Beynəlxalq Kyokuşinkay Karate Təşkilatı və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Kyokuşinkay Karete üzrə qadınlar və kişilər arası mütləq çəkidə “I Dünya Çempionatı” keçiriləcək. Yarış 27-28 iyun 2009-cu il tarixlərində saat 11-00 da Bakı şəhəri Əl Oyunları Idman Sarayında baş tutacaq.
Döyüşdə 35 dövlətin 70-dən çox idmançısı dünyanın 8 ən güclü komandası adı uğrunda yarışacaq. Döyüşlər qadın və kişilər arasında keçirildiyi üçün 2 birinci yer olacaq. Yarışda 1,2 və 3-cü yerləri tutan komandalara kuboklar, medallar və diplomlar təqdim ediləcək.
Tədbirlə bağlı mətbuat nümayəndələri ilə görüş 26 iyun saat 14-00-da Hyatt Regensy otelinin “Naxçıvan ” zalında keçiriləcək.
Eyni zamanda 27 iyun saat 10.00-da qonaqlar və yarış iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər.














