Xəbərlər

 

 


Gənclər Təşkilatarı Milli Şurası beynəxalq tədbirdə təmsil olunubGənclər Təşkilatları Milli Şurasının sədr müavini Aysun Zeynalova Bolqarıstanın Varna şəhərində keçirilən “100% Gənclər üçün şəhər” layihəsində iştirak edib. Layihə Portuqaliya Milli Agentliyi və Braqa şəhərinin meriyası tərəfindən həyata keçirilir. Layihənin işçi qrupunun üzvü olan Aysun Zeynalova həm də Avropa Gənclər Paytaxtı 2015 Kluj-Napoka, Avropa Gənclər Paytaxtı 2016 Gəncə və Riqa şəhərlərində görüşlərdə iştirak edib. Layihənin əsas məqsədi Avropa şəhərlərini gənclərə uyğunluğunu ölçmək üçün standartların yaradılması və şəhərlərin bu standartlara uyğun qiymətləndirilməsidir.
“Yeniyetmə qızların təhsilə cəlb olunması” adlı layihəninin icrası başa çatdıAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Zərdab şəhərində “Yeniyetmə qızların təhsilə cəlb olunması” adlı layihənin icrası başa çatmışdır. Layihə Gənclər Fondunun elan etdiyi VIII qrant müsabiqəsinin fərdi şəxslər üçün olan kateqoriya üzrə qalib olmuş Xəlilli Vəfa Eldar qızı tərəfindən Zərdab şəhərində 3 ay müddətində davam etmişdir.
İslam Həmrəyliyi Oyunlarının Könüllüləri arasında sorğu keçirilib 2017-ci il 12-22 may tarixləri arasında Bakı şəhərinin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında bu proqramın özəlliklərini müəyyən etmək məqsədi ilə sorğu keçirilib. 1000 nəfər namizəd arasında keçirilən sorğunun əsas məqsədi onları Bakı 2017 Könüllülük Proqramına müraciət etməyə ilhamlandıran səbəbləri, həmçinin, layihədən gözləntilərini öyrənmək olub.
Nərimanov rayonunda “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin açılış mərasimi keçirilib24 yanvar 2017-ci il tarixdə Məktəb-Lisey Kompleksində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin açılış mərasimi və ilk təlimi keçirilib. Açılış mərasimində "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir. Təlimçi qeyd etdi ki, XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
Firdovsi Umudov ATGTİ-nin qonağı olduAzərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) qərargahında sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun gənclərlə görüşü keçirilib. Görüşdə ATGTİ-nin sədri, millət vəkili Şahin İsmayılov da iştirak edib. Şahin İsmayılov gənclərlə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni və “Tərəqqi” medalı, prezidentin Fəxri Diplomu ilə təltif ed
Binəqədi rayonunda “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində yarış keçirildi Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin respublika birinciliyinin Bakı şəhərinin rayonları üzrə məktəbdaxili yarışlarını keçirməyə şəraiti olmayan Binəqədi rayonu üzrə orta məktəblərin (179, 298, 300 və 301 №-li tam orta məktəb) məktəbdaxili yarışları 246 №-li məktəb-liseydə keçirilmişdir.
Sumqayıtda “Müasirlikdə Peyzaj təsvirləri” adlı sərgi keçirildi21 yanvar 2017-ci il tarixində Sumqayıt Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi və Rəsm Qalereyasının təşkilatı dəstəyi ilə “Müasirlikdə Peyzaj təsvirləri” adlı layihə çəçivəsində ilk sərgi təşkil edilmişdir. Sərgidə çıxış edənlər layihə rəhbəri İlahə Əlizadə və “Nigart” rəsm dərnəyinin rəhbəri Nigar Qurbanova Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsinin ölkəmizdə istedadlı və yaradıcı gənclərə olan diqqət və qayğının nəticəsi olduğunu bildirmiş və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Sumqayıt gəncləri üçün “İT mühəndislik”təlimi keçirildi21 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində “Park Restoran”-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində “İT mühəndislik” peşəsi mövzusunda növbəti təlim keçirilmişdir. Layihənin koordinatoru Rəşad Yunusov gənclər arasında peşə təhsilinə marağın artırılması, onlara müasir peşələrə yiyələnməyin yollarının öyrədilməsi istiqamətində Qeyri Hökumət Təşkilatlarının fəaliyyətlərini genişləndirmək layihənin əsas məqsədlərindən olduğunu qeyd etmişdir. Təlim şəbəkə texnologiyaları sahəsində peşəkar mütəxəssis Seymur Mirişov tərəfindən keçirilmişdir. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunda. Qeyd edək ki, layihə çərçivəsində gənclər üçün “Dəbli biznes” mövzusunda da təlim təşkil olunacaq.
“2 fevral- Gənclər Günü” münasibəti ilə VKC karate idman növü üzrə açıq rayon birinciliyi22 yanvar 2017- ci il tarixdə İsmayıllı rayon Gənclər və İdman İdarəsinin və Olimpiya Idman Kompleksinin birgə təşkilatçılığı ilə “2 fevral- Gənclər Günü” münasibəti ilə VKC karate idman növü üzrə yeniyetmələr və gənclər arasında açıq rayon birinciliyi keçirildi. Birincilikdə 10 rayon iştirak etmişdir. Bakının 4 rayonu, Ələt, Şirvan, Mingəçevir, Qəbələ, İsmayıllı və Şamaxı. Tədbiri İsmayıllı rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov açaraq iştirakçıları salamladı, 2 fevral Gənclər günü ilə əlaqədar bütün gəncləri təbrik etdi, idmançılara qələbə sevinci arzuladı. İsmayıllı Olimpiya İdman Kompleksinin təlimatçısı Anar Həsənov da öz növbəsində iştirakçıları təbrik etdi, onlara uğurlar arzuladı. 150 idmançının mübarizə apardığı yarışda müxtəlif çəki dərəcəsində qaliblər oldu. I yerə Ismayıllı II yerə Bakı III yerə Mingəçevir komandaları layiq görüldü Qaliblərin hər biri rayon Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif edildilər.
Bərdə rayonunda “20 yanvar- Tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilmişdir19 aprel 2017-ci il tarixdə Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Səməd Vurğun adına Mərkəzi kitabxananın birgə təşkilatçılığı ilə “20 Yanvar Ümumxalq Hüzn günü”nün 27-ci ildönümünə həsr edilmiş “20 yanvar- Tariximizin qanlı və şanlı səhifəsi” adlı dəyirmi masa keçirilmişdir.Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin tələbələri, rayon ziyallıları və fəalgənclər iştirak edirdi. Tədbiri giriş sözü ilə MKS-nin direktoru Havva Mirzəyeva açaraq bildirdi ki, 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin təzahürü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Xətai rayonunda qızlar arasında “Voleybol” idman növü üzrə yarış keçirilmişdirXətai rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 16-19 yanvar 2017-ci il tarixlərdə 138 №li tam orta məktəbin idman zalında rayon məktəblilərinin XXIX Spartakiadasının proqramına daxil olan qızlar arasında “Voleybol” idman növü üzrə yarış keçirilmişdir.
Nərimanov rayonunda 20 yanvar faciəsinin XXVII ildönümünə həsr edilmiş anım tədbiri keçirilib19 yanvar 2017-cı il tarixində Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Kooperasiya Universitetinin və Bakı Biznes və Kooperasiya Kollecin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin XXVII ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Anım tədbirində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Kooperasiya Universitetinin Elmi işlər üzrə prorektoru, professor Bəyalı Ataşov, Universitetin və Kollecin professor və müəllim heyəti, Tələbə-Gənclər Təşkilatının fəal üzvləri və tələbələr iştirak etmişdir.
“20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırıldı18 yanvar 2017-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin iclas zalında 20 yanvar faciəsinin XXVII ildönümünə həsr olunmuş “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda məktəblilər arasında inşa yazı və rəsm müsabiqələrinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Gənclər üçün Təhsil Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Qoşqar Rzayev, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərin müəllim və şagird heyəti iştirak etmişdi.
Biləsuvar rayonunda “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildiBiləsuvar rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 18 yanvar 2017-ci il tarixdə Ümumxalq Hüzn Gününə həsr olumuş “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” adlı səhnələşdirilmiş kompozisiya müsabiqəsi keçirildi.
20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq karate turniri keçiriləcək20-22 yanvar 2017-ci il tarixlərində Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" karate klubunun təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcək. 6-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında kata və kumite üzrə xatirə turniri Bakı İdman Sarayında təşkil ediləcək. Yarışda yerli idmançılarla yanaşı, İran, Rusiya və Gürcüstan komandalarını təmsil edən 600-dək karateçi iştirak edəcəklər. Karateçilər həm fərdi, həm də komanda yarışlarında mübarizə aparacaqlar. Yarışın əsasnaməsi ilə afişalardan tanış ola, həmçinin PDF faylı vasitəsilə yükləyə bilərsiniz.
“20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə rayon birinciliyi keçirilmişdir 17-18 yanvar 2017-ci il tarixlərdə ak.Z.Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseydə Bərdə Rayon Gənclər və İdman İdarəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “20 yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəblilərin qızlardan ibarət komandaları arasında rayon birinciliyi keçirilmişdir.Birincilikdə 8 komanda iştirak etmişdir.
“20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda toplantı keçirildi18 yanvar 2017-ci il tarixdə Milli Olimpiya Komitəsinin İclas zalında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünə həsr olunmuş “20 Yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda toplantı keçirildi. Toplantıda Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin əməkdaşları, millət vəkilləri və qonaqlar, müxtəlif gənclər təşkilatlarının üzvləri, tələbələr idman ictimaiyyətinin nümayəndələri və Bakı şəhəri üzrə gənclər və idman idarələrinin rəhbərləri iştirak edirdi. Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən toplantıda Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bakı şəhərində Davos Forumu çərçivəsində tədbir keçirilib17 yanvar 2017-ci il tarixində ADA Universitetində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası və “Global Shapers Community Baku” tərəfindən Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və “Youth İnc” Gənclərin Sahibkarlıq Proqramının dəstəyi ilə Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində “Davosa Doğru – Bakı” Forumu yekunlaşıb. Forum 3 hissədən ibarət olmaqla gənc sahibkarların biznes təşəbbüslərinin sərgisi ilə başlayaraq rəsmi açılış hissəsi və iki mövzunu əhatə edən panel sessiyaları ilə davam etdirilib. Sərgidə gənc sahibkarların məsul və xidmətləri nümayiş olunub.
SUMQAYITDA SAMBO ÜZRƏ ŞƏHƏR YARIŞINA YEKUN VURULDU13-15 yanvar 2017-ci il tarixlərində “Alüminiumçu” İdman Evində “20 Yanvar” şəhidlərinin xatirəsinə həsr olunmuş sambo üzrə yeniyetmələr (1999-2001), gənclər (1997-1998) və kişilər arasında şəhər çempionatı keçrilmişdir. Üç gün gərgin idman mübarizəsi şəraitində davam edən yarışda Nurlan Məmmədov (48kq), Mirağa Hacıyev (52kq), Ruslan Paşayev (56kq), Nüsrət Həsənəlili (60kq), Təbriz Dadaşov (65kq), Rauf Məmmədzadə (70kq), Kamran Novruzov (75kq), Şahin Quliyev (81kq), Firdovsi Nəsirov (87kq) və Asif Əliyev (+87kq) yeniyetmələr arasında, Nicat Süleymanov (48kq), Rəşad Qulamov (52kq), Ruslan Paşayev (57kq), Rauf Məmmədzadə (62kq), Ülvi Bayramov (68kq), Kamran Novruzov (74kq), Həsən Əlyarov (82kq), Firdovsi Nəsirov (90kq), Emin Kazımov (100kq) və Nicat Aslanov (+100) gənclər arasında, Vüsal Qurbanov (52kq), İlqar Məmmədov (57kq), Billuri Xəlilov (62kq), Pərviz Şükürov (68kq), Emin Qulamov (74kq), Elşad Fətullayev (82kq), Çingiz Ramazanov (90kq) və Seymur Sadıqov (+100) isə kişilər arasında bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Yarışların qalib və mükafatçıları cari ilin fevral ayında Bakı şəhərində keçiriləcək Azərbaycan çempionatında iştirak etmək hüququ əldə etmişlər və şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyələri ilə təltif olunmuşlar.
Cüdo idman növü üzrə Xəzər rayon birinciliyi keçirilibBalaxanı Olimpiya İdman Kompleksində Xəzər rayon İdman İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar Şəhidlərinin xatirəsinə həsr olunmuş Cüdo idman növü üzrə 2000/2002/2003/2004/2005/2006/2007/2009-cu il təvəllüdlü uşaq və yeniyetmələr arasında açıq birincilik keçirilmişdir. Yarışda hər çəki üzrə qalib gələn idmançılar Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən müvafiq diplom və medallarla mükafatlandırılmışdır
 əvvəlki    6  7  8  9  10  11  12  13  14  15  16    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar