Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-01-26 15:08
İran və Azərbaycan gənclər sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikası Milli Gənclər Təşkilatı arasında əməkdaşlığa dair Memorandumun 3-cü maddəsində nəzərdə tutulmuş Müştərək Komitənin iclasının keçirilməsi məqsədi ilə İran İslam Respublikasının Milli Gənclər Təşkilatının nümayəndə heyəti 25-28 yanvar 2010-cu il tarixdə Azərbaycan Respublikasında səfərdə olacaqlar.
Səfərdə İran İslam Respublikasının Milli Gənclər Təşkilatının sədr müavini, İran İslam Respublikasının Milli Gənclər Təşkilatının beynəlxalq əlaqələr departamentinin rəsi müavini Mohammad Sadegh Akbari, İran İslam Respublikasının Milli Gənclər Təşkilatının Ərdəbil vilayət şöbəsinin müdiri Faramaz K. Dezfoulie - Alireza Abdi, Elmi tədqiqat xidmətinin baş direktoru Seyyed Mahdi Faghihi iştirak edəcəklər.

Səfərin proqramına uyğun olaraq qonaqların, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin məzarına, “Şəhidlər Xiyabanı”na ziyarəti, Bakının tarixi yerləri ilə tanışlığı, “İrəli” İB və Gənclər Təşkilatlarının Milli Şurasında görüşü nəzərdə tutulur.
27 yanvar 2010-cu il tarixdə saat 15:15-də nümayəndə heyətinin Gənclər və İdman Nazirliyində görüşü, həmçinin müştərək komitənin iclası və icraiyyə planının imzalanması mərasiminin keçirilməsi planlaşdırılır.
 

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 770

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva