Xəbərlər

 

 


“Gənclər təşkilatlarının idarəetmə akademiyası” çərçivəsində növbəti təlim keçirilibARGTMŞ Gənclər Evində Gənclər Təşkilatları Milli Şurası tərəfindən “Gənclər Təşkilatlarının İdarəetmə Akademiyası” çərçivəsində “Məqsəd qoyma və həyat prespektivlərinin qurulması” mövzusunda təlim keçirilib. Təlimdə 25 nəfər Milli Şuranın üzvü olan gənclər təşkilatlarının nümayəndə və fəal gənclər iştirak edib.
Sumqayıtda Gənclər Təşkilatları hesabat verdiGənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Gənclər Evində şəhərin müxtəlif sahələrində fəaliyyət göstərən gənclər təşkilatları ilə 2016-cı ilin yekunları və 2017-ci ildə qarşıda duran vəzifələrə dair görüş keçirilmişdir. Görüşdə təşkilatların fəal üzvləri də iştirak etmişlər.
Nərimanov rayonunun rəhbərliyi və gəncləri Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırım Muzeyində olublar21 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi və rayon gəncləri Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırım muzeyində olmuşlar. Ekskursiya zamanı bələdçi bildirmişdir ki, Respublika Hərbi Prokurorluğunda yaradılmış bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunədir.
Müsabiqə qalibləri mükafatlandırıldıAzərbaycan Velosiped İdmanı Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Hədəf" Nəşrləri, "IB CLUB" Gənclərin İnkişaf Mərkəzi, "Velosport" mağazası və "Ladies on Bikes" həvəskar velosiped klubunun birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə qaliblərinin mükafatlandırılması və layihəyə təqdim olunmuş yazılardan ibarət kitabın təqdimat mərasimi Rəşid Behbudov adına Mahnı Teatrında həyata keçirilib.
“ Ana dilimizi sevək və inkişaf etdirək ” mövzusunda tədbir keçirilmişdir 21 fevral 2017-ci il tarixdə ak.Z.Əliyeva adına texniki fənnlər təmayüllü məktəb-liseydə Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “21 fevral - ilə gənc Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “ Ana dilimizi sevək və inkişaf etdirək ” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə məktəbin dil-ədəbiyyat müəllimlərı,şagirdlər və rayonun fəal gəncləri iştirak etmişlər.
“Xocalı Soyqırımının” 25-ci ildönümünə həsr olunmuş “Xocalı-əsrin faciəsidir!” mövzusunda məktəblilər arasında keçirilən inşa- yazı müsabiqəsi21 fevral 2017-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində İsmayılı rayon Gənclər və İdman İdarəsi və rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Xocalı Soyqırımına” həsr olunmuş "Xocalı -əsrin faciəsidir!" mövzusunda rayon məktəblərin yuxarı sinif şagirdləri arasında inşa-yazı müsabiqəsi keçirildi. Tədbir Soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Cüdo üzrə gənclər və kiçik yaşlı yeniyetmələr arasında Azərbaycan birinciliyinə yekun vuruldu13-18 fevral 2017-ci il tarixlərində Bakı şəhərində 2003-2005-ci il təvəllüdlü kiçik yaşlı yeniyetmələr və gənclər arasında Azərbaycan birinciliyi keçirilmişdir. Birincilikdə yeniyetmələr arasında 71 klubdan 500-ə yaxın, gənclərin yarışında isə 44 komandadan 263 cüdoçu mübarizə aparmışdır. Beş gün davam edən və gərgin idman mübarizəsi şəraitində keçən ölkə birinciliyində yeniyetmələr arasında Eltac Yusifli (-34kq), Səxavət Hacıyev (-38kq), İbrahim Nəzərov (-50kq), Aynur Məmmədova (-40kq), Səbinə Əliyeva (-44kq), Rita Əliyeva (-48kq) və Ayişə Əhmədova güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Azərbaycan birinciliyi başa çatdıFevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə Azərbaycan birinciliyi keçirilib. Ölkənin bütün regionlarını əhatə edən turnirdə 150-yə yaxın atlet gücünü sınayıb. Yarışın keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçim olub.
Stolüstü tennisçilərimiz Fransada çempiontatın qalibi oldularFransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatındakomanda yarışları başa çatıb. Qızlardan ibarət Azərbaycan komandası I yeri tutaraq çempionatın qalibi olub. Oğlanlardan ibarət komandamız isə II yerə layiq görülüb. Qeyd edək ki, qızlar arasında şəxsi yarışlarda da Azərbaycan tennisçisi qızıl medal qazanmışdı.
Müsabiqə qalibləri mükafatlandırılacaqAzərbaycan Velosiped İdmanı Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, "Hədəf" Nəşrləri, "IB CLUB" Gənclərin İnkişaf Mərkəzi, "Velosport" mağazası və "Ladies on Bikes" həvəskar velosiped klubunun birgə layihəsi olan “MƏNİM VELO-MƏQALƏM” adlı yazı müsabiqəsinə yekun vurulub. Müsabiqə qaliblərinin mükafatlandırılması və layihəyə təqdim olunmuş yazılardan ibarət kitabın təqdimat mərasimi 21 fevral, saat 12:00-da Rəşid Behbudov adına Mahnı Teatrında həyata keçiriləcək. Qeyd edək ki, müsabiqəyə ümumilikdə 200-ə yaxın yazı təqdim edilib ki, onların da içərisindən ən yaxşı 30 məqalə seçilərək "MƏNİM VELO-MƏQALƏM" kitabına salınaraq çap edilib. Yazıların qiymətləndirilməsi "Hədəf" Nəşrlərinin müəyyənləşdirdiyi münsiflər heyəti tərəfindən aparılıb. Müsabiqənin yekununa əsasən, I, II və III yerləri tutan ən yaxşı yazı müəllifləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq. Müsabiqənin qalibinə isə milli velosiped brendimiz olan "İSMA BİKES" velosipedi hədiyyə olunacaq. Bundan başqa, 10 həvəsləndirici mükafat da nəzərdə tutulub.
Azərbaycan karateçiləri Gənclərin növbəti Avropa çempionatında daha 2 medal qazandılarAzərbaycan karateçiləri Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə və Gənclərin növbəti Avropa çempionatının son yarış günü daha 2 medal qazandılar İrina Zaretska (21 yaşadək idmançılar, -61 kq, şəxsi məşqçisi Denis Morozov) Avropa çempionu, Asya Məlikova isə (eyni yaş qrupunda, -50 kq, şəxsi məşqçisi Anar Allahverdiyev) gümüş medala sahib oldu. Onlardan əvvəl Murad Hacızadə (16-18 yaş gənclərdə +76 kq, şəxsi məşqçisi Rafael Məmmədov) və Ayla Rzazadə (14-16 yaşlı yeniyetmələr, -54 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medal qazandı. Fidan Teymurova (16-18 yaşlı gənclər, -48kq), Həsən Əliyev (16-18 yaşlı gənclər, -55 kq) və Elcan Məmmədrzayev (21 yaşadək idmançılar, -60kq) bürünc medal uğrunda həlledici görüşlərdə məğlub olublar. Ceyhun İsmayılov (14-15 yaşlı yeniyetmələr, kata), Tale və Tural Yaqubov qardaşları (müvafiq olaraq 14-15 yaşlı yeniyetmələr, -52 kq və -63 kq) 7-ci olublar.
Daha iki qalib və könüllülər xəbəriRüstəm Qasımov – çempion! Fevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edirlər.
Murad Hacızadə (+76 kq) Avropa çempionatının bürünc medalını qazandı16-18 yaşlı gənclər seçmə komandasının favoritlərindən Murad Hacızadə (+76 kq) Avropa çempionatının bürünc medalını qazandı. Perspektivli Sumqayıt karateçisinin çempionluq şansı olsa da, sonradan qızıl medal qazanan Bosniya və Herseqovinalı idmançı ilə 2:2 hesabı ilə başa çatan görüşdə qələbə rəqibə verildi.
Ayla Rzazadə Avropa üçüncüsü oldu14-15 yaşlı yeniyetmələrdən ibarət seçmə komandanın üzvü Ayla Rzazadə (-54 kq) Avropa üçüncüsü oldu. Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatının birinci günü bürünc medal qazanan A.Rzazadə, ilk dəfə qatıldığı rəsmi yarışda nəticəgöstərməklə 2018-ci il Yeniyetmələrin Olimpiadasında iştirak etməyə real namizədlərdən biri kimi perspektivini ortaya qoydu.
Nərimanov rayonunda aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib17 fevral 2017-ci il tarixdə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin anadan olmasının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, Bakı Şəhər Gənclər və idman Baş İdarəsinin məsul əməkdaşı Salman Əbdulov, şəhid Mahir Mirzəyevin atası Sabir Mirzəyev, qohumları, fəal gənclər və məktəblilər iştirak etmişlər.
“Xocalıya Ədalət” Kampaniyasına dəstək fəaliyyətləri təşkil olunacaqGənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Gənclər Təşkilatları Milli Şurası Xocalı faciəsinin 25-ci ildönümündə Azərbaycan reallıqlarının, soyqırımı faktının dünya ictimaiyyətinə Azərbaycan gəncliyi adından çatdırılması məqsədilə “Xocalıya ədalət” (Justice For Khojaly) kampaniyası çərçivəsində bir sıra faəliyyətlər həyata keçirəcək. “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Sərəncamı imzalamışdır. Sərəncamda verilmiş tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyası tərəfindən Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə bağlı tədbirlər planını təsdiq edilmişdir.
Nərimanov rayonunda şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib15 fevral 2017-ci il tarixində "İstək" liseyində Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş şahmat üzrə Nərimanov rayon turniri keçirilib. Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, yeni nəslin sağlam ruhda böyüyüb tərbiyə olunması, ölkədə bədən tərbiyəsi ve idmanın kütləviliyinin təmin edilməsi, şahmat idman növünün geniş şəkildə təbliğ olunması, gənclərimizin yüksək məqsədlər uğrunda mübarizə əzminin artırılmasından ibarətdir.
Azərbaycan birinciliyi qızların yarışı ilə start götürdüFevralın 17-19-da Şimal DRES qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçiriləcək 15 və 17 yaşadək (2000-2001-ci il təv. və 2002-2004-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi start götürüb. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Körpücük üzərinə ilk olaraq yeniyetmə qızlar çıxıblar. Onlar mütləq birincilikdə Sinkleyr cədvəli üzrə qələbə uğrunda mübarizə aparıblar.
“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği”Biləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkliatçılığı ilə 16 fevral 2017-ci il tarixdə İsmətli kənd tam orta məktəbdə “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan İsmətli kənd tam orta məktəbin direktor müavini Fədail Əliyev tədbilin təşkilinə və əhəmiyyətinə görə məktəbin pedaqoji kollektivi və şagirdləri adından Biləsuvar rayon Gənclər və İdman İdarəsinə təşəkkürünü bildirdi.
Tennisçimiz Fransada qızıl medal qazandıFransanın Metz şəhərində gənclər arasında keçirilən stolüstü tennis üzrə “Fransa Open” çempionatında şəxsi oyunlar başa çatıb. 27 ölkədən 205 idmançının iştirak etdiyi çempionatda Azərbaycan tennisçisi finalda yaponiyalı idmançı ilə qarşılaşıb. Görüşdə qalib gələn tennisçimiz qızıl medal qazanıb. Çempionat komanda yarışları ilə davam edir.
 əvvəlki    1  2  3  4  5  6  7  8  9  10  11    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1242

Partnyorlar