Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-02-01 14:57
“Sağlam həyat tərzi və idman narkomaniya əleyhinə” layihəsi həyata keçirilir

 «Rezonans» Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Sağlam həyat tərzi və idman narkomaniya əleyhinə” layihəsini həyata keçirir. Layihə çərçivəsində yanvar ayının 23-də Şirvan şəhərində və 30-da isə Yevlax şəhərində tədbirlər keçirildi. Tədbirdlərdə gənclər, təhsşd müəssisələrinin tələbələri, müəllimləri və QHT nümayəndələri iştirak etmişlər.
Bu tədbirlərdə nəzərdə tutulduğu kimi tərəfdaş təşkilatlarla yanaşı, ictimai fəal gənclər cəlb edilmiş, bu problemə və onun aradan qaldırılmasına həsr edilmiş məruzələr deyilmişdir. Məruzəçilər nakrkomaniyanın insan səhətinə və cəmiyyətə vurduğu ziyandan, onun qarşısının alınması üçün görülməsi zəruri olan tədbirlərdən danışdı. Görüşdə mövzu ətrafında müzakirələr keçirilmiş, suallar cavablandırılmış və təkliflər dinlənilmişdir. Tədbir, iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Paralel olaraq layihə çərçivəsində çap edilmiş bukletlərin yayılması təşkil edildi.
Layihənin məqsədi ölkədə narkomaniyaya qarşı mübarizə işində fəal iştirak etmək və bu istiqamətdə fəaliyyətin güclənidirilməsinə yardım etməkdir. Təşkilatımız xüsusilə gənclər arasında maarifləndirmə və təşviqat işləri apararaq onları bu qlobal bəlaya qarşı mübarizəyə cəlb edərək, gələcək nəslin tərbiyəsi, onun fiziki və mənəvi sağlam, ölkəsinə, vətəninə sadiq, vətənpərvər ruhda yetişməsinə yardım etməklə yanaşı, napkotik vasitələrin və narkomaniyanın ölkəmizdə yayılması qarşısının alınması işində iştirak etməyə çalışır.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 761

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva