2-8 fevral 2010-cu il tarixlərində Küveytin “LoYAC- Lothan Youth Achievement Center” təşkilatının nümayəndə heyətinin ölkəmizə səfəri gerçəkləşib.
Artıq neçə illərdir ki, Yaxın Şərqin ən fəal təşkilatı olan “Lo-YAC” ölkəmizə olan səfərinin ilk günü Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib, Azərbaycan Diplomatiya Akademiyasında gerçəkləşmiş “Azərbaycan və Körfəz ərəb ölkələri: əməkdaşlıq üçün yeni imkanlar və gələcəyə baxış” mövzusunda dəyirmi masada iştitrak ediblər.
Bununla yanaşı 3 fevral tarixində qonaqların Gənclər bvə İdman Naziri Azad Rəhimovla, eyni zamanda “Xocalı” soyqırımı hadisəsindən zərər çəkmiş məcburi köçkünlərlə görüşü, səfər əsnasında Tarix muzeyi, Şirvanşahlar Sarayı, Qız Qalası tarixi abidələrinə, Quba şəhərinə səfəri nəzərdə tutulub.














