Yanvar ayının 16-20-i tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İ.Babayevin rəhbərliyi ilə 3 nəfərdən ibarət nümayəndə heyəti Qırğız Respublikasının Əmək, Məşğulluq və Miqrasiya Nazirliyinin dəvəti ilə Bişkek şəhərinə səfər etmişdir. Səfər müddətində Qırğız Respublikası Prezidenti Aparatının məsul əməkdaşları, Əmək, Məşğulluq və Miqrasiya Naziri, deputatlar və Birləşmiş Millətlər Təşkilatının Qırğız Respublikasındakı daimi rəhbəri ilə görüşlər keçirmiş, Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gənclər siyasəti sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmişlər. Görüşlər zamanı Azərbaycanda mövcud olan gənclər siyasəti modelindən Qırğız Respublikasında formalaşan yeni gənclər siyasəti strategiyasının formalaşdırılmasında istifadə edilməsi razılaşdırılmışdır. Qeyd edək ki, cari lin fevral ayında Qırğız Respublikasının Əmək, Məşğulluq və Miqrasiya Nazirliyinin rəsmi nümayəndə heyətinin Azərbaycana səfəri nəzərdə tutulub.














