Xəbərlər

 

 


Binəqədi rayonu Gənclər evində “02-Fevral Azərbaycan Gəncləri günü” münasibətilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” idman növü üzrə təsnifat turniri keçirilmişdirBinəqədi Rayon İcra Hakimiyyəti başçısının “02-Fevral Azərbaycan Gəncləri günü”nün qeyd edilməsi ilə bağlı müvafiq Sərəncamının icrasına uyğun olaraq 27 yanvar 2017-ci il tarixdə Binəqədi rayonu Gənclər evində Binəqədi rayon Gənclər və İdman İdarəsi və Bakı şəhəri 3 №-li Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə uşaq, yeniyetmə və gənclər arasında “Şahmat” idman növü üzrə təsnifat turnirinə start verilmişdir.
2017-ci ilin Gənclər Paytaxtı müəyyən olduAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir. Gənclər Paytaxtı internet səsverməsi nəticəsində seçilir. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə 5 il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilmişdir. Bu müddət ərzində Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) Gənclər paytaxtı adına layiq görülmüşlər.
2 fevral – Azərbaycan gəncləri günü gənclər arasında qeyd edilir2 fevral ölkədə Azərbaycan gəncləri günü kimi qeyd olunur. 1996-cı ilin məhz bu günündə ümummulli lider Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Azərbaycan Respublikasında ilk dəfə olaraq Azərbaycan gənclərinin I Forumu keçirildi. Forum ölkədə gənclərə münasibətdə coxşahəli dövlət siyasətinin formalaşmasının vacibliyini göstərdi, gəncləri bütün məsələlərdə yaxından və fəali iştiraka cağırdı. Həmin günün əhəmiyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 01 fevral 1997-ci il tarixli Sərəncamı ilə 2 fevral - Azərbaycan gənclər günü elan edildi. Hər il Azərbaycan gəncləri gününün respublikada geniş şəkildə qeyd olunması məqsədilə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bu il Gənclər günü 20-ci dəfə qeyd olunur.
“Gəncliyimizlə qürur duyuruq” mövzusunda konfrans keçirilibFevralın 1-də Siyəzən rayon Gənclər və İdman idarəsi tərəfindən 2 Fevral “Azərbaycan gəncləri günü”nə həsr olunmuş “Gəncliyimizlə qürur duyuruq” mövzusunda konfrans keçirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclər, tələbələr, həmçinin medya və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər. Rayon Mədəniyyət Mərkəzində təşkil olunan tədbiri giriş sözü ilə açan Gənclər və İdman idarəsinin rəisi Nadir Məmmədov konfrans iştirakçılarını “Azərbaycan gəncləri günü” münasibəti ilə təbrik edib. Daha sonra əlamətdar gündən bəhs edən videoçarx nümayiş olunub. Sonra geniş hesabat məruzəsi ilə çıxış edən Gənclər və İdman idarəsinin rəisi dövlət gənclər siyasətinin əsas istiqamətləri, ötən il ərzində gənclər və idman sahələri üzrə idarə tərəfindən həyata keçirilən tədbirlər, görülən işlər və qazanılan nailiyyətlər barədə konfrans iştirakçılarına məlumat verib.
Gənclər təşkilatları Vergilər Nazirliyində seminarda iştirak ediblər31 yanvar 2017-ci il tarixdə Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən gənclər təşkilatları üçün məlumatlandırıcı seminar keçirilib. Milli Şuranın proqramı olan “Gənclər Təşkilatları İdarəetmə Akademiyası” çərçivəsində keçirilən seminar “Vergi Məcəlləsindəki dəyişikliklərin gənclər təşkilatlarına təsiri” mövzusunda Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayevanın iştirakı ilə baş tutub.
Xətai rayonunda “02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir01 fevral 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilkatının inzibati binasında Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilkatının birgə təşkilatçılığı ilə “02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Azərbaycan Respublikasının “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, əməkdar məşqçi, olimpiya kateqoriyalı, beynəlxalq dərəcəli hakim Hicran Şərifov, Rayon İcra Hakimiyyəti başçısı aparatı və Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər iştirak etmişlər.
Gənclər və İdman Nazirliyi yanında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçirilmişdir1 fevral 2017-ci il tarixdə Gənclər və İdman Nazirliyinin konfrans zalında Gənclərlə iş üzrə İctimai Şuranın iclası keçirilmişdir. İclasda ölkədə fəaliyyət göstərən gənclər təşkilatlarının və ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının rəhbərləri iştirak etmişlər. İclası giriş sözü ilə gənclər və idman nazirinin müavinin cənab İntiqam Babayev açaraq, əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ötən dövr ərzində nəticələri, gənclərlə bağlı icra olunmuş və yeni hazırlanmış dövlət proqramları, “Azərbaycan gəncliyi 2015-2025-ci illərdə inkişaf Strategiyası”nın icrası, gənclər təşkilatlarına dövlət dəstəyi, gənclərin fərdi inkişafı üçün yeni imkanlar, dünayda baş varən hadisələr fonunda Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət və bu prosesdə gənclərin rolu barədə ətraflı məlumat vermişdir.
Nərimanov rayonunda “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə toplantı keçirilib01 fevral 2017-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Nərimanov Rayon İcra Hakimiyyətinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Azərbaycan gəncləri – Azərbaycanın gələcəyidir” mövzusunda rayon gənclərinin toplantısı keçirilib.
CÜDO ÜZRƏ SUMQAYIT BİRİNCİLİYİNƏ YEKUN VURULDU26-29 yanvar 2017-ci il tarixlərində M.Hüseynzadə adına şəhər stadionunda 2003-2005; 1997-1999-cu il təvəllüdlü oğlan və qızlar arasında şəhər birinciliyi keçirilmişdir. Dörd gün davam edən gərgin idman mübarizəsi şəraitində yeniyetmələr arasında Şirin Muradov (30kq), Eltac Yusifli (34kq), Tarverdi Baloğlanov (38kq), Mirzə İsgəndərov (42kq), Ömər Rəcəbli (46kq), İbrahim Nəzərov (50kq), Tamerlan Kərimov (55kq), Sədi İsmayılzadə (60kq), Elşən Əlizadə (66kq), Abdulla Abdullazadə (73kq) və Atababa Niftəliyev (+73kq) oğlanlar arasında, Züleyxa Nağıyeva (28kq), Fidan Qasımova (32kq), Nigar Şahməmmədova (36kq), Günay Hüseynli (46kq), Səbinə Əliyeva (44kq), Firuzə Məcidova (48kq), Rita Əliyeva (52kq), Ayişə Əhmədova (57kq), Elnarə Rəşidova (+57kq) qızlar arasında birinciliyin qalibi olmuşdur. Gənclərin yarışda Əliş Yusifov (55kq), Nicat Rzazadə (60kq), Məhəmməd Hacıyev (66kq), Əli Poladov (73kq), Ayxan Qeysərli (81kq), Elvin Qaragözov (90kq), Adil Kərimli (100kq) və Asif Əliyev (+100kq) oğlanlar arasında, Mətanət Cavadova (44kq), Şəhanə Əsgərova (48kq), Gültac Məmmədəliyeva (52kq), Xədicə Rəşidova (63kq), Fidan Nurəliyeva (63kq), Fidan Tanrıverdiyeva (70kq) və Mehriban İmanzadə (78kq) isə qızlar arasında hamıdan güclü olduqlarını sübut edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Nazir Azad Rəhimov BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumuna qatılıb30 Yanvar 2017-ci il tarixdən etibarən Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində BMT-nin İqtisadi və Sosial Şurasının 6-cı Gənclər Forumu öz işinə başlayıb. BMT-nin baş qərargahında iki gün davam edən forumun əsas mövzusu “Yoxsulluğun aradan qaldırılması və dəyişən dünyada tərəqqinin təşviqində gənclərin rolu” olub. Forumda Azərbaycanı BMT-nin İqtisadi və Sosial Şurasının prezidenti cənab Frederik Musiva Makamure Shava tərəfindən dəvət alan Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimovun rəhbərliyi altında nümayndə heyəti təmsil edib.
Astarada Qarışıq Döyüş Növləri üzrə açıq Respublika Kuboku27-29 yanvar 2017-ci il tarixlərdə Astara Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin razılaşdırdığı və Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzi və Astara Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qarışıq Döyüş Növləri üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında klublararası açıq Respublika Kuboku yarışı keçirilmişdir.
Xətai rayonunda ordu sıralarından tərxis olunmuş bir qrup rayon gəncləri ilə görüş keçirilmişdirYeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatında Azərbaycan Silahlı Qüvvələri sıralarından tərxis olunmuş bir qrup rayon gəncləri ilə görüş keçirilmişdir. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi, polkovnik Mehman Qurbanov, rayon ağsaqqalları, müharibə veteranları və rayon gəncləri iştirak etmişlər.
Sumqayıt “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi uğurla başa çatmışdır28 yanvar 2017-ci il tarixində Sumqayıt şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilati dəstəyi ilə “Sumqayıt Tələbələri” ictimai birliyi tərəfindən “USTA” gənclərin peşə bacarıqlarının artırılması layihəsi çərçivəsində “Dəbli biznes” mövzusunda növbəti təlim keçirilmişdir.
Idmançılarımız Karate 1 Premyer Liqasından vətənə medalla qayıtdıMilli komandanın favoritlərindən İrina Zaretska (-68 kq) Fransanın paytaxtı Parisdə Karate 1 Premyer Liqasının gümüş medalını qazanıb. Niyazi Əliyev (-67 kq) isə bürünc medal uğrunda son təsəlliverici görüşdə qələbəni əldən verib. Maliyyə çətinliyi səbəbindən Dünya Karate Federeasiyasının (WKF) nüfuzlu turnirlər seriyasından olan Karate 1 Premyer Liqasında milli komandanın yalnız bir neçə üzvü iştirak edib. Onlardan Roman Heydərov (kata) səhhətində yaranan problemlə əlaqədar, Sərxan Quluzadə (+84 kq) isə zədə üzündən mübarizəni davam etdirə bilməyiblər. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və WKF-in Texniki komitəsinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə Fransaya yollannan heyətdə beynəlxalq hakimlər Yusif Məmmədov və Anar Allahverdiyev turniri idarə edən hakimlər arasında olublar.
“Təmiz qida ilə sağlam gələcəyə doğru” adlı layihə həyata keçirilmişdirBinəqədi rayon Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 25 yanvar 2017-ci il tarixdə “Ədalət və İnkişaf Naminə” Uşaq və Gənclərə Dəstək İctimai Birliyinin “Təmiz qida ilə sağlam gələcəyə doğru” adlı layihəsi həyata keçirilmişdir.
Nərimanov rayonunda “Yaşıl xəzinəmizi qoruyaq!” layihənin növbəti təlimi keçirilib 27 yanvar 2017-ci il tarixdə 212 saylı orta ümumtəhsil məktəbində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin növbəti təlimi keçirilib. Təlimdə "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir. Təlimçi qeyd etdi ki, XIX əsrin sonlarından başlayan elmi–texniki tərəqqi, sənayenin sürətli inkişafı nəticəsində ətraf mühitə edilən təsirlər XX əsrin ortalarında öz mənfi nəticələrini büruzə verməyə başladı. Artıq insanlar təbiətə münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəyə son qoymayacaqları təqdirdə bu prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz nəticələrə gətirib çıxaracağını anladılar. Bu problemin gələcəkdə qlobal kataklizmlərə səbəb olacağını başa düşən alimlər, ekoloqlar öz etiraz səslərini ucaltmağa, həyəcan təbili çalmağa başladılar. Problemin ciddiliyini dərk edən beynəlxalq təşkilatlar, tərəqqipərvər dünya ictimaiyyəti də öz növbəsində məsələni daim diqqət mərkəzində saxlamağa çalışırdı.
“Breyn-rinq” intellektual oyununun qaliblərinin mükafatlandırma mərasimi keçirilib26 yanvar 2017-ci il tarixdə “Odlar Yurdu” Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Odlar Yurdu” Universitetinin birgə təşkilatçılığı ilə Nərimanov rayon ərazisində yerləşən orta ümumtəhsil məktəblərin IX-XI siniflər arasında təşkil edilmiş “Breyn-rinq” intellektual oyununun qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Oyunun keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü genişləndirmək, zehni inkişafını stimullaşdırılmaq, onlar arasında biliklərin və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkil etməkdən ibarətdir.
Astarada gənc qızlarla təlim24 yanvar 2017 ci il tarixdə “Şindan” hotelində “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Astara Rayon İcra hakimiyyəti, Astara Rayon Gənclər və İdman idarəsin birgə təşkilatçılığı ilə "Cənub bölgəsində gənc qızların karyera imkanlarının və liderlik bacarıqlarının artırılması" adlı layihəsinə uyğun Astara rayonun 15-17 yaşlı gənc qızları ilə təlim keçirilmişdir.
“2 fevral-Gənclər günü”nə həsr olunmuş “Nə?Harada?Nə vaxt?” intellektual oyunu üzrə çempionat keçirildi 26 yanvar 2017-ci il tarixdə F.Muradov adına şəhər 7 saylı tam orta məktəbdə Bərdə Rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında “2 fevral-Gənclər günü”nə həsr olunmuş “Nə?Harada?Nə vaxt?” intellektual oyunu üzrə rayon çempionatı keçirilmişdir.Çempionatda rayonun 16 məktəbinin (10 şəhər,6 kənd) komandaları iştirak etmişdir.
Nərimanov rayonunda “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin növbəti təlimi keçirilib25 yanvar 2017-ci il tarixdə 291 saylı “Ekologiya” liseyində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Gənclərin Elmi Araşdırmaları Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin növbəti təlimi keçirilib. Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov, 291 saylı “Ekologiya” liseyinin uşaq birliyinin rəhbəri Ətlaz Zeynalova və 40 nəfər yeniyetmə iştirak etmişdir. Təlimdə "Gənclərin Elmi Araşdırmaları Mərkəzi" İctimai Birliyinin nümayəndəsi, təlimçi Cahandar Məmmədov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi ətraf mühitin mühafizəsində yeniyetmə və gənclərin rolunun artırılmasından ibarətdir. Təlimçi qeyd etdi ki, insan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır və həyatımızda, fəaliyyətimizdə təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Hər birimiz daim canlı aləmin, ətraf mühitin qayğısına qalmalıyıq, çünki ətraf mühit dedikdə insan fəaliyyətindən asılı olmayaraq, onu əhatə edən canlı təbiətin toplusu başa düşülür.
 əvvəlki    5  6  7  8  9  10  11  12  13  14  15    növbəti 

E-müraciət

Təklif, ərizə, şikayət və tövsiyyələrinizi bizə yaza bilərsiniz

Olimpiya kompleksləri

Gənclər evləri və mərkəzləri

Elektron Xidmətlər

Azərbaycan tələbə kartı

1213

Partnyorlar