Ministry of Youth and Sports
XƏBƏRLƏR
2010-01-21 14:34
Gənc yunan-Roma güləşçilərimiz Ukraynaya gedib

22-24 yanvar 2010-cu il tarixdə Ukraynanın Zaporojye şəhərində idman ustası Yevqeni Truxinin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında 15-ci beynəlxalq turnir keçiriləcək. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət komandamızın üzvləri 2010-cu ildə mühüm beynəlxalq yarışlara, həmçinin Avropa və Dünya birinciliklərinə hazırlıq məqsədilə bu beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar. Komandamız turnirə məşqçilər Nazim Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi altında yola düşüb. 8 idmançı ilə təmsil olunacaq komandamızın heyətində Eldəniz Əzizli (50 kq), Qasım Məhəmmədov (55 kq), Rəsul Cunayev (66 kq), Toğrul Yunisli (66 kq), Niyaməddin İbrahimov (74 kq), Murtuza Tağıyev (84 kq), Araz Həsənov (96 kq) və Zaur Mehrəliyev (120 kq) qələbə uğrunda mübarizə aparacaq. Turnirdə həmçinin Sədi Quliyev hakim kimi ölkəmizi təmsil edəcək.

AXTARIŞ

FOTOQALEREYA


ONLAYN MÜRACİƏT

SƏSVERMƏ
Bizim saytımızı bəyəndinizmi?

ümumi səs sayı: 767

PARTNYORLARIMIZ
azerisport.com
1news.az
novosti.az
trend.az

Heydar AliyevPresident.azIlham AliyevMehriban Aliyeva