2009-07-02 09:45
Müsahibədə aşağıdakı dövlət qulluqçuları iştirak edə bilərlər:
Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər.
Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
• ərizə
• ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə)
Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 2 iyul 2009-cu il tarixdən
16 iyul 2009-cu il tarixdə saat 18:00-dək
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Regionlarla iş və kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə yararlılığı müəyyən edilir. Müsa¬hi¬bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri müvafiq vəzifənin tələb¬lə¬rinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Regionlarla iş və kadrlar şöbəsinə müraciət edilə bilər:
Telefonlar: 465-64-17 (daxili-2-37)
İnternet sayt : mys.gov.az
Elektron poçt : mys@mys.gov.az
VAKANT VƏZİFƏLƏRİN SİYAHISI:
1. Struktur bölmənin adı: İdman şöbəsi, Silsiləvi və oyun idman növləri sektoru
İnzibati vəzifənin adı: aparıcı məsləhətçi
İş yerinin ünvanı: Bakı ş., Nərimanov rayonu, Olimpiya küçəsi 4
İnzibati vəzifənin təsnifatı: 6
Vəzifə maaşı: 410 manat
Qulluq funksiyaları:
• bədən tərbiyəsi və idman sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak;
• ölkədə silsiləvi və oyun idman növlərinin inkişafı vəziyyətinin təhlili və bu idman növlərinin inkişafı üzrə təkliflərin hazırlanması;
• müvafiq idman yarışlarının təşkili və keçirilməsi; müvafiq idman sahəsində fəaliyyət göstərən idman müəssisələrinin fəaliyyətinin təhlili;
• müvafiq idman sahəsinin kütləviləşməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsi;
Vəzifənin tutulması şərtləri:
• təhsil: bədən tərbiyəsi və idman ixtisası üzrə ali təhsil;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta-yüksək səviyyədə);
• xarici dil: rus dili (orta səviyyədə), ingilis dili (orta səviyyədə)
2. Struktur bölmənin adı: Regionlarla iş və kadrlar şöbəsi, Regionlarla iş sektoru
İnzibati vəzifənin adı: aparıcı məsləhətçi
İş yerinin ünvanı: Bakı ş., Nərimanov rayonu, Olimpiya küçəsi 4
İnzibati vəzifənin təsnifatı: 6
Vəzifə maaşı: 410 manat
Qulluq funksiyaları:
• Nazirliyin Aparatının struktur bölmələri ilə regional idarələr, baş idarələr və nazirliyin tabeliyində olan digər qurumlar arasında qarşılıqlı əlaqənin təmin edilməsi işinin təşkili;
• kurasiyasına aid edilən yerli orqanların fəaliyyətinin izlənilməsi, təhlili və bu qurumların fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
• yerli orqanlara idarəetmə və kadr məsələləri üzrə metodiki və praktiki köməklik göstərilməsi;
• sektorun fəaliyyət sahəsi üzrə təlimlərin və digər tədbirlərin təşkili və keçirilməsi; müvafiq sahədə hesabatların hazırlanması; sektora daxil olan müraciətlərin araşdırılması və cavablandırılması
Vəzifənin tutulması şərtləri:
• təhsil: ali;
• kompüter: MS WINDOWS, MS OFFICE, INTERNET və s. (orta yüksək səviyyədə);
• xarici dil: rus dili (orta səviyyədə), ingilis dili və ya fransız dili (orta səviyyədə)














