Ministry of Youth and Sports
2012-05-17 | 13:09
2012-05-16 | 17:36
2012-05-16 | 16:21
2012-05-16 | 12:02
2012-05-15 | 17:01
2012-05-15 | 12:39
2012-05-15 | 11:35
2012-05-15 | 11:24
2012-05-14 | 18:20
2012-05-14 | 15:15
2012-05-11 | 16:02
2012-05-11 | 11:17
2012-05-10 | 17:31
2012-05-10 | 12:37
2012-05-09 | 11:45
2012-05-09 | 10:29
2012-05-08 | 14:31
2012-05-07 | 10:09
2012-05-07 | 09:41
2012-05-06 | 10:16
2012-05-05 | 10:35
2012-05-05 | 10:28
2012-05-04 | 20:00
2012-05-04 | 17:48
2012-05-04 | 11:06
2012-05-01 | 16:42
2012-04-30 | 17:12
2012-04-30 | 15:33
2012-04-30 | 15:31
2012-04-29 | 10:47
XƏBƏRLƏR
2011-03-17 | 13:56
Beynalxalq Novruz Festivalı Azərbaycanda-2011

AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı İctimai Birliyi) tərəfindən 15-22 Mart tarixlərində “Beynəlxalq Novruz Festivalı Azərbaycanda – 2011” adlı beynəlxalq tədbir təşkil ediləcəkdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirin əsas məqsədi dünya gənclərini xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, eyni zamanda mühüm əhəmiyyət daşıyan mədəniyyətlərarası gənclər mübadiləsini inkişaf etdirməkdir.

Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər.

Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (“dözümlülük”, “yerli adət və ənənələr və qlobalizasiya”, “müasir dünyada mədəniyyət”, “musiqi özünü ifadə etmə üsulu kimi” və s.) müzakirələr etmək şansı qazanacaqlar. Bu müzakirələr vasitəsilə iştirakçılar digər xalqların, həmçinin Azərbaycanlı gənclərin fikirləri və mövqeləri ilə tanış olmaqla, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə etmiş olacaqlar.

AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb etmişdir. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir.

 

438 dəfə baxılıb



DIGƏR HƏBƏRLƏR
2012-05-17 | 13:09
"Gənclər fəaliyyətdə" proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması mövzusunda Seminar

15 may 2012-ci il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən Avropa İttifaqının Avropa Komissiyasının "Gənclər fəaliyyətdə" proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması mövzusunda seminar keçirilmişdir.

2012-05-16 | 17:36
Azərbaycan kanoeçisi Adnan Əliyev Avropa Olimpiya Təsnifatında çıxış edib

Mayın 16-da Polşanın Poznan şəhərində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifatı (European Olympic Qualifier) start götürüb. Yarışda Azərbaycanı kanoe növündə təmsil edən Adnan Əliyev 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazana bilməyib. 

2012-05-16 | 16:21
Birincilik uğrunda 13 universitet yarışacaq

15 may 2012-ci il tarixində Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Azərbaycanda tələbələr arasında ilk dəfə olaraq gerçəkləşdirdikləri "Univision" mahnı müsabiqəsinin yarımfinal mərhələsi baş tutdu.

2012-05-16 | 12:02
"Dünya Türk Gəncləri Birliyi" 20-ci yubiley ildönümünü Ankarada keçirməyə hazırlaşır

"Dünya Türk Gəncləri Birliyi" (DTGB) 17 may 2012-ci il tarixində Türkiyənin Ankara (Kızılcahamam) şəhərində "DTGB 11-ci Liderlər toplantısı" nı keçirməyə hazırlaşır.

2012-05-15 | 17:01
Azərbaycan kanoeçiləri Dünya Kubokunun I mərhələsində çıxış edəcəklər

Mayın 18-də Polşanın Poznan şəhərində kayak və kanoe üzrə Dünya Kubokunun I mərhələsi start götürəcək. 3 gün davam edəcək yarışda Azərbaycanı 4 kanoeçi təmsil edəcək. 

 

2012-05-15 | 12:39
Gəncə şəhəri üzgüçülük ürzə Beynəlxalq yarışa ev sahibliyi edəcək

16 may 2012-ci il tarixində Gəncə Olimpiya İdman Kompleksinin üzgüçülük hovuzunda "Ümummilli lider Heydər Əliyevin Xatirəsinə" həsr olunmuş üzgüçülük üzrə beynəlxalq turnir keçiriləcək.

2012-05-15 | 11:35
Bu gün “Univision” mahnı müsabiqəsinin yarımfinal mərhələsidir

Gənclər və İdman nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə olaraq Azərbaycanda ilk dəfə reallaşdırdıqları tələbələr arasında "Univision" mahnı müsabiqəsinin bu gün yarımfinal mərhələsidir.

2012-05-15 | 11:24
Yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku Saranskda keçiriləcək

19-20 may 2012-ci il tarixdə Rusiya Federasiyasının Saransk şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku keçiriləcək. 

2012-05-14 | 18:20
"Gənclər fəaliyyətdə" proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması

15 may 2012-ci il tarixdə saat 11.00-da Kempinski hotel Badamdarda Gənclər və İdman Nazirliyi "Gənclər fəaliyyətdə" proqramında gənclər təşkilatlarının iştirak səviyyəsinin artırılması mövzusunda Seminara start verəcək.

2012-05-14 | 15:15
“Dostluq və sülh” yarışmasının iştirakçıları qaçqın və məcburi köçkünlərə avtomobil hədiyyə edəcəklər

Bakıda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinə az bir vaxt qaldıqca ölkəmizə təşrif buyuran əcnəbi qonaqların sayı da durmadan artır.

Axtarış
e-Xidmətlər

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

e-Müraciət
Səsvermə
Bizim saytımızı
bəyəndinizmi?


Partnyorlar
azerisport.com
1news.az
novosti.az
trend.az
IDMAN.COM.AZ
 

 

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva