Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-01-27 16:33
Azərbaycan gəncləri daha bir beynəlxalq təşkilatda tamsil olunacaqlar

22-29 yanvar 2010-cu il tarixlərdə İsveçrənin Sürix şəhərində Tələbələrin Texniki Təcrübəsinin Mübadiləsi Beynəlxalq Assosasiyasının (İAESTE) Ümumi Konfransı keçirilmişdir. Konfransda iştirak edən Azərbaycan Tələbələr Birliyi (ATB) 85-ci ölkə kimi yanvarın 26-da təşkilata tam hüquqlu üzv qəbul edilmişdir (http://www.iaeste.org/countries). Konfransda Azərbaycan Tələbələr Birliyinin baş katibi Vüqar Rüstəmli iştirak edir.
İAESTE tələbə mübadiləsini həyata keçirən beynəlxalq təşkilatdır. Bu təşkilat vasitəsilə artıq Azərbaycan gəncləri xarici ölkələrin müxtəlif universitetlərində və ya biznes qurumlarında təcrübə keçmək imkanı əldə edəcəklər. Həmçinin, xarici ölkələrin tələbələri də eyni təcrübəni Azərbaycanda keçə biləcəklər.
İAESTE Birləşmiş Millətlər Təşkilatının beynəlxalq aləmdə tanıdığı ən böyük tələbə təşkilatlarından biridir. Təşkilat Avropa Birliyinin, Beynəlxalq Əmək Təşkilatının, UNESCO-nun və BMT-nin Sənaye İnkişafı Təşkilatının təhsil sahəsində birbaşa tərəfdaşıdır.
Azərbaycan Tələbələr Birliyi 15 sentyabr 2008-ci il tarixində yaradılmışdır. Birliyin əsas məqsədi tələbələrin vətəndaş cəmiyyətinin inkişafındakı rolunu, ictimai aktivliyini, universitet həyatında fəal iştirakını artırmaq, həmçinin, tələbələrin hüquqlarının müdafiəsini təmin etmək, sosial problemlərin həllində, asudə vaxtlarının səmərəli təşkilində və zərərli vərdişlərdən qorunmalarında onlara yaxından kömək etməkdən ibarətdir.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 767

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva