alquliyev, Osman Allahverdi və Çingiz Fətexov bütün rəqiblərini geridə qoyaraq finiş xəttinə birinci çatmışlar. Estafed yarışlarında isə Sumqayıtın və Sərhədçinin I komandaları müvafiq olaraq birinci və ikinci yerləri, Bakı Green City komandası isə üçüncü yeri tutmuşdur. Stolüstü tennis. 1 saylı Uşaq Gənclər İdman Məktəbində 2003-cü il və daha kiçik təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçrilmişdir. Yarışda qızlar arasında Aysu Rəsulzadə, oğlanlar arasında isə Murad Koroğluyev hamıdan güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yunan-roma. “Alüminiumçu” İdman Evində 2000-2002-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. İki gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Fərid Xəlilov (42kq), Rəşad Rzayev (46kq), Əli İbrahimov (50kq), Rəvan Rəcəbov (54kq), Rəşad Cəfərzadə (58kq), Xəyyam Niftəliyev (63kq), Nurlan Məhərrəmli (69kq), Abil Məmmədli (76kq), Elşən Çobanov (85kq) və Ülvü Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Mini-futbol. Mehdi Hüseynzadə adına şəhər stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında şəhər birinciliyi keçirilmişdir. Yarışda şəhərin idman, məktəb, cəmiyyət və klublarının 8 komandası qalib adı uğrunda mübarizə aparmışlar. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Sumaqyıt“ Futbol Klubunun komandası birinci, İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq Gənclər İdman Məktəbinin komandası ikinci, “Təhsil” Respublika İdman Mərkəzi Sumqayıt Filialının komandası isə üçüncü yeri tutmuşlar. Yarışların qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı, medal, kubok və hədiyyələri ilə təltif olumuşdur.
Sumqayıtda atıcılıq üzrə ölkə çempionatının zona yarışının II mərhələsinə yekun vuruldu02-04 mart 2017-ci il tarixlərində Paralimpiya İdman Kompleksində atıcılıq üzrə (pnevmatik silahlardan) ölkə çempionatının zona yarışlarının II mərhələsi keçirilmişdir. Keçirilən zona yarışında Sumqayıt, Xızı, Şabran, Qusar, Xaçmaz, Siyəzən, Abşeron, Quba, Qubadlı, Zəngilan şəhər və rayonlarının komandalarının 50 idmançısı qalib adı uğrunda mübarizə aparmışdır. Hər komandanın tərkibi 4 oğlan, 1 qızdan ibarət olmuşdur. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışda Sumqayıt komandası 100 xal toplayaraq finala vəsiqəni təmin etmişdir. Şəxsi yarışlarda isə şəhər yığma komandasının üzvü Əminə Cəfərova qadınlar arasında birinci yerə layiq görülmüşdür.
Sumqayıtda “Ağ Ölümə –Yox Deyək” devizi altında silsilə görüşlərə start verildiSumqayıt şəhər İcra Hakimiyyətibaşçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Komissiyanın 2017-ci il üçün nəzərdə tutulmuş Tədbirlər Planına əsasən şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil Şöbəsi, Polis İdarəsi və Sumqayıt Rayonlararası Narkoloji Dispanserin birgə təşkilatçılığı ilə narkomaniyaya qarşı mübarizə istiqmətində şəhərin orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Ağ Ölümə – Yox Deyək”devizi altında maarifləndirici xarakterli görüşlərin keçirilməsinə başlanılmışdır.
 əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar