01-03 və 14-16 iyul 2009-cu il tarixlərdə Gənclər və İdman Nazirliyi və ABŞ-ın “Respublikaçılar İnstitutu”nun təlimçiləri “Təşkilati idarəertmə” mövzusunda respublikanın ali təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri üçün təlim kursunun keçirilməsinə başlamışdır. Təlim kursunda Naxçıvan Muxtar Respublikasında, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt və eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən 39 ali məktəbin tələbə-gənclər təşkilatlarının sədrləri iştirak edir.
Liderlik və təşkilati quruculuq, nitq hazırlığı və natiqlik, ictimaiyyətlə əlaqələr və media ilə iş təlimdə müzakirə edilən mövzulardır.
Təlim kursunun keçirilməsində əsas məqsəd ali təhsil müəssisələrinin yeni seçilmiş tələbə-gənclər təşkilatlarının sədrlərinə liderlik, idarəetmə vərdişlərinin mənimsənilməsi, ictimaiyyətlə əlaqələrin qurulması, habelə, kütlə qarşısında çıxış etmək bacarığı kimi vacib keyfiyyətlərin aşılanmasında kömək etmək, eyni zamanda, yeni məlumatların və biliklərin verilməsidir.
Təlim kursunda dinləyicilərin proqramı mənimsəmələrini yoxlamaq məqsədi ilə sonda sorğu keçiriləcəkdir ki, bunun da nəticəsində bacarığı, idarəetmə keyfiyyətləri ilə seçilən tələbə-gənclər təşkilatlarının sədrləri yaxın zamanlarda təsis edilməsi nəzərdə tutulan “Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı” İctimai Birliyinin rəhbər orqanlarına seçilmək üçün namizədlikləri veriləcəkdir.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |






















































