22-24 yanvar tarixlərində keçiriləcək yarışlar
Sindo-ryu karate
23-24 yanvar 2010-cu il tarixlərdə Masallı şəhərinin Olimpiya İdman kompleksində sindo-ryu karate idman növü üzrə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş Azərbaycan birinciliyi keçiriləcəkdir.
Budo döyüş növləri
22-24 yanvar 2010-cu il tarixlərdə Sumqayıt şəhərində “Katok” idman kompleksində budo döyüş növü üzrə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş uşaqlar və yeniyetmələr arasında respublika turniri keçiriləcəkdir.
VKC karate
24 yanvar 2010-cu il tarixdə Şəmkir şəhərinin Olimpiya İdman Kompleksində VKC karate idman növü üzrə 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş klublar arası çempionat keçiriləcəkdir.














