Bu gün Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri ilə görüşüb. Görüşdə məqsəd idmançıların hazırlıq vəziyyəti ilə tanış olmaq və yanvarın 30-31-də İstanbulda Vehbi Emrenin xatirəsinə keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək pəhləvanları müəyyənləşdirmək olub. Qeyd edək ki, ənənəvi xarakter daşıyan bu beynəlxalq yarışda yığmamızı Elçin Əliyev, Qadir Süleymanov (hər ikisi 55 kq), Vitali Rəhimov, Həsən Əliyev (hər ikisi 60 kq), Elmin Əhmədov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Fərid Mansurov, Rafiq Hüseynov (hər ikisi 74 kq) və Şalva Qadabadze (84 kq) təmsil edəcək. Komandamız turnirə məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında yollanacaq.
Görüşdən sonra AGF-in I vitse-prezidenti Namiq Əliyev jurnalistlərin suallarını cavablandırıb.
![]() |
![]() |
















